Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-827/2024 22.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “mənzildən əmlakın çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 saylı evin 34 saylı mənzili onun mülkiyyətindədir. Həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Cavabdehlərin ona məxsus evdən istifadə hüquqlarına məhkəmə qətnaməsi ilə xitam verilmiş və mənzildən qeydiyyatdan çıxarılmışlar. Cavabdehlərin ona məxsus evdə heç bir hüquqları olmamasına baxmayaraq onlara məxsus bir neçə əşya hələ də həmin mənzildədir. Sözügedən əşyalar evdə yer tutur və çıxarılması mütləqdir. Dəfələrlə cavabdehlərdən onlara məxsus əşyaların mənzildən çıxarılmasını tələb etsə də cavabdehlər əşyaları mənzildən çıxarmır. Bununla da onun mülkiyyət hüquqları pozulur. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olub. Cavabdehlər Cavabdeh və X3 məxsus əşyaların: 1 ədəd divan, 1 ədəd yataq (açılanqapanan), 1 ədəd yorğan və 1 ədəd döşək, 1 ədəd stol və 3 ədəd stulun onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvandan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında izahat verən cavabdehlər hər biri ayrı-ayrılıqda qeyd etdilər ki, iddia ərizəsində göstərilən əşyalar onlara məxsusdur. Həmin əşyalardan övladı istifadə edirdi. Hazırda övladları hərbi xidmətdə olduğundan əşyaları mənzildən çıxarmaq istəmirlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən ünvan 2 İddiaçı xx.xx.2023-cü ildən tam mülkiyyətindədir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Xıdırova X4 şəhəri 20 Yanvar küçəsi ev 168, mənzil 34 ünvanda qeydiyyatdadır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2460/2023 saylı qərarına əsasən cavabdeh Mingəçevir Şəhər Polis Şöbəsinin üzərinə X6, X5 və X1 ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-816/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-228/2022 saylı qətnaməsi ləğv olunmuş, yeni qətnamə ilə Cavabdeh və X2 hər birinə 6000 manat olmaqla, cəmi 12000 mant məbləğində pul kompensasiyası ödənilməklə onların Mingəçevir şəhəri, 20 yanvar küçəsi 168 nömrəli evin 34 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət olunmuşdur. İşin müəyyən olunmuş halları Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh və X3 həmin mənzildən hər birinə 6000 manat, cəmi 12000 manat məbləğində pul kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilmişdir. Lakin cavabdehlərin əşyaları həmin mənzildə qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı hüquqi əsas olmadan Cavabdeh və X2 əşyalarının iddiaçıya məxsus mənzildə saxlaması iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdehlərə məxsus əşyaların iddiaçının mülkiyyətində olan mənzildə qalması iddiaçının mülkiyyət hüquqlarını pozduğundan iddia təmin olunmalı, cavabdehlərin əşyaları həmin mənzildən çıxarılmalıdır. Göstərilərlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh və X3 məxsus əşyalar-1 ədəd divan, 1 ədəd yataq (açılanqapanan), 1 ədəd yorğan və 1 ədəd döşək, 1 ədəd stol və 3 ədəd stul İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri 20 yanvar küçəsi 168 saylı evin 34 nömrəli mənzilindən çıxarılsın. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-827/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-827/2024
22.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver