Məhkəmə qərarları › İş №2(051)-830/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-830/2024

12.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-830/2024 12.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmaları, cavabdehlərin onun mülkiyyətində olan Vaqif Abdullayev küçəsi ev 5, mənzil 35 ünvanında yerləşən mənzilində onun mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci ildə ünvan 4ir şəhərində anadan olmuşdur. Özü ali təhsillidir. ünvan 2 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. Cavabdeh1la, ünvan 3 ünvanda yerləşən mənzilini ünvan 4ir şəhəri 20 Yanvar döngəsi, ev 17 ünvanda yerləşən həyət evinə dəyişmişlər. Cavabdehlər onu məhkəməyə verməklə ailə üzvləri ilə birlikdə yaşadığı cavabdehin mülkiyyətində olan evdən çıxarılmışdır. Lakin cavabdehlər onun evdən çıxmasını tələb etsələr də özləri onun evindən çıxmırlar. cavabdeh öz mülkiyyətində olan evdən məhkəmə qətnaməsi ilə onu çıxarsa da onun mülkiyyətində olan evdən çıxmaq istəmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Cavabdehlər qərəzli olaraq onu öz evindən istifadə etməyə qoymamaqla çətin vəziyyətdə qoymuşlar. Dəfələrlə cavabdehlə aralarında mübahisələr olmuş, cavabdehlər ona təzyiq etmişlər. O, öz mülkiyyət hüququndan lazımı qaydada istifadə edə bilmir. Cavabdehlər qanunsuz olaraq onun mülkiyyətində olan mənzildən çıxmaq istəmirlər. Cavabdehlərin ona məxsus olan mənzildən heç bir istifadə hüququ yoxdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun mülkiyyətində olan, ünvan 4ir şəhəri V.Abdullayev küçəsi ev 5, mənzil 35 ünvanda yerləşən mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək verdiyi izahatında göstərdi ki, iddia əsassız olduğundan rədd edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, əvvəlki işlə bağlı qətnamə çıxarılmış, qətnamə çıxarılarkən isə hər kəsin öz mülkiyyətində olan mənzilinə yerləşməsi qeyd olunmuşdur. Lakin tərəf bununla razılaşmayaraq əvvəlki qətnamədən apellyasiya şikayəti vermiş, daha sonra isə Ali Məhkəməyə şikayət vermişdir. Qeyd olunan qətnamənin icrası gecikmiş və bununla qarşı tərəf vaxt udmağı düşünərək mübahisə hazırkı mərhələyə gəlmişdir. Daha sonra iddiaçı yeni bir iddia ilə məhkəməyə müraciət etdi və ünvan 4ir şəhər Məhkəməsinin qətnaməsinə əsasən onlardan 59000 manat tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Daha sonra iddiaçı uzun müddət keçməsinə baxmayaraq yenə evdən çıxmamış, çıxmamaqda məqsəd isə qarşı tərəfin evi dağıtması idi. Həqiqətən də sonra məlum oldu ki, qarşı tərəf evi dağıdıb pis vəziyyətə qoymuş və onlara külli miqdarda maddi ziyan vurmuşdur. Hazırkı vəziyyətdə isə həmin evdə yaşamaq mümkün deyildir. Evin içində nə varsa hamısı dağıdılıb. Bu hallar məhkəmə tərəfindən qətnamə çıxarıldıqdan sonra baş vermişdir. Həmin evin təmirinə təxminən 30000-40000 manat vəsait lazımdır ki, evin təmirini etsinlər. Həmin mənzil Muğanbanka götürülmüş kreditin təminatı olaraq girov qoyulmuşdur. Kredit ödənilmədiyi üçün mübahisə məhkəmə mərhələsinə qalxmış və iddiaçının hazırkı mübahisəli mənzildən çıxarılması ilə bağlı qətnamə çıxarılmışdır. Onlara sonradan məlum olmuşdur ki, həmin mənzil banka girov qoyulub. Hesab edir ki, hazırda iddiaçının onlara qarşı mənzildən çıxarılma tələbi əsassızıdır. Həmin mənzil hazırda bankın mülkiyyəti olduğuna görə onlara qarşı iddianı da bank qaldırmalıdır. Ona görə də hesab edirlər ki, iddia tələbi əsassızdır rədd edilməlidir. Məhkəmə iddia ərizəsini, iddiaçının və cavabdehlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********0541-05301- 093011 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4ir şəhəri, V.Abdullayev küçəsi ev 5, mənzil 35 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2012–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Nəsibov X2 şəhəri Vaqif Abdullayev küçəsi, ev 5, mənzil 35 ünvanda qeydiyyatdadır. İşdə olan 1 saylı MİS tərəfindən verilmiş 58 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Nəsibov X2 şəhəri M.Maqomayev küçəsi ev 4, mənzil 29 ünvanda yaşayır. İşdə olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 4ir şəhəri V.Abdullayev küçəsində istifadədə olan 0.1872 ha torpaq sahəsində yerləşən 5 mərtəbəli binanın 3-cü girişində, 5ci mərtəbəsində yerləşən 68.88 kv.m ümumi, 46,25 kv.m yaşayış və 22.63 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 35 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. ünvan 4ir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-62/2023 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı və onun ailə üzvləri X4, X6 və X7 iddiaçı Cavabdeh1 mülkiyyətində olan, ünvan 4ir şəhəri, 20 Yanvar döngəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2018-ci il tarixli 2(107)- 448/2023 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməsi, iş üzrə ünvan 4ir Şəhər Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli 2(051)-62/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli 2(102)-3130/2023 saylı qərardan görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(107)- 448/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ünvan 4ir Şəhər Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli, 2(051)-90/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, iddiaçı “Muğanbank» ASC ilə cavabdeh Əliyev Eldəniz Haley oğlu arasında bağlanmış 30 aprel 2013-cü il tarixli, K- 236M//F saylı kredit müqaviləsi və cavabdeh X3 arasında bağlanmış 30 aprel 2013-cü il tarixli K-237M//F saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Əliyev Eldəniz Haley oğlundan kredit borcu üzrə 14328,10 manat əsas borc, 1037,3 manat faiz borcu, ümumilikdə 15365,40 manat məbləğində kredit borcunun, X1 9843,22 manat əsas borc, 710,91 manat faiz borcu, ümumilikdə 10554,13 manat məbləğində kredit borcunun tutularaq iddiaçı “Muğanbank"ASC- yə verilməsi, pulun tutulmasının ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, cavabdeh İddiaçı məxsus, ipoteka predmeti olan, 45000 manat dəyərində qiymətləndirilmiş ünvan 4ir şəhəri V.Abduİİayev küçəsi 5 №ti evin 35 №İİ mənzilinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən Əliyev Eldəniz Haley oğlunun kredit borcu üzrə 14328,10 manat əsas borc, 1037,3 manat faiz borcu, ümumilikdə 15365 manat məbləğində kredit borcunun, X3nun kredit borcu üzrə 9843,22 manat əsas borc, 710,91 manat faiz borcu, ümumilikdə 10554,13 manat məbləğində kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınıb iddiaçıya ödənilməsi, borcun ödənilməsindən sonra mənzilin açıq hərracdan satılmasından qalan pulun cavabdehlərə qaytarılması, həmin mənzil 2 satıldıqdan bir ay sonra cavabdeh İddiaçı mənzildən çıxarılması, iş üzrə ekspertiza xərci olan 50 manatın cavabdehlərdən müştərək qaydada alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2018-ci il tarixli 2(107)- 514/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə ünvan 4ir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-90/2017 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28 iyun 2018-ci il tarixli 2(102)-4364/2018 saylı qərardan görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)- 514/2018 nömrəli iş üzrə 07 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ünvan 4ir şəhəri, V.Abdullayev küçəsi ev 5, mənzil 35 ünvanında yerləşən mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehlərin isə həmin mübahisəli mənzil üzərində heç bir hüquqları qeydə alınmamışdır. Ona baxmayaraq cavabdehlər hazırda da iddiaçıya məxsus mənzildən istifadə etməklə bərabər, sahiblik edirlər. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdehlər arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehlərin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüquqları qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onların arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onların iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və yaxud özlərinin saxlanılmasını tələb etmək, həmçinin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüquqları yaranmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisəli mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşlar. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin mənzil cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin mübahisəli mənzil üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüquqları yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qey olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər X5 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ünvan 4ir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar