Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-833/2021 04.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Ərizəçi vəkili X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxslər Mingəçevir regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, Borçalı kollektiv bağçılıq təsərrüfatı 329A ünvandakı 0.05 ha torpaq sahəsinin Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir regional “ASAN xidmət” Mərkəzinin Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, bacısı X4 06.09.2020-ci il tarixdə vəfat etmişdir. Qudası Mingəçevir şəhəri, Borçalı kollektiv bağçılıq təsərrüfatı 329A ünvanda yerləşən 0.05 ha torpaq sahəsi miras qalmışdır. Bacısı ailə həyatı qurmadığından övladları yoxdur. Övladlığa uşaq götürməmişdir. Bacısı onunla birlikdə yaşamış və onun himayəsi altında olmuşdur. Ona görə miras torpaq sahəsini o qəbul və idarə etmişdir. X1 28.10.2017-ci ildə vəfat etmişdir. X7 ailəsiylə birlikdə yaşayır. Yaşlı və səhhəti ilə bağlı ciddi problemlər olduğundan miras torpaq sahəsi ilə əlaqədar heç bir bağlılığı olmamışdır. Mirası hüquqi və faktiki baxımdan qəbul etməmişdir. Hazırda da əmlaka dair heç bir tələbi yoxdur. Miras əmlakın onun tərəfindən qəbulu və adına şəhadətnamə verilməsi ilə bağlı vaxtında notariat orqanına müraciət etmədiyinə görə vərəsəlik haqqında şəhadətnamə ala bilmir. Həmin faktı başqa qaydada təsdiq etmək mümkün olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, Mingəçevir şəhəri, Borçalı kollektiv bağçılıq təsərrüfatı 329A ünvandakı 0.05 ha torpaq sahəsinin Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi vəkili X11 da məhkəmə iclasında verdiyi izahatında ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə ərizəçinin vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşdə olan X13 Xidmət mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06.09.2020-ci il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28.10.2017-ci il tarixdə ölmüşdür. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi 11 oktyabr 2005-ci ildən ünvan 2 ünvanda qeydiyyatdadır. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum bacısı X3r. Göyərçin Mehdiyeva vəfat etmiş və onun birinci növbə vərəsəsi bacısı Ərizəçidur. Ona görədə Ərizəçi ərizə tələbi təmin olunmalı və X2 miras qalmış Mingəçevir şəhəri, Borçalı kollektiv bağçılıq təsərrüfatı 329A ünvandakı 0.05 ha torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Mingəçevir şəhəri, Borçalı kollektiv bağçılıq təsərrüfatı 329 A ünvandakı 0.05 ha torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-833/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-833/2021
04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver