Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-836/2024 03.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili- Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə və 3-cü şəxs X2 qarşı «Mənzildə qeydiyyatda olan şəxsin razılığı olmadan mənzili özgəninkiləşdirmək öhdəliyinin qoyulmasına» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/2 saylı evin, 34 saylı mənzilinin bağışlanması barədə əqdin mənzildə qeydiyyatda olan X1 razılığı olmadan onun tərəfindən bağlanmasının təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/2 saylı evin, 34 saylı mənzili 24 iyun 2008-ci ildən onun şəriksiz mülkiyyətindədir. Belə ki, o, Ələsgər Nağıyev ilə nikaha girməklə evlənmişdir. Birgə evlilikdən onların Sevinc, Elnarə, Aynur və Vüsal adlı uşaqları olmuşdur. Əri vəfat etdikdən sonra mənzildə o, Aynur adlı qızı ilə yaşayır. Oğlu Vüsal isə başqa ünvanda yaşayır. Ancaq onun mənzilində onun istifadə hüququ vardır. Bu səbəbdən oğlu Vüsal tez tez gəlib onu mənzilində incidir. O, şəriksiz mülkiyyətində olan mənzilini qızlarına bağışlamaq istəyir. Ancaq Notariat Kontoru bu əməliyyatı sənədləşdirməkdən imtina edir. Ondan qeydiyyatda olanların razılıq verməsini tələb edir. Ancaq Vüsalın belə bir razılığı olmadığından əməliyyatın aparılması mümkün olmamışdır. Hesab edir ki, notariat kontorunun imtinası qanunsuzdur. Belə ki, mübahisəli mənzil onun şəriksiz mülkiyyətidir. Digər şəxslər mənzilin özgəninkiləşdirilməsinə razıdırlar. Ona görə də məhkəmədən Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/2 saylı evin, 34 saylı mənzilinin bağışlanması barədə əqdin mənzildə qeydiyyatda olan X1 razılığı olmadan onun tərəfindən bağlanmasının təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə da iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh və 3-cü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdeh və 3-cü tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/2 saylı evin, 34 saylı mənzil İddiaçı mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrindən 15 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Ramin Muradovun 19 fevral 2024-cü il tarixli 294 nömrəli məktubundan görünür ki, Qanunvericiliyin tələbinəuyğun olaraq ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi olmadıqda bağışlama müqaviləsinin rəsmiləşdirilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. Beləliklə məhkəmə baxışında müəyyən edildi ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/2 saylı evin, 34 saylı mənzili 24 iyun 2008-ci ildən onun şəriksiz mülkiyyətindədir. Belə ki, o, Ələsgər Nağıyev ilə nikaha girməklə evlənmişdir. Birgə evlilikdən onların Sevinc, Elnarə, Aynur və Vüsal adlı uşaqları olmuşdur. Əri vəfat etdikdən sonra mənzildə o, Aynur adlı qızı ilə yaşayır. İddiaçının oğlu Vüsal isə başqa ünvanda yaşayır. O, şəriksiz mülkiyyətində olan mənzilini qızlarına bağışlamaq istəyir. Lakin Notariat Kontoru bu əməliyyatı sənədləşdirməkdən imtina edir. İddiaçıdan qeydiyyatda olanların razılıq verməsini tələb edilir. Ancaq iddiaçının oğlu Vüsalın belə bir razılığı olmadığından əməliyyatın aparılması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-cı maddəsinin mənasından da görünür ki, mülkiyyətçi sağ ikən öz mülkiyyətində olan əmlakı istənilən şəxsə bağışlkaya bilər. Mülkiyyətçi öz mülkiyyətində olan əmlakla bağlı azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öz əmlakı üzərində müstəqil surətdə sərəncam verməsi və özünə məxsus əmlakı hər hansı bir şəxsə hədiyyə verməsi qanunvericiliklə qadağan edilmir və heç bir şəkildə məhdudlaşdırılmır. Belə olan halda məhkəmə hesab edir ki, “notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimatla heç bir şəkildə mülkiyyətçiyə sağlığında öz əmlakına dair sərəncam verməsinə (bağışlamasına, hədiyyə verilməsinə və s.) məhdudiyyət qoyula bilməz. Həmin qaydalar Mülki Məcəllənin tələblərinə zidd ola bilməz. Zidd olduğu halda Mülki Məcəllə qanunvericilik sistemində “notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimata nisbətən üstün hüquqi qüvvəyə malik olduğu üçün hal-hazırki münasibət Mülki Məcəlləyə uyğun tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsız hesab edilməsi ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericilik Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 324.10-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 8/2, mənzil 34 ona məxsus mülkiyyət hüququ ilə olan mənzilin bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınmadan təsdiq edilməsi vəzifəsi cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilməlidir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə hesab edir ki, X1 və digər vərəsələrin miras açılanadək iki il müddətinə Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 8/2 saylı evin 34 saylı mənzilinə məcburi payı olması izah olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı tərəfindən mülkiyyətində olan Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 8/2 yerləşən, 34 saylı mənzilə dair mülkiyyət hüququ ilə bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan X1 və digər yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınmadan təsdiq edilməsi vəzifəsi cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilsin. X1 və digər vərəsələrin miras açılanadək iki il müddətinə Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 8/2 saylı evin 34 saylı mənzilinə məcburi payı olması izah olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-836/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-836/2024
03.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver