Məhkəmə qərarları › İş №2(051)-847/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-847/2021

04.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-847/2021 04.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, 29.10.2008ci ildən 09.09.2020-ci ilə kimi Cavabdehndə iqtisadiyyat müəllimi işləmiş, “X1”, Mühasibat uçotu nəzəriyyəsi” Reklamda marketinq” “ Rekreasiya və Turizm iqtisadiyyatı”, “İnnovasiya menecmenti”, “Reklamın əsasları” fənlərini tədris etmişdir. 2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar kollecin pedaqoji şurasının üzvü, direktor müavini Kamal Əhmədov ona dərs saatı verilmədiyini bildirmiş və bunun səbəbini kollecin direktoru Səid müəllimdən soruşmağını tövsiyə etmişdir. Səid müəllimisə ona heç bir rəsmi sənəd təqdim etmədən onun işdən azad edildiyini bildirmiş, lakin ona bu barədə heç bir əmr, əmək kitabçası və son haqq-hesab sənədlərini verməmişdir. Sənədlərin ona verilməsi tələbi ilə kollecin direktoru Səid Salayevə ərizə ilə müraciət etmişdir. Lakin bu müraciətinə də heç bir cavab verilməmişdir. Bundan sonra ərizə ilə X5 Xidmətinə müraciət etmiş, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, cavabdeh əmək qanunvericiliyinin tələblərini pozaraq 14.09.2020-ci il tarixli 107/k №-li əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Lakin əmrin surəti və ya əmək kitabçası yenə ona verilməmişdir. Qeyd edilən əmrlə onun hüquqları pozulmuşdur. Ona görə də iddianın təmin olunmasını, Cavabdehnə direktorunun 107/k №-li 14.09.2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması, məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, 2020/2021-ci tədris ili üzrə müəllimlərin pedaqoji fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə təşkil edilmiş Attestasiya Komissiyası tərəfindən Cavabdehndə 9,10,11 sentyabr tarixlərində daxili attestasiya həyata keçirilmişdir. Attestasiya Komissiyasının təlim-tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, işçilərin peşəkarllıq səviyyəsinin yoxlanılması və tutduqları peşəyə uyğunluğunun müəyyən edilməsi sahəsində aparılmış attestasiya nəticələrinin müzakirəsi məqsədilə keçirdiyi 11.09.2020-ci il tarixli iclasda İddiaçı da daxil olmaqla attestasiyada iştirak etmiş bəzi müəllimlərin Əmək Məcəlləsinin 65-ci maddəsinin 7-ci bəndinə əsasən tutduqları peşəyə uyğun olmadıqları haqqında qərar qəbul edilmişdir. Nəticədə İddiaçı Sumqayət qızı tutduğu peşəyə uyğun olmadığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddia əsassız olduğuna görə təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan A 073069 №-li diplomun surətindən görünür ki, Əhmədova Aynur Sumayıt qızı X2 təhsil almış 2000-ci ildə ona İİ02-Mühəndis iqtisadiyyatı İİ0216-İstehsalın təşkili ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İşdə olan Cavabdeh direktoru ilə İddiaçı arasında 27.10.2008-ci ildə bağlanmış əmək müaviləsindən görünür ki, İddiaçı kollecdə ştat üzrə müəllim vəzifəsinə işə qəbul edilmiş. İşə əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı 29 oktyabr 2008ci ildə Cavabdehnə müəllim qəbul edilmişdir. 15 sentyabr 2010-cu ildə Kollecə tam ştat üzrə iqtisadiyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 14 sentyabr 2020-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşə əlavə olunmuş Cavabdeh üzrə 107/K №-li 14 sentyabr 2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Cavabdehn sabiq əməkdaşı İddiaçı ilə bağlanmaış əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materialları ilə müəyyən edildi ki, iddiaçı Aynur Əhmədova 29.10.2008-ci ildən 14.09.2020-ci ilə kimi Cavabdehndə müəllim işləmişdir. 14 sentyabr 2020-ci il il tarixli əmrlə cavabdeh tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin ikinci hissində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, İddiaçı 29.10.2008-ci ildən 14.09.2020-ci ilə kimi Cavabdehndə müəllim işləmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin 14 sentyabr 2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edildiyi kimi iddiaçı ilə əmək müaviləsinə 14 sentyabr 2020-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası Əmək Məcəlləsinin 69-cu maddəsində, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə 70-ci maddəsində göstərilmişdir. Lakin mübahisələndirilən əmrdə qeyd edilən maddələrdən hər hansı birinə istinad edlmədiyinə görə əmək müqaviləsinə hansı tərəfin təşəbbüsü ilə xitam verilməsi qeyri-müəyyəndir. Ancaq iddiaçının tələbindən və işin mahiyyətindən aydın olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən, yəni cavabdeh tərəfindən xitam verilmişdir. İşəgötrən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 70ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər. a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin cavabdehin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 107/k №-li 14 sentyabr 2020-ci il tarixli əmrində Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmiş əsaslardan hər hansı birinə əsaslandırılmamışdır. Cavabdehin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazında keçirilmiş attestasiya nəticələrinin müzakirəsi məqsədilə 11.09.2020-ci il tarixli iclasda iddiaçının Əmək Məcəlləsinin 65-ci maddəsinin 7-ci bəndinə əsasən tutduğu peşəyə uyğun olmaması barədə qərar qəbul edildiyi, buna görə də onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildirsə də bu, əmrdə qeyd edilməmiş və ya iş materialları ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyinin tələblərinə riayət edilməmişdir. Ona görə də iddia təmin olunmalı, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh direktorunun 107/k №-li 14.09.2020-ci il tarixli əmri ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsas ən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh direktorunun 107/k №-li 14.09.2020-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdehnə müəllim vəzifəsinə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar