Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-850/2021 29.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı və Cavabdeh: «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh: «xxxx» ASC “Mərkəzi Aran” RETSİ-nə qarşı “ona məxsus olan qarajdakı sayğacın yenisi ilə dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ona məxsus olan qarajdakı sayğacın yenisi ilə dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, O, Mingəçevir şəhərində yaşayır. Təqaüdçüdür və ailəlidir. Onun övladı Tairova Arzunun həyat yoldaşı X8 onun yaşadığı və ona məxsus olan ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayır. Ona məxsus olan minik maşını üçün Mingəçevir şəhəri İcra Hakmiyyətinə müraciət əsasında 17.04.2007-ci il tarixli 85 saylı sərəncamına əsasən qaraj tikilməsi üçün 21 kv metr torpaq sahəsi ayrılmışdır. Qaraj öz vəsaitləri hesabına inşa edilmişdir. Qarajın işıqlandırılması üçün şəhər elektrik şəbəkəsinin rəhbərliyinə müraciətləri əsasında 04.08.2008-ci il tarixdə 390 saylı naryad əsasında qarajın daxili hissəsində mexaniki elektrik sayğacı quraşdırılmışdır. Sərf edilmiş elektrtik enerjisinin dəyərini “xxxx” MMC müfəttişi tərəfindən 818002 qəbzinə əsasən Azərpoçt vasitəsilə ilə ödənilmişdir. Quraşdırılmış sayğac elektrtik şəbəkəsinin nəzarətçiləri tərəfindən möhürlənmişdir. X8 ailəsi ilə birlikdə Bakı şəhərinə köçdüyü üçün özünün notariat kontoru tərəfindən təsdiq edilmiş 16.04.2010-cu il tarixli yazılı əsasən Mingəçəvir şəhər İcra Hakimiyyətinin 13.05.2010-cu il tarixli 59 saylı sərəncamına əsasən həmin torpaq sahəsi o İddiaçı istifadəsinə verilmişdir. 04.11.2020-ci il tarixdə “Mingəçevir Aran” RETSİ işçiləri tərəfindən ona məxsus olan qaraja baxış keçirərkən elektrik sayğacının yenisi, yəni samrtkart tipli ilə dəyişdirilməsi barədə göstəriş verdikləri üçün o “Mingəçevir Aran” RETSİ rəhbəri Abbas Quliyevə müraciət edərək sayğacın dəyişdirilməsi barədə 04.11.2020-ci il tarixdə yazılı ərizə ilə müraciət etmişdir. Çox təəssüflər olsun ki, onun ərizəsinə cavab olaraq 16.11.2020-ci il tarixli MA-1943 nömrəli saylı cavab məktubu ilə baza hissəsində kodunun olmadığını əsas gətirərək imtina məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli qərarının 7.9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi ETM-in hesabına həyata keçirilməlidir. Samrtkart sistemi məişət obyektlərində, binalarda, qarajlarda, sayğacı quraşdırılana qədər, enerji müfəttişlərinin yazmış olduqları qəbzlər əsasında şəbəkənin ********** VÖEN hesabına ödənilirdi. Həmin dövrdə istehlakçıların heç birinin sayğacları kodlaşdırılmışdır. “xxxx”, “xxxx” Səhmdar Cəmiyyətinə çevrilərkən fiziki şəxslərə mənsub olan qarajların kodları baza hissəsinə daxil edilməmişdir. Sayğac quraşdırılıb möhürlənərkən kodun verilməsi elektrik şəbəkəsinin rəhbərliyi tərəfindən icra edilməli idi. Burada o istehlakçının heç bir günahı yoxdur. Yazılmış imtina ərizəsinə görə “xxxx” ASC-nin sədri Vüqar Əhmədova elektron poçt vasitəsilə ilə müraciəti “Kərgüzarlıq haqqında qanunun” yəni müraciətləri cavabdeh şəxsə göndərilməsi qadağan olunmasına baxmayaraq müraciət araşdırılmamış “Mərkəzi Aran” RETSİ-nə göndərilmişdir. 23.12.2020-ci il tarixli MA-2086 saylı məktubla texniki şərtin alınması üçün şəhər “Asan Xidmət” bölməsinə müraciət edilməsi barədə məlumat verilmişdir. Buna əsasən o texniki şərtin alınması üçün “Asan Xidmət”-ə müraciəti 05.02.2021-ci il tarixdə ATS**********1722 qeydə alınmışdır. Çox təəsüf ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27.04.2013-cü il tarixli 234 saylı qərarın 2.16-cı bəndinə əsasən uyğun olaraq ETM tərəfindən 10 iş günü müddətində onu texniki şərtlə təmin edilmədiyi üçün, təkrarən 03.03.2021-ci il tarixdə “Asan Xidmət” -ə müraciət etməli olmuşdur. Yenədə RETSİ işçiləri tərəfindən təkrar edilmədiyinə görə elektron poçt vasitəsi ilə Mingəçevir “Asan Xidmət” mərkəzinin rəhbərinə müraciət etmişdir. X13 Əliyevin “Günahsız şəxsin cəzalandırılması faciədir” kəlamını nəzərə alıb məhkəmədən ona məxsus olan qarajdakı sayğacın yenisi ilə dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «xxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbi ilə razı olmadığını bildirərək, iddiaçı Mingəçevir şəhəri, A.Məmmədova küçəsi, ev 13, mənzil 24 yaşayan İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “ona məxsus olan qarajdakı elektrik sayğacının yenisi ilə dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin əsasını dəyişərək “ona məxsus olan qarajdakı elektrik sayğacının yenisi ilə dəyişdirilməsi yox, faktiki sayğacın “xxxx” ASC tərəfindən qeydiyyata alınması barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qızı X6 həyat yoldaşı X1 şəhər İcra hakimiyyətinə qarah tikilməsi məqsədi ilə müraciət edərək 17.04.2007-ci il tarixli 85 saylı sərəncamla 21 kv.metr torpaq sahəsində qaraj inşa etmişdir. Qarajın işıqlandırılması üçün şəhər elektrik şəbəkəsi tərəfindən 04.08.2008ci il tarixdə 390 saylı naryad əsasında qarajın daxili hissəsinə mexaniki elektrik sayğacı quraşdırılmışdır. Sərf olunmuş elektirik enerjisinin dəyəri “xxxx” MMC-nin müfəttişi tərəfindən ona verilmiş 818002 saylı qəbzə əsasən Azərpoçt vasitəsi ilə ödənilmişdir. X8 Bakıya köçdüyü üçün 16.04.2010-cu il tarixində onun razılığı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin 13.05.2010-cu il tarixli 59 saylı sərəncamı ilə torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. 04.11.2020-ci il tarixində “Mərkəzi Aran” RETSİ-nin əməkdaşları ona məxsus qaraja baxış keçirərkən mexaniki sayğacın “smart kart” tipli yeni sayğacla əvəz olunmasını bildirdikdən sonra “Mərkəzi Aran” RETSİ-nin rəisi Abas Quliyevə yazılı ərizə ilə müraciət etdiyini, lakin sistemdə abunə kodunun olmadığına görə ona imtina cavabı verildiyini bildirmişdir. İddiaçı “xxxx” ASC-yə qarşı “ona məxsus olan qarajdakı elektrik sayğacının yenisi ilə dəyişdirilməsi yox, faktiki sayğacın “xxxx” ASC tərəfindən qeydiyyata alınması tələbinə dair” iddiasını qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı məxsus qarajda olan elektrik sayğacı “xxxx” ASC tərəfindən quraşdırılmışdır. “xxxx” ASC dövründə təşkilat tərəfindən quraşdırılmış elektrik sayğaclarını istifadə edən abonentlərin “Proqram bazası”nda abunə kodu mövcuddur. 10 fevral 2015-ci il tarixli “xxxx” ASC haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının ərazisində “xxxx” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçılarının təmin olunması fəaliyyətinin “xxxx” ASC-nə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchiatı üçün zəruri olan və “xxxx” ASC-nin balansındakı əmlak və digər avadanlıqların “xxxx” ASC-nin balansına verilməsi” haqqında sərəncam imzalandıqdan sonra faktiki olaraq təhvil-təslim prosesi 13 aprel 2015-ci il tarixində baş vermişdir. Ona məxsus olan qarajda quraşdırılmış elektrik sayğacından istifadə etdiyinə görə İddiaçı abonent kimi abunə kodu nə “xxxx” ASC dövründə, nə də “xxxx” ASC dövründə “Proqram bazası”na daxil edilməmişdir. Ona görə də onun elektrik enerjisindən istifadə etdiyinə görə elektrik enerjisinin istehlak haqqını ödəməsi mümkün deyil. Yəni İddiaçı məxsus qarajda yerləşən elektrik sayğacının mənşəyi məlum deyildir. Kim tərəfindən və hansı əsasla quraşdırılması barədə “xxxx” ASC-nin heç bir məlumatı yoxdur. Ona görə də məhkəmədən İddiaçı cavabdeh “ona məxsus olan qarajdakıelektrik sayğacının yenisi ilə dəyişdirilməsi tələbinə dair” iddia tələbi əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının 17 aprel 2007-ci il tarixli, 85 saylı Fərdi avtomobil qarajı tikmək üçün torpaq sahəsinin icarəyə verilməsi haqqında Sərəncamından çıxarışdan görünür ki, A.Məmmədov küçəsi ev 13, mənzil 24-də yaşayan X7 yaşadığı binanın qarşısındakı qarajların sırasında (cizgidə göstərilən yerdə) 21 kv.metr torpaq sahəsi 10 (on) il müddətinə icarəyə verilmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının 13 may 2010-cu il tarixli, 59 saylı Torpaq sahəsi istifadəçilərinin dəyişdirilməsi haqqında Sərəncam çıxarışdan görünür ki, X7 Mingəçevir şəhəri A.Məmmədov küçəsi 13 saylı binanın qarşısındakı ərazidə qaraj tikmək üçün ayrılmış 21 (iyirmi bir) kv.metr torpaq sahəsi onun razılığına əsasən geri alınmış və təyinatı saxlanılmaqla icarə əsasında 10 (on) il müddətinə İddiaçı istifadə verilmişdir. İşə əlavə olunmuş X10 Enerji Təchizatı və Satışı İdarəsinin 16.11.2020-ci il tarixli MA1943 nömrəli məktubundan görünür ki, X2 proqram bazasında İddiaçı məxsus qaraja quraşdırılmış sayğacın qeydiyyatda olması barədə heç bir məlumat yoxdur və bu səbəbdən abonent kimi qeydiyyatda deyildir. İşə əlavə olunmuş X10 Enerji Təchizatı və Satışı İdarəsinin 23.12.2020-ci il tarixli, MA-2086 saylı məktubundan görünür ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 13-də yerləşən İddiaçı məxsus qaraja elektrik enerjisinin verilməsi 2007-ci ildə texniki şərt alınmadan həyata keçirilmiş və quraşdırılmış elektrik sayğacı Mingəçevir EŞ-nin “Proqram bazası”nda qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri enerji təchizatı müəssisəsi ilə abonent arasında yaranan münasibətlərdir. «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə dövlət orqanlarının və yerli üzünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə, təqdim olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən obyektiv, hərtərəfli və tam baxaraq, tərəflər arasında olan münasibətlərə tətbiq olunan hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi əsassızdır. Beləliklə Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, İddiaçı tərəf iddiasını sübut edə bilməmiş, əksinə isə cavabdeh tərəf məhkəməyə iddianın əsassızlığını sübut etmişdir. Belə ki, Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə Mingəçevir şəhəri A.Məmmədov küçəsi 13 saylı binanın qarşısındakı ərazidə qaraj tikmək üçün ayrılmış 21 (iyirmi bir) kv.metr torpaq sahəsi icarə əsasında 10 (on) il müddətinə İddiaçı istifadə verilmişdir. İddiaçı məxsus qarajda olan elektrik sayğacı “xxxx” ASC tərəfindən quraşdırılmışdır. “xxxx” ASC dövründə təşkilat tərəfindən quraşdırılmış elektrik sayğaclarını istifadə edən abonentlərin “Proqram bazası”nda abunə kodu mövcuddur. 10 fevral 2015-ci il tarixli “xxxx” ASC haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının ərazisində “xxxx” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçılarının təmin olunması fəaliyyətinin “xxxx” ASC-nə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchiatı üçün zəruri olan və “xxxx” ASC-nin balansındakı əmlak və digər avadanlıqların “xxxx” ASC-nin balansına verilməsi” haqqında sərəncam imzalandıqdan sonra faktiki olaraq təhvil-təslim prosesi 13 aprel 2015-ci il tarixində baş vermişdir. Bundan əlavə İddiaçı abonent kimi abunə kodu nə “xxxx” ASC dövründə, nə də “xxxx” ASC dövründə “Proqram bazası”na daxil edilməmişdir. İddiaçı abonent kimi abunə kodu dövründə “Proqram bazası”nda qeydiyyata alınmadığından onun yenisi ilə əvə z olunması mümkün deyildir. Həmçinin elektrik hesablama sayğacları enerjitəchizatı müəssisəsinin hesabına quraşdırılması və plan üzrə dəyişdirilməsi yalnız fiziki şəxs olan və elektrik enerjisindən məişət məqsədləri üçün istifadə edən məişət abonentlərinə şamil edilmişdir. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan İddiaçı İddiaçı cavabdeh: «xxxx» ASC “Mərkəzi Aran” RETSİ-nə qarşı “ona məxsus olan qarajdakı sayğacın yenisi ilə dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı qeyd olunan əqdin etibarsız olması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qərara a l d ı: İddia tələbi rədd edilsin. İddiaçı İddiaçı cavabdeh: «xxxx» ASC “Mərkəzi Aran” RETSİ-nə qarşı “ona məxsus olan qarajdakı sayğacın yenisi ilə dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-850/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-850/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver