Məhkəmə qərarları › İş №2(051)-851/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-851/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-851/2021 22.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi X9 iştirakı ilə İddiaçı Cavabdeh qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 yanvar 1998-ci il təvəllüdlü X4 onun öhdəsində (himayəsində) olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman İddiaçı ərizənin dəqiqləşdirilməsi haqda əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 08 yanvar 1998-ci il tarixdə doğulmuş, tam fəaliyyət qabiliyyətsiz X14 oğluna onun tərəfindən qulluq və qayğı göstərməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun Cavabdehlə birgə nikahlarından 08 yanvar 1998-ci il tarixdə Oğuz rayonun Yaqublu kəndində X10 adlı uşağı doğulmuşdur. Həmin uşaq 26 noyabr 2004-cü il tarixdən Mingəçevir şəhər, Rayonlararası Psixonevroliji Dispanserində “çox ağır əqli gerilik, ciddi davranış pozğunluqları ilə qulluq və müalicə tələb edən” diaqnozu ilə qeydiyatdadır, İ qrup əlildir. Qulluğa ehtiyacı olan xəstədir. Oğlu ağır xəstəlikdən əziyyət çəkir, onun müalicəsi yoxdur. Cabbar öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. X1 fəalyyət qabilliyyətı olmayan hesab edilməsinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə oğlu Cabbar fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Cavabdehlə onlar məhkəmə yolu ilə ayrılmışlar. Ayrıldıqdan sonra oğlu Cabbara o, baxmış və hazırda da oğlunun bütün qayğısını o, çəkir. Oğlu daima qayğıya ehtiyacı olan İ qrup əlildir. O, 2005-ci il yanvar ayının 3-dən oğlu Cabbara tək baxmışdır. X3 nə maddi, nə də mənəvi kömək etməmiş, alimenti də daima məhkəmə yolu ilə almışdır. 18 yaşı bitdikdən sonra X7 baxmaqdan imtina edərək, demişdir ki, anasıdır baxsın, baxa bilmir ruhi xəstəxanaya qoysun. O, oğlu ilə maraqlanmır, onun heç bir qayğısını çəkmir. Ona görə də o, oğluna qəyyum təyin edilməsi üçün ərizə Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh uşağa baxmadığı halda, qəyyumluq məsələsi ilə bağlı etiraz etmiş və özünün də qəyyum təyin olunmasını istəmişdir. Mübahisə olduğundan Mingəçevir Şəhər İcra Hakimiyyəti qəyyum təyin etməkdən imtina etmiş və uşağa hansı valideynin baxmasının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən 08 yanvar 1998-ci il il tarixdə doğulmuş, fəaliyyət qabiliyyəti olmayan, uşağı X6 onun tərəfindən qulluq və qayğı göstərilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs X13 məhkəmə iclası zamanı verdiyi ifadəsində mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə İddiaçınin və üçüncü şəxsin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, İddiaçınin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 26.07.2006-cı il tarixli, 59 nömrə ilə qeydə alınmış nikahın pozulması haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 08.01.1998ci il tarixdə Cavabdeh ilə İddiaçı birgə nikahından doğulmuşdur. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti 29.06.2020-ci il tarixli, 884 nömrəli məktubdan görünür ki, İddiaçı müraciətinə məhkəmə qaydasında baxılması tövsiyyə olunmuşdur. İsdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-169/2020 saylı, 13.02.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İsdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş 26.05.2021-ci il tarixli aktdan görünür ki, 25.05.2021-ci il tarixdə saat 16 radələrində İddiaçı yaşadığı mənzilin məişət şəraitinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı yaşadığı mənzil 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, Ə.Vahid küçəsi, ev 6, mənzil 4 ünvanında yerləşir. Mənzil 2 otaq, hamam, mətbəx, və sanitar qovşaqdan ibarətdir. Otaqlar təmirlidir, daimi isti-soyuq su ilə təmin olunmuşdur. Otaqlarda lazımi mebel və avadanlıqlar var. Mənzildə 6 nəfər İddiaçı özü, xəstə oğlu, keçmiş həyat yoldaşı, baldızı və baldızının 2 uşağı yaşayır. Xəstənin saxlanması üçün lazımi şərait yaradılmışdır. X2 anası tərəfindən lazimi qayğı və qulluq göstərilir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında olan birgə nikahdan 08 yanvar 1998-ci il tarixdə Oğuz rayonun Yaqublu kəndində X10 adlı uşaqları doğulmuşdur. X10 26 noyabr 2004-cü il tarixdən Mingəçevir şəhər, Rayonlararası Psixonevroliji Dispanserində “çox ağır əqli gerilik, ciddi davranış pozğunluqları ilə qulluq və müalicə tələb edən” diaqnozu ilə qeydiyatdadır, Qulluğa ehtiyacı olan xəstədir. Cabbar İsayev ağır xəstəlikdən əziyyət çəkir, onun müalicəsi yoxdur. Cabbar öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. X12 məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsində birbaşa nəzərdə tutulmasa da, Məcəllənin 307.2.11-ci maddəsində başqa faktların da məhkəmə tərəfindən müəyyən edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmin məcəllənin 308.-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, Cabbar İsayev 08 yanvar 1998-ci ildə Oğuz rayonun Yaqublu kəndində doğulmuşdur. O, 26 noyabr 2004-cü ildən Mingəçevir şəhər, Rayonlararası Psixonevroliji Dispanserində “çox ağır əqli gerilik” davranış pozğunluğu diaqnozu ilə qeydiyyatdadır. Həmin xəstəliyi keçirdiyindən hazırda öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Ona görə də onun xüsusi qulluğa ehtiyacı vardır. Hazırda Cabbar İsayev öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, ona iddiaçı tərəfindən qulluq və qayğı göstərilir. Hazırda İddiaçı Cabbar İsayevə onun tərəfindən qulluq və qayğı göstərməsi faktının müəyyən edilməsinin təsdiqini məhkəmədən kənar başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–nin 308–ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM–nin 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. İddiaçının tələbi onun İqrup əlil olan yetkinlik yaşına çatmış övladına qulluq və qayğı göstərməsi faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi iddiaçının qəyyum təyin edilməsi və onun İ qrup əlilə təyin edilmiş pensiya məbləğini almaq və sair əmlak xarakterli hərəkətləri yerinə yetirmək üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, İ qrup əlil olan yetkinlik yaşına çatmış övlada qulluq və qayğı göstərməsi faktının müəyyən edilməsi, qulluğa ehtiyacı olan şəxsin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. 08 yanvar 1998-ci il tarixdə Oğuz rayonu, Yaqublu kəndində doğulmuş, Mingəçevir Şəhər Məhkəməsinin 13.02.2020-ci il tarixli 2(051)-169/2020 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, X14 oğluna İddiaçı tərəfindən qulluq və qayğı göstərilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar