Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-854/2023 10.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəisi X2 iştirakı ilə, doğumun qeyd edilmə faktının bərpasına dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi doğum qeydinin bərpasına dair məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, 01 avqust 1975-ci ildə Ermənistan Respublikası Masis rayonu Sarcalar kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* saylı qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmışdır.Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün Mingəçevir regional “ASAN xidmət" mərkəzinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi qrupuna müraciət etdikdə Ermənistan Respublikasında doğulduğu üçün doğum akt qeydi məlumatları Ədliyyə Nazirliyinin Reyestr xidmətinə daxil edilmədiyindən şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2022-ci il tarixli 018- 264051 saylı məktubu ilə o, Ermənistan Respublikasında doğulduğu üçün doğum akt qeydinin bərpa olunduqdan və bu barədə məlumatların informasiya sisteminə daxil edildikdən sonra şəxsiyyət vəsiqəsi təmin olunma məsələsinə baxılacaqdır. Doğum akt qeydi məlumatlarının Ədliyyə Nazirliyinin Reyestr xidmətinə daxil edilməsi üçün Mingəçevir regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etdikdə şəxsiyyət vəsiqəsi olmadığı üçün doğum akt qeydinin Ədliyyə Nazirliyinin Reyestr xidmətinə daxil edilməsindən xx.xx.2023-cü il tarixli 3-16-5/8-15- 55/2023 saylı məktubla imtina olunmuşdur. Ona görə də ərizəsinin təmin olunmasını, Ermənistan Respublikası Masis rayonu Kalinin icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1975-ci il tarixli 25 saylı doğum haqqında akt qeydinin bərpa olunması, doğumda soyadını Rzayev, adını Məmməd, ata adını Əyyub oğlu kimi, doğum tarixini xx.xx.1975-ci il, doğulduğu yeri Ermənistan Respublikası, Masis rayonu, Sarcalar kəndi, ata məlumatlarının X12, ana məlumatlarının X7, milliyyəti azərbaycanlı yazılması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəisi X8 məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. X9 məhkəmə iclsında verdiyi ifadəsində bildirdi ki, Məmməd onun qardaşıdır. Ərizəçi xx.xx.1975-ci ildə Ermənistan Respublikasının Massis rayonun Sarcalar kəndində anadan olmuşdur. X1 məhkəmə iclsında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun qaynıdır. Qaynı Məmməd həqiqətən də xx.xx.1975-ci ildə Ermənistan Respublikasının Massis rayonun Sarcalar kəndində anadan olmuşdur. Məmmədi körpə yaşlarından, yəni 2 yaşından tanıyır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 avqust 1975-ci il təvəllüdlü Ərizəçi X5, anası X3r. İşdə olan 2 saylı MKİS-dən verilmiş 05 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 1988-ci ildə Ermənistandan Azərbaycana qaçqın kimi gəlmiş,Mingəçevir şəhər Puşkin küçəsi 9 №-li evi 12 №-li mənzilində yaşayır. İşə əlavə edilmiş ərizə-anket məlumatlarında göstərilir ki, Ərizəçi 01 avqust 1975-ci ildə Ermənistan SSR-da anadan olmuşdur. X5, milliyəti azərbaycanlı, anası X7, milliyyəti azərbaycanlı. İşə əlavə edilmiş Dövlət Miqrasiya Xidməti X11 idarəsinin xx.xx.2017-ci il tarixli arayışında göstəilir ki, təqdim edilmiş sənədlərə əsasən aparılmış icraat nəticəsində X6 Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2015-ci il tarixli 84 №-li qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İşə əlavə edilmiş Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* №-li 07 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, 01 avqust 1975-ci il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdı. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə əsasən isə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımi sənədlərin başqa cür alınması mümkün olmasın, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Ərizəçi Ermənistanda anadan olmuş, məlum hadisələrlə bağlı Azərbaycan Respublikasına köçmüşlər. Ərizəçi xx.xx.1975-ci ildə doğulmuş, ona doğum haqqında şəhadətnamə verilmişdir. Lakin Ermənistanda doğulduğu üçün doğum akt qeydi məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Reyestr Xidmətinə daxil edilmədiyinə görə şəxsiyyət vəsiqəsi ala bilmir. Ona görə də ərizə təmin olunmalı, Ərizəçi doğum haqqında akt qeydi bərpa edilməli, doğum akt qeydində onun xx.xx.1975-ci ildə Ermənistanın Masis rayonun Sarcalar kəndində doğulması, soyadı Rzayev, adı Məmməd, “ata” kimi X12, milliyyəti azərbaycanlı, “ana” kimi X7, milliyyəti azərbaycanlı yazılmalıdır. Faktın müəyyən edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin olunsun. Ərizəçi doğum akt qeydi bərpa edilsin, doğum akt qeydində xx.xx.1975-ci ildə Ermənistan Respublikasının Masis rayonun Sarcalar kəndində doğulması, soyadı Rzayev, adı Məmməd, “ata” kimi X12, milliyyəti azərbaycanlı, “ana” kimi X7, milliyyəti azərbaycanlı qeyd olunması faktı müəyyən edilsin. Qətnamə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-854/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-854/2023
10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver