Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-855/2023 02.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 miras qalmış Mingəçevir şəhəri Naxçıvan küçəsi 50D saylı ünvanda yerləşən 0,045 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi yalnız onun tərəfindən bütövlükdə qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 onun atası olmuşdur. X2 mülkiyyət sənədi ilə olan ünvan 1 ünvanda yerləşən 0,045 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi olmuşdur. Atası mərhum X6 xx.xx.2016-cı ildə Mİngəçevir şəhərində vəfat etmişdir. Miras əmlakın rəsmi qaydada qəbul edilməsi ilə bağlı müraciət edə bilməmişdir. Lakin evə faktiki yaşamaqla miras əmlakı faktiki qəbul etmişdir. ünvan 2 ünvanda yerləşən 0,045 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yalnız onun tərəfindən qəbul olunmuş və onun tərəfindən idarə olunur. Lakin Notariat Kontorunda müraciət etdikdə ona Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi notariusu məktubla mirasın qəbulu faktı ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyytində qalmışdır. Odur ki mərhum atası X3 miras qalmış Mingəçevir şəhəri Naxçıvan küçəsi 50D saylı ünvanda yerləşən 0,045 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi yalnız onun tərəfindən bütövlükdə qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı ərizəçi, əsasən ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə X6 ilə Maraqlı şəxs2 Huseyn qızı ilə birgə nikahlarından doğulmuşdur. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Seriya RX № ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 127,6 kv.metr, yaşayış sahəsi 47,3 kv.metr və yardımçı sahəsi 80,3 kv.metr olan 3 otaqlı mənzil üzərində X4 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə 10 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1952-ci il tarixdə Yevlax rayonu Tanrıqulular kəndində doğulmuş X6 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlamaya əsasən X4 vərəsələri kimi Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 və Ərizəçi müəyyən olunmuşdur. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 155 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 tərəfindən ayrı ayrılıqda verilmiş və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X3 mirasın qəbul edilməsi üçün müddəti buraxmışlar və mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəklər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 127,6 kv.metr, yaşayış sahəsi 47,3 kv.metr və yardımçı sahəsi 80,3 kv.metr olan 3 otaqlı ev miras qalmışdır. Ərizəçi həmin evdən ailə üzvləri ilə birlikdə miras açılan gündən bu günə kimi yaşayayış evi kimi istifadə etməklə miras əmlak kimi faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 127,6 kv.metr, yaşayış sahəsi 47,3 kv.metr və yardımçı sahəsi 80,3 kv.metr olan 3 otaqlı evin mərhum X5 aid fərdi ev Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Həmin Məcəllənin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Digər vərəsələr isə miras əmlakdan imtina etmişlər və mübahisə olmadığından həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, ünvan 3 ünvanında yerləşən 0,045 ha torpaq sahəhəsi və toraq sahəsində yerləşən fərdi yaşayış evi yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-855/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-855/2023
02.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver