Məhkəmə qərarları › İş №2(051)-86/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-86/2021

10.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-86/2021 10.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı qızının cavabdehlər Məmmədova Zəminə Bəhram qızı və Mingəçevir şəhər X6 X7 şurasına qarşı Mingəçevir şəhər Mərkəsi Xəstəxanasının tibb X7 şurasının 29 №-li 30 mart 1998-ci il tarixli qərarın ləğv edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı qızı cavabdeh Məmmədova Zəminə Bəhram qızına qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbini dəqiqləşdirərək onun istifadəsinə verilmiş torpaq sahəsinə X2 adına verilmiş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Cavabdeh Bəhram qızının adına verilmiş Çıxarışın və aparılmış reyestr qeydinin ləğv edilməsi, Cavabdeh Bəhram qızının ona verilmiş torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbini dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək ona verilmiş torpaq sahəsinin Cavabdeh verilməsi barədə Mingəçevir şəhər X6 X7 şurasının 30 manat 1998-ci il tarixli 29 №-li qərarının ləğv edilməsi, Cavabdeh Bəhram qızının torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iş üzrə əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, sonra məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı qızı 1970-ci ildən Mingəçevir şəhər xəstəxanasının poliklinika şöbəsində tibb bacısı işləmişdir. Mingəçevir şəhər XDS-nin 07 iyul 1976-cı il tarixli 315 №-li qərarına əsasən iddiaçıya “Şəfa” kollektiv bağçılıq təsərrüfatından 06 sot torpaq sahəsi verilmişdir. İddiaçının adı kollektiv bağçılıq üçün torpaq sahəsi verilmiş xəstəxana işçiləri siyahısında qeyd edilmiş, həmçinin torpaq sahəsinin ayrılması barədə ona pasport verilmişdir. İddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, orada ağaclar əkmişdir, lakin tikinti işləri aparmamışdır. Lakin sonra bir müddət xəstə olduğuna görə torpaq sahəsinə gedib-gələ bilməmişdir. Bundan istifadə edən cavabdeh Məmmədova Zəminə Bəhram qızı həmin torpaq sahəsini zəbt etmişdir. İddiaçı onun istifadəsinə verilmiş torpaq sahəsinə getdikdə, cavabdeh onu torpağa buraxmamışdır. Buna görə də iddiaçı ərizə ilə Polis şöbəsinə müraciət etmiş, lakin Polis şöbəsinin təhqiqatçısının qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə iclasında onlara məlum olunmuşdur ki, iddiaçıya verilmiş torpaq sahəsi Mingəçevir şəhər X6 X7 şurasının 29 №-li 30 mart 1998-ci il tarixli qərarı ilə Cavabdeh verilmişdir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, guya İddiaçı həmin torpaq sahəsini Cavabdeh istifadəsinə verilməsi barədə ərizə ilə həmkarlar ittifaqına müraciət etmişdir. Halbuki torpaq sahəsinin Cavabdeh istifadəsinə verilməsindən iddiaçının xəbəri olmamışdır. Hesab edir ki, həmin qərar qanunsuzdur. Ona görə də iddianın təmin olunmasını, iddiaçıya ayrılmış torpaq sahəsinin Cavabdeh Bəhram qızına verilməsi barədə Mingəçevir şəhər X6 X7 şurasının 29 №-li 30 mart 1998-ci il tarixli qərarının ləğv edilməsi, Mingəçeir şəhəri Şəfa küçəsi 1-ci döngə 2-ci ünvan kimi Cavabdeh adına verilmiş 24 yanvar 2020-ci il tarixli Çıxarışın ləğv edilməsi, Cavabdeh Bəhrm qızının iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Bəhram qızı iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, məlum Qarabağ hadisəsi ilə bağlı 1993-cü ildən Ağdam rayonundan olan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində məskunlaşmışlar. Bir neçə il kirayə evdə yaşamışlar. 1978-ci ildə Mingəçevir şəhəri “Şəfa” küçəsi 1-ci döngə 2 №-li ünvanda yerləşən 6 sot torpaq sahəsini Muxtarov Əjdər adlı adamdan almışdır. Sonra həmin torpaq sahəsinin ətrafına daş hasar çəkdirmiş, torpaq sahəsində tikintilər aparmış, ailə üzvləri ilə birlikdə orada yaşamışlar. Hazırda torpaq sahəsi onun mülkiyyətindədir. O, Mahirə adlı adamın həmin torpaq sahəsi ilə hər hansı bir əlaqəsi olmasını görməmiş, bilməmişdir. 1998-ci ildən 2019-cu ilə kimi iddiaçı Mahirə Əliyeva həmin torpaq sahəsinə gəlməmiş, torpaq sahəsi ilə maraqlanmamışdır. Ancaq 2019-cu ilin sonlarında İddiaçı onların yaşadıqları evə gələrək, həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, mübahisə yaratmış, sonra onun barəsində polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Əgər torpaq sahəsi İddiaçı məxsus idisə 28 ildə o, hansı səbəbə görə həmin torpaq sahəsi ilə əlaqə saxlamamışdır. İddiaçı ərizəsində göstərmişdir ki, guya o, son illərə qədər torpaq sahəsinə gedib-gəlmiş, sonra xəstəliyi ilə əlaqədar gedə bilməmişdir. Halbuki onlar aldıqdan sonra torpaq sahəsinin ətrafına daş hasar çəkmişlər. Əgər iddiaçı torpaq sahəsinə gəlsə idi o və ailə üzvləri iddiaçını görməli idilər. Hesab edir ki, iddia əsassızdır və təmin olunmamasını xahiş edir. Cavabdeh Cavabdeh nünayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianə qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tələbində göstərmişdir ki, Mingəçevir şəhər XDS-nin 07 iyul 1976-cı il tarixli qərarı ilə “Şəfa” Kollektiv bağçılıq sahəsindən ona 6 sot torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçı həmin torpaq sahəsindən istifadə etməmiş, ona görə də torpaq sahəsi digər şəxslərə verilmişdir. Mingəçevir şəhər XDS-nin qərarı ilə qəbul edilmiş nizamnamədən və həmkarlar təşkilatının nizamnaməsindən görünür ki, şəxslərə verilmiş torpaq sahəsi iki il müddətində istifadə edilmədikdə digər şəxslərə verilməlidir. İddiaçı mübahisələndirilən torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı bir mötəbər sübutu təqdim etməmişdir. Bundan əlavə iddiaçı sözügedən torpaq sahəsi ilə bağlı iddia müddətini ötürmüşdür. Belə ki, Mülki Məcəllənin tələbindən də bilindiyi kimi daşınmaz əmlaka iddia müddəti 6 il, ümumi iddia müddəti isə 10 ildir. İddiaçı mülkiyyətçi sayılmadığı halda və ya torpaq üzərində hər hansı sərəncam və ya istifadə hüququ olmadan, mübahisələndirilən torpaq sahəsinə 1998-ci ildən sahiblik edən Cavabdeh hazırda mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını tələb edir. İddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həmkarlar ittifaqı şurasının sədri X4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhər XDS İK-nin 07 oktyabr 1976-cı il tarixli qərarı ilə xəstəxana işçilərinin istifadəsinə verilməsi üçün 5,6 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən 06 sot İddiaçı ayrılmışdır. Lakin İddiaçı həmin torpaq sahəsindən heç vaxt istifadə etməmiş, torpaq sahəsi ilə əlaqə saxlamamışdır. Ona görə də torpaq sahəsi istifadəsiz qaldığı üçün Muxtarov Əjdər adlı adamın istifadəsinə verilmişdir. 1998-ci ilə kimi həmin torpaq sahəsindən Əjdər Muxtarov istifadə etmişdir. X15 xəstələndiyinə, torpaqdan istifadə edə bilmədiyinə görə aralarındakı razılaşmaya əsasən Ə.Muxtarov torpaq sahəsini Zəminə Məmmədovanın istifadəsinə verilməsini xahiş etmişdir. Ona görə də Mingəçevir şəhər Mərkəzi Xəstəxanası həmkarlar ittifaqı şurasının 30 mart 1998-ci il tarixli qərarı ilə həmin torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Ancaq qərarda texniki səhv olaraq Əjdər Muxtarov əvəzinə İddiaçı yazılmışdır. Torpaq sahəsi uzun müddət istifadəçisi olmuş Əjdər Muxtarovun razılıq ərizəsi ilə Cavabdeh istifadəsinə verilmişdir. Hazırda həmin torpa sahəsi Cavabdeh mülkiyyətindədir. 2014-cü ildə Mərkəzi şəhər xəstəxanasının binasında əsaslı təmir getdiyinə, əşyalar ayrı-ayrı yerlərə daşındığına görə bəzi köhnə sənədlər yoxa çıxmış, eləcə də 1990-cı ildən 2020-cu ilədək dövr ərzində olan sənədlər 2014-cü ildə ləğv edilmişdir. Hesab edir ki, iddia əsassızdır. Ona görə ki, iddiaçı ona ayrılmış mübahisələndirilən torpaq sahəsindən heç vaxt istifadə etməmişdir və bu vaxta kimi həmin torpaq sahəsinin başqa adamın istifadəsinə verilməsini mübahisələndirməmişdir. Şahid X10 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2005-ci ildən cavabdeh Cavabdeh ilə bağ qonşusudur. ünvan 2 ünvanda yerləşən torpaq sahəsində tikilmiş evdə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Bu müddətdə İddiaçı həmin ünvana, torpaq sahəsinə gəlib-getdiyini görməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə olunmuş Dövlət arxivinin Mingəçevir filialı tərəfindən verilmiş arxiv arayışında göstərilir ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İK-nin arxiv fondunun sənədlərinə əsasən 315 №-li 07 oktyabr 1976-cı il tarixli qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün Bozdağ ətəklərindən 5,6 ha torpaq sahəsi ayrılmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər tibb işçiləri həmkarlar komitəsi tərəfindən verilmiş “Şəfa” bağçılıq təsərrüfatın pasportunda göstərilr ki, 07 iyul 1976-cı il tarixli 315 №-li qərara əsasən X8 6 sot torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər tibb işçiləri həmkarlar komitəsi tərəfindən verilmiş “Şəfa” bağçılıq təsərrüfatın pasportunda göstərilr ki, 14 avqust 1986-cı il tarixli qərarla X3 06 sot torpaq sahəsi verilmişdir. İşdə olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının tibb X7 şurasının 30 mart 1998-ci il tarixli 29 №-li protokolundan çıxarışda göstərilir ki, X5 ona verilmiş torpaq sahəsini əkib-becərməyə imkanı olmadığı üçün həmin torpaq sahəsi Cavabdeh verilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının tibb işçiləri həmkarlar komitəsi şurası tərəfindən verilmiş “Şəfa” kooperativ bağçılıq təsrrüfatının pasportundan görünür ki, uşaq xəstəxanasında kiçik tibb bacısı işləyən Cavabdeh 6(altı) sot torpaq sahəsi verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki. ünvan 3 ünvanda yerləşən 0,599 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İşdə olan Mingəçevir şəhər Səhiyyə X7nın sədri A.S.Alıyev tərəfindən verilmiş 29 №-li 08 sentyabr 2021-ci il tarixli arayışda göstərilir ki, Mingəçevir şəhər Səhiyyə X7na məxsus 1990-cı ildən 2010-cu ilədək dövr ərzində olan sənədlər 2014-cü ildə ləğv edilmişdir. İddiaçı tələbində Mingəçevir şəhər XDS-nin 07 iyul 1976-cı il tarixli 315 №-li qərarı ilə Mingəçevir şəhər Səhiyyə İşçilərinə kollektiv bağçılı üçün ayrılmış torpaq sahəsindən 06 sot torpaq sahəsinin onun istifadəsinə verilməsini bildirmiş, bunu adının torpaq sahəsi ayrılmış xəstəxana işçiləri siyahısında qeyd edilməsi, torpaq sahəsi ayrılması barədə Mingəçevir şəhər tibb işçiləri həmkarlar ittifaqı tərəfindən ona pasport verilməsi ilə əsaslandırmışdır. İddiaçı, həmçinin, tələbində onun istifadəsinə verilmiş həmin torpaq sahəsinin Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həmkarlar ittifaqının 29 №-li 30 mart 1998-ci il tarixli qərarı ilə Cavabdeh verilməsini bildirmiş, həmin qərardan hazırkı işə baxılan zaman xəbəri olmasını bildirmişdir. Məhkəmə tətqiqi zamanı müəyyən edildi ki, iddiaçı onun istifadəsinə verilmiş torpaq sahəsindən uzun müddət istifadə etmədiyinə görə həmin torpaq sahəsi Mingəçevir şəhər Mərkəzi Xəstəxanası həmkarlar ittifaqının qərarı ilə əvvəl Əjdər Muxtarova, sonra isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həmkarlar ittifaqının 29 №-li 30 mart 1998-ci il tarixli qərarı ilə Cavabdeh verilmişdir. İddiaçı tələbində onun istifadəsinə verilmiş həmin torpaq sahəsindən son illərə qədər istifadə etdiyini, səhhəti ilə əlaqədar sonradan torpaq sahəsinə gedib-gəlmədiyini bildirmiş, lakin bunları təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddiaçının mübahisələndirilən torpaq sahəsindən heç vaxt istifadə etməməsini, həmin torpaq sahəsinin Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tibb işçiləri həmkarlar komitəsinin 30 mart 1998-ci il tarixli qərarı ilə onun istifadəsinə verilməsini, həmin vaxtdan 28 il müddət keçməsini, torpaq sahəsinin hazırda onun mülkiyyətində olmasını nəzərə alaraq iddia müddətini tətbiq olunmasını, iddia müddəti ötürüldüyünə görə iddianın rədd olmasını xahiş etmişdir. Mübahisəli torpaq sahəsinə cavabdehə hüquq verən və iddiaçının ləğvini tələb etdiyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tibb X7nın qərarı 30 mart 1998-ci ildə qəbul edilmişdir və iddianın müddətlər baxımından həllində həmin vaxt qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. 01 mart 1965-ci ildə qüvvəyə minmiş və həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsaasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət(iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. İddiaçının, istifadəsinə verilmiş torpaq sahəsinin hüquqi rejimi ilə 28 il müddətində maraqlanmaması inandırıcı və ağlabatan deyil. Hətta həyatın adi axarı şəraitində belə torpaq sahəsinə üçüncü şəxsin hüquqları olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. İddia müddətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institu hüquq münasibətləri iştirakçılarının intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Mingəçevir şəhər X6 X7 Şurasına və Məmmədova Zəminə Bəhram qızına qarşı 29 №-li 30 mart 1998-ci il tarixli qərarın ləğv edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia, iddia müddəti keçdiyinə görə təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd edilən Mülki Məcəllənin 82-ci maddəsinə görə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianın rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddiaçı İddiaçı cavabdehlər Mingəçevir şəhər X6 X7 Şurasına və Məmmədova Zəminə Bəhram qızına qarşı 29 №-li 30 mart 1998-ci il tarixli qərarın ləğv edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia, iddia müddəti keçdiyinə görə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar