Məhkəmə qərarları › İş №2(051)-862/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-862/2021

08.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-862/2021 08.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, vəkili-Mingəçevir Şəhər vəkil Bürosunun vəkili X11 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum X8 ilə onun paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinə onun köçürülməsi, evə giriş açarlarının cavabdehlər Cavabdeh1 Bəydulla oğlu və X6 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən 117 kv.metr fərdi yaşayış evinin 81.97 kv.metr hissəsi və 0.06 ha torpaq sahəsi atası X1, 35.03 kv.metr yaşayış evi əmisi X2 adına olmuşdur. Atasından qalan torpaq sahəsi və 81.97 kv.metr yaşayış evi vərəsəlik qaydasında onun adına keçmişdir. Mingəçevir şəhəri Nəsimi küçəsi ev 3A ünvanda yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış evi əmisi X2 adına olmuşdur. O, 07 noyabr 2014-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra evində yalnız arvadı X7 yaşamışdır. Ərindən qalan 35.03 kv.metr sahədən ibarət yaşayış evindən ibarət mirası qəbul edən Lətifə Niftəliyeva əmlakı 14 iyul 2018-ci ildə ona vəsiyyət etmişdir. Lətifə Niftəliyeva 01 avqust 2018-ci ildə vəfat etmişdir. O vəfat etdikdən sonra miras əmlakı o qəbul etmişdir. Ancaq sonradan onun Cavabdeh1 adlı uşağının olması məlum olmuş, Lətifə Niftəliyevanın özünə məxsus paydan 14 kv.metr onun mülkiyyətinə verilmiş, mülkiyyət hüquqları qeydə alınmışdır. Beydulla Niftəliyevin payı isə açıq saxlanmışdır. Ancaq o həmin evdən istifadə edə bilmir. Cavabdehlər Natiq və Nigar Niftəliyevlər isə onun mülkiyyətində olan evin qapısını bağlamaqla onun mənzildən istifadə etməsinə mane olurlar. Ona görə də Məhkəmədən mərhum X8 ilə onun paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinə onun köçürülməsi, evə giriş açarlarının cavabdehlər Cavabdeh1 Bəydulla oğlu və X6 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili X12 İddiaçı izahatına uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası DƏDRX-ın çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 117 kv.metr olan yaşayış evi paylı, yəni 95.11 kv.metr İddiaçı, 21.89 kv.metr X3 mülkiyyətindədir. 0.06 ha torpaq sahəsi tam İddiaçı mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işə əlavə olunmuş MKT İstehsalat Birliyinin 08 may 2019-cu il tarixli Aktından görünür ki, X9 2014-cü ildə vəfat etdikdən sonra ünvan 1 ünvanında mərhumun həyat yoldaşı X7 qeydiyyatda olmaqla yaşamış, oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 qızı, 2 nəvəsi qeydiyyatda olsalar da yaşamamışlar. 06.08.2018-ci ildə X7 vəfat etdikdən sonra da onlar bu evdə yaşamamışlar. Qonşuların təsdiqinə görə evə Niftəliyev Beydullanın qardaşı qızı İddiaçı baxırmış. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, Mingəçevir şəhəri Nəsimi küçəsi ev 3A mənzilindən istifadə üzrə hüquq münasibəti uzun müddətdir yaranmışdır. Hazırda tərəflər arasında göstərilən mənzillə bağlı mübahisə və ixtilaf vardır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 25.12.2001-ci il tarixdə Azərbayçan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilmiş və Azərbaycan Respublikasının ərazisində 15.04.2002-ci il tarixdə qüvvəyə minmiş, «İnsan Hüquqlarının və X10 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdirlər. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Akimovanın Azərbayçan Respublikasına qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «İnsan Hüquqlarının və X10 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin mahiyyəti 3 hissədən ibarətdir:1) əmlakdan dinc qaydada istifadə etmək hüququ; 2) müəyyən müstəsna hallarda əmlakdan məhrum etmə hallarının mövcudluğu; 3) üzv dövlətlər əmlak hüququnun müdafiəsi ücün tədbirlər görməlidir. Məhkəmə işin hallarını və müvafiq qanunvericilik aktlarını təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Mingəçevir şəhəri Nəsimi küçəsi ev 3A saylı mənzilinə köçürülməlidir. Çünki iddiaçı evin X9 ilə birlikdə paylı sahibidir. İddiaçı cavabdehlər gələnə qədər evin bütün təsərrüfatını özü idarə etmişdir. Lakin indi cavabdehlər Natiq və Nigar Niftəliyevlər isə onun mülkiyyətində olan evin qapısını bağlamaqla onun mənzildən istifadə etməsinə mane olurlar. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının mənzilin paylı sahibi kimi ilə eyni hüquqlara malik olduğundan onun həmin mənzilə köçürülməsi tələbi əsaslıdır. Cavabdehlərin qapıları bağlayıb iddiaçının öz mülkiyyətindən istifadəsinə mane olduqlarından evə giriş açarları cavabdehlərdən alınıb iddiaçı X4 verilməlidir. Belə ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Mingəçevir şəhəri Nəsimi küçəsi ev 3A saylı mənzilinə köçürülsün və evə giriş açarları cavabdehlər Cavabdeh1 və X6 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar