Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-869/2021 18.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçilər:Ərizəçi1, Ərizəçi2 və onların vəkili X12, Maraqlı şəxslər: X6 və Maraqlı şəxs3 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 219.50 kv. metr tikililərdən ibarət yaşayış evinin və 6 nəfərlə ümumibirgə mülkiyyətində olan 0.2240 ha torpaq sahəsindəki payının miras əmlak kimi mərhum əri X25 və Ərizəçi2 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və X5 miras qalmış ünvan 2 ünvanında yerləşən 6 nəfərlə ümumibirgə mülkiyyətində olan və atası X8 miras payda daxil olmaqla 0.2240 ha torpaq sahəsindəki payının arvadı Ərizəçi1 və övladları X29 və X30 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Mülki işə məhkəmədə baxılan zaman ərizəçilər ərizənin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən X3 miras qalmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08.09.2020-ci il tarixdə verilmiş **********480-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əsasında tam mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 219.5 kv.m. olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan 0.2240 hektar həyətyanı torpaq sahəsinin 1/6 hissəsindən ibarət miras əmlakın mərhum X25 və digər Ərizəçi2 tərəfindən, həmçinin X5 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi birgə mülkiyyətdə olan 0.2240 hektar həyətyanı torpaq sahəsinin 1/6 hissəsindən və X3 miras qalmış əmlakın ona çatası hissəsindən ibarət miras əmlakın Ərizəçi1 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclası zamanı Ərizəçi1 əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, digər Ərizəçi2 qardaşı X18 arvadıdır. ünvan 3 ünvanda yerləşən 219.50 kv. metr tikililərdən yaşayış evi tam mülkiyyət hüququ ilə X2nun və həmin evin yerləşdiyi 0.2240 ha həyətyanı torpaq sahəsi isə qaynatası X9, qayınanası X14, qaynı Maraqlı şəxs3, qaynı, digər Ərizəçi2 Mahmud oğlunun, baldızı X6 və əri X18 ümumibirgə mülkiyyətindədir. X2 30 may 2012-ci il tarixdə, əri X25 isə 31 avqust 2019-cu il tarixdə vəfat etmişdir. X19 vəfat etdikdən sonra onun birinci növbə vərəsələri arvadı X22, X15, oğlanları Maraqlı şəxs3 , Ərizəçi2 və X11 olmuşlar və onlardan Almas Mahmudova, Ərizəçi2 və Azad Mahmudov miras evdə faktiki yaşamaqla mirası qəbul etmişlər. X25 vəfat etdikdən sonra onun birinci növbə vərəsələri anası X22, o və oğlanları 01 oktyabr 2008-ci il təvəllüdlü X29, 26 aprel 2010-cu il təvəllüdlü X30 miras evdə faktiki yaşamaqla mirası qəbul etmişlər. X4 06 dekabr 2020-ci ildə vəfat etmişdir. O vəfat etdikdən sonra mərhumlar X19 və X13 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etsə də, müddət ötdüyü üçün imtina verilmişdir. Hazırda yaşayış evində yaşayırlar və mərhumların miras payları onların və Azad Mahmudovun azyaşlı uşaqları olan X29, 26 aprel 2010-cu il təvəllüdlü X1 və idarəçiliyindədir. Azad Mahmudov atası vəfat etdikdən sonra ondan qalan mirasa sahiblik etməklə qəbul etmişdir. Mirasın qəbul edilməsi ilə bağlı aralarında hər hansı mübahisə yoxdur. X3 miras qalmış ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 219.50 kv. metr olan fərdi yaşayış evinin və ümumibirgə mülkiyyətində olan 0.2240 ha torpaq sahəsinin 1\6 hissəsini miras əmlak kimi mərhum əri X25 və Ərizəçi2 tərəfindən, X5 miras qalmış ünvan 2 ünvanda yerləşən, 0.2240 ha torpaq sahəsinin 1/6 hissəsi və miras payının onun tərəfindən qəbul edilməsi işin mübahisəsiz halıdır. Ancaq qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etmədiyindəndən vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Odur ki, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Ərizəçi2 əsasən ərizənin məzmununa və digər ərizəçi Üzeyirova Qaflan qızının izahatına uyğun izahat verdi və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs X15 məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, həqiqətən də, atasından qalan mirası Ruslan və qardaşı Azad qəbul etmişlər, həmin mirasdan pay istəmir, miras qəbul etməmiş və gələcəkdə də etməyəcəkdir. Hazırda ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs3 məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, həqiqətən də, atasından qalan mirası Ruslan və qardaşı Azad qəbul etmişlər. Hazırda ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin ərizəsi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 08.09.2020-ci il tarixdə verilmiş **********80-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 219.5 kv.m olan fərdi yaşayış evi üzərində X9 tam, həmin evin yerləşdiyi yaşayış məntəqələrinə aid 0,2240 ha torpaq sahəsi üzərində X9, X14, Maraqlı şəxs3, Ərizəçi2 Mahmud oğlunun, X6 və X18 ümumi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan AZ-İ 083366 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 ilə X26 arasında 26.04.1980-ci il tarixdə 183 nömrə ilə Mingəçevir şəhər VVADQ Şöbəsində nikah bağlanmışdır. İşdə olan 259015 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X25 atası X19, anası X23 olmaqla, 05.12.1982-ci il tarixdə doğulmuşdur. İşdə olan 345374 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs3 atası X19, anası X23 olmaqla, xx.xx.1981-ci il tarixdə doğulmuşdur İşdə olan 298768 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 atası X19, anası X23 olmaqla, xx.xx.1987ci il tarixdə doğulmuşdur. İşdə olan 364144 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 atası X19, anası X23 olmaqla, xx.xx.1989-ci il tarixdə doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 538246 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 30.05.2012–ci il tarixdə ölmüşdür. İşdə olan AR DİN-nin 25.08.2020-ci il tarixli 110-33 saylı arayışından görünür ki, X19 20.09.2004-cü il tarixdən vəfat edənədək (30.05.2012) ünvan 6 ünvanında qeydiyyatda olmuşdur. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.12.2020-ci il tarixli 05/Q-430/15 saylı məktubdan görünür ki, X9 adına Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən 09.06.2012-ci il tarixli 301 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri ünvan 6 qeyd olunmuşdur. İşdə olan Mingəçevir regional ASAN xidmət mərkəzi tərəfindən verilmiş AZ-İİ 039833 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 31.08.2019-cu il tarixdə ölmüşdür. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.12.2020-ci il tarixli 05/Q-432/15 saylı arayışdan görünür ki, X18 adına Mingəçevir şəhəri Asan Xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən 04.09.2019-cu il tarixli 452 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri ünvan 6 qeyd olunmuşdur. İşdə olan AR DİN-nin 17.12.2020-ci il tarixli 150-33 saylı arayışından görünür ki, X25 26.11.2008-ci il tarixdən vəfat edənədək (31.08.2019) ünvan 8 ünvanında qeydiyyatda olmuşdur. İşdə olan AZ-İ 362983 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X25 ilə Ərizəçi1 arasında 22.12.2007-ci il tarixdə 580 nömrə ilə Mingəçevir şəhər VVADQ Şöbəsində nikah bağlanmışdır. İşdə olan AZ-İİ 419678 nömrəli doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X30 26.04.2010-cu il tarixdə X25 ilə Ərizəçi1 birgə nikahından doğulmuşdur. İşdə olan AZ-İİ 181542 nömrəli doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X29 01.10.2008-ci il tarixdə X25 ilə Ərizəçi1 birgə nikahından doğulmuşdur. İş materiallarına əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 17.03.2021-ci il tarixli 434 və 435 nömrəli məktublarından görünür ki, ərizəçinin vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən tərəflərin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, 30.05.2012-ci il tarixdə vəfat etmiş X19 ərizəçi Üzeyirova Ruhiyyə Qaflan qızının qaynatası, digər ərizəçi Ərizəçi2 isə atasıdır. 31.08.2019-cu il tarixdə vəfat etmiş X25 isə əri ərizəçi Üzeyirova Ruhiyyə Qaflan qızının olmuşdur. Onlardan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 219.5 kv.m. olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan 0.2240 hektar həyətyanı torpaq sahəsinin 2/6 hissəsi miras qalmışdır. Ərizəçilər miras evdə yaşamaqla, mirası faktiki qəbul etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X3 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 219.5 kv.m. olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan 0.2240 hektar həyətyanı torpaq sahəsinin 1/6 hissəsinin ərizəçilər tərəfindən, mərhum X13 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 219.5 kv.m. olan fərdi yaşayış evindən miras payına düşən hissəni və həmin fərdi yaşayış evinin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan 0.2240 hektar həyətyanı torpaq sahəsinin 1/6 hissəsinin ərizəçi Üzeyirova Ruhiyə Qaflan qızı təırəfindən faktiki qəbul edilməsi faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1 və X16 X3 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onların mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmçinin, mərhum X10 vərəsələri olan X15 və Maraqlı şəxs3 mərhum Çingiz Mahmudovdan qalmış mirasdan pay istəmədiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. X3 miras qalmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08.09.2020-ci il tarixdə verilmiş **********480-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əsasında tam mülkiyyət hüququ ilə X17 məxsus olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 219.5 kv.m. olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan, yaşayış məntəqələrinə aid 0.2240 hektar torpaq sahəsinin 1/6 hissəsindən ibarət miras əmlakın mərhum X25 və Ərizəçi2 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. X5 miras qalmış, **********480-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əsasında tam mülkiyyət hüququ ilə X17 məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan, yaşayış məntəqələrinə aid 0.2240 hektar torpaq sahəsinin 1/6 hissəsindən və X3 miras qalmış əmlakın ona çatası hissəsindən ibarət miras əmlakın Ərizəçi1 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-869/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-869/2021
18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver