Məhkəmə qərarları › İş №2(051)-879/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-879/2021

22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-879/2021 22.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 5 ədəd kater üzərində mülkiyyət hüququnun müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, 25 ildən çoxdur ki, balıqçılıq ilə məşğuldur. Balıqçılıqla məşğul olduğu üçün 15 il bundan əvvəl 4 ədəd “proqres-2”, 1 ədəd isə “ujankadır” adlı cəmi 5 ədəd kater almışdır. Uzun müddətdir ki, həmin katerlərlə işləyir. Katerlər onun istifadəsində olmasına baxmayaraq mülkiyyətində deyildir. Hal-hazırda kvota alınması lazımdır. Bu səbəbdən də həmin katerləri mülkiyyətinə keçirmək istəyir. Ərizənin təmin olunmasını, 4 ədəd “Proqres-2” (1PR-2, 2PR-2, 3PR-2, 4-PR-2), 1 ədəd isə kazanka (5KZ-4) katerlərin üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil da məhkəmə iclasında ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Kiçik həcmli Gəmilərə Nəzarət və X8 Xidmətinə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin iştirakı olmadan baxılması mümkündür. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçila yaxın qonşudur. Tahirin 15 ildən çoxdur ki, 4 ədəd “Proqres2” və 1 ədəd kazanka katerlərdən istifadə etdiyini görür. Hətta bir neçə dəfə həmin katerlərin yüklənib aparılmasına da o, kömək etmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə 1992-ci ildən qonşudur. Həqiqətən də Tahir 15 ildən çoxdur ki, 4 ədəd “Proqres-2” və 1 ədəd kazanka katerlərdən istifadə etdiyini görür. X3 məhkəmə iclasında şahidlər Elbrus Feyzullayev və Oqtay Ərəbovun ifadəsinə uyğun ifadə verərək Ərizəçila qonşu olduğunu, 15 ildən çoxdur ki, Tahirin 4 ədəd “Proqres-2”, 1 ədəd kazanka katerlərindən istifadə etdiyini gördüyünü bildirdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1961-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Mingəçevir şəhər Sahil küçəsi ev 30 ünvanda qeydiyyatdadır. İşə əlavə edilmiş Fövqalada Hallar Nazirliyi X5 və X8 Xidmətinin 07 may 2021-ci il tarixli 37/34-00299 №-li məktubundan görünür ki, Ərizəçi məxsus AAA6109, AAA6111 bort nömrəli Proqress 2 tipli ayıqlar 04.10.2016-cı il və AAA 6110 bort nömrəli Proqress 2 tipli qayıq 05.10.2016cı il tarixlərində X5 və X10 Xidmətində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 181.7-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka və ya mülkiyyətçisinin imtina etdiyi və ya qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka mülkiyyət hüququ əldə edə bilər. Mülki Məcəllənin 184.1-ci maddəsinə əsasən əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. Məhkəmə iclasında müəyyən edildi k, Ərizəçi sahibliyində , istifadəsində 15 il olar ki, 4 ədəd “Proqres-2”, 1 ədəd kazanka katerlər vardır. Lakin həmin katerlərin onun sahibliyində, istifadəsində, mülkiyyətində olmasını təsdiq edən rəsmi sənəd yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi sahibliyində, istifadəsində 4 ədəd “Proqres-2”, 1 ədəd kazanka katerlərin olması faktı müəyyən edilməlidir. Faktın təsdiqi ərizəçiyə həmin katerlərə mülkiyyət haqqında sənəd olması üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 4 ədəd “Proqres-2” (1-PR2, 2PR-2, 3PR-2, 4PR-2), 1 ədəd kazanka (5KZ-4) katerlərin Ərizəçi mülkiyyət hüququ üzrə sahibliyində və istifadəsində olması faktı müəyyən edilsin. Qətnamə həmin katerlərlə mülkiyyət hüququnun təsdiq edən sənəd verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar