Məhkəmə qərarları › İş №2(051)-881/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-881/2020

17.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-881/2020 17.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi və Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə iddiaçılar: İddiaçı1 və İddiaçı2 cavabdehlər: Mingəçevir Regional «Asan Xidmət» X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildə qeydiyyatda olan şəxsin razılığı olmadan mənzili özgəninkiləşdirmək öhdəliyinin qoyulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri Topçubaşov küçəsi 5 saylı fərdi yaşayış evinin (ümumbirgə mülkiyyətdə olan torpaq sahəsi istisna olmaqla) özgəninkiləşdirilməsi barədə əqdin mənzildə qeydiyyatda olan şəxslərin razılığı olmadan onların tərəfindən bağlanmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işdə olan sənədləri araşdırıb məcmu halda qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmagı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, iddiaçı və cavabdeh onların iştirakı olmadan işə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iş baxılmamış saxlandığından dövlət rüsumu olan 10 (on) manat İddiaçı1Məmmədəli oğlu və İddiaçı2 qaytarılmalıdır. Ərizənin baxılmamış saxlanması ilə yanaşı tərəflərə izah edilməlidir ki, MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə ərizənin baxılmamış saxlanması haqqında öz qərardadını ləğv edir. İddia ərizəsinin baxılmamış saxlanması həmin tələblə yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263, 264, 267,268,395 və 396-cı maddələrini rəhbər tutub qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Mingəçevir Regional «Asan Xidmət» X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildə qeydiyyatda olan şəxsin razılığı olmadan mənzili özgəninkiləşdirmək öhdəliyinin qoyulması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlansın. Ödənilmiş dövlət rüsumu olan 10 (on) manat İddiaçı1 və İddiaçı2 qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən 10 gün müddətində qərardaddan Mingəçevir şəhər məhkəməsinə şikayət vermək olar. HAKİM HüseynMirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar