Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-887/2020 03.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və İddiaçı iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «Mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçıiddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir şəhərinin Ü.Hacıbəyov küçəsindəki 76 saylı evin 29 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və cavabdehin qeydiyyatdan çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada xəbər verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, xx xxxxx 2019-cu ildə ünvan 1 mənzil 29 ünvanda yerləşən mənzili Mingəçevir regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu Elxan Hüseynov tərəfindən təsdiqlənmiş **********31719/ip saylı “alqı satqı və ipoteka müqaviləsi” nin müvafiq bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 (bir) ay müddətinə mənzil üzrə qeydiyyatda olan şəxslər qeydiyyatdan çıxmalı idilər. ASAN Mingəçevirdə çapa verilmiş xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən mənzildə alqı-satqıda öncə qeydiyyatda olan şəxslər hələdə qeydiyyatdadırlar. Digər qeydiyyatda olanlarla aramızda qeydiyyat müddətinin bir neçə ay uzadılması barəsində şifahi razılaşma əldə edilmişdir, lakin cavabdeh qismində adı çəkilən şəxs mənzildə qeydiyyatda mənzilin ondan əvvəlki sahibindən də öncə qeydiyyata düşmüş şəxsdir. Cavabdeh Azərbaycanda yaşamır və onunla yalnız mənzili alanda telefonla əlaqə saxlayıb razılıq ərizəsi göndərməsini xahiş etmişdir. Alqı-satqıdan sonra onunla onunla heç bir əlaqə saxlamaq mümkün olmamışdır. DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX № ******* saylı çıxarışa əsasən ünvan 3 mənzil 29 ünvanda yerləşən mənzil xx.xx.2019-cu il tarixdən ona məxsusdur. Cavabdeh ona məxsus olan mənzildə formal olaraq qeydiyyatda olması heç vaxt yaşamaması və hal hazırda onun mənzilində yaşamadığı barəsində qonşuların və Mingəçevir şəhəri 12 nömrəli Mənzil İstismar Sahəsi rəisinin iştirakı ilə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Ona məxsus mənzildən qeydiyyatdan çıxması üçün cavabdehlə dəfələrlə əlaqə saxlamağa çalışsa da alınmamışdır. Cavabdehin məsuliyyətsiliyi üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Cavabdeh formal olaraq orada qeydiyyatda qalmışdır. Bunun nəticəsində mənzil və kommunal xidmət haqqını artıq məbləğdə ödəməyə məcburdu. Hesab edir ki, cavabdeh faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmişdir. Buna görə də Cavabdeh Mingəçevir şəhərinin Ü.Hacıbəyov küçəsindəki 76, saylı evin 29 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və daimi qeydiyyatdan çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, işüzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, cavabdehin istifadə hüququna xitam verilməsinin tələb olunduğu mənzil xx xxxxx 2019-cu il tarixli, 27 nömrəli reyestr kitabında ******* nömrə ilə qeydiyyata alınan çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh onun (iddiaçının) ailəüzvü deyil. İddiaçının deməsinə görə cavabdeh faktiki olaraq sözügedən mənzildə yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailəüzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailəüzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailəüzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailəüzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İş materiallarına MM-nin 228.1 və 228.5-ci maddələrin tələblərindən irəli gələn, yəni iddiaçı ilə cavabdehlər arasında sonuncuların yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə iddiaçının ailəüzvü olmayan cavabdehlərin sözügedən mənzilə köçürülməsinə mülkiyyətçi olan iddiaçının razılığı barədə hər hansı bir sübutlar əlavə olunmamışdır. Göründüyü kimi məhkəmədə baxılmalı olan mübahisə (cavabdehlərin mənzildən istifadə hüququ) mövcud deyildir. İddiaçının məhkəmə iclasında verdiyi izahatdan da müəyyən olunur ki, əslində onun irəli sürdüyü tələbdə məqsədi sözügedən mənzildən orada yaşamayan cavabdehlərin pasport qeydiyyatından çıxarılmasıdır. İddiaçı məhkəmə iclasında sözügedən tələblə bağlı aidiyyəti orqanlara müraciət etdiyini və orada ona məhkəməyə müraciət etmək tövsiyyə olunduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının sözügedən tələbindən, yəni cavabdehlərin onun mənzilindən pasport qeydiyyatından çıxarılmasından inzibati orqanın imtina etməsindən həmin inzibati orqanın yuxarı inzibati orqanına və yaxud məhkəmə qaydasında Şəki İnzibati-İqtisadi Məhkəməsinə şikayət verə bilərdi. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən işüzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.3-ci maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuşəsaslar üzrə icraata xitam verilərsə, məhkəməərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən işüzrə icraata xitam verildiyindən dövlət rüsumu olan 10,40 manat iddiaçıya qaytarılsın. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 263, 264, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutaraq, qərar v erdi : İddiaçı Cavabdeh qarşı «Mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair işüzrə icraata xitam verilsin. İddiaçıya Cavabdeh pasport qeydiyyatından çıxarılmalarıüçün Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etməyi, ərizədən imtina olduğu halda inzibati orqanın hərəkətlərindən yuxarı inzibati orqana və yaxud məhkəmə qaydasında Şəki İnzibati- İqtisadi Məhkəməsinə şikayət vermək hüququ izah olunsun. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən işüzrə icraata xitam verildiyindən dövlət rüsumu olan 10 manat iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət vermək olar. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-887/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-887/2020
03.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver