Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-889/2023 06.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X3 miras qalmış Mingəçevir şəhəri Energetik küçəsi 4-cü döngə 22 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin miras əmlak kimi yalnız onun, Ərizəçi tərəfindən bütöv şəkildə qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 27 aprel 1983-cü ildə Qəzənfər Kərimovla nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan onların 2 qızı 09 avqust 1985-ci il təvəllüdlü Səidə və 15 apel 1987-ci il təvəllüdlü Sevinc adlı qızları olmuşdur. Ailəliklə onlar Mingəçevir şəhəri N.Nərimanov küçəsi 51 saylı evin 1 saylı mənzilində yaşamışlar. X5 13 iyul 1998-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra o, və qızları dövlət mənzil fonduna daxil olan və onun da qeydiyyatda olmaqla yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 51 saylı evin 1 saylı mənzilində yaşamışlar. Həminm mənzili o, sonradan öz adına rəsmiləşdirmişdir. Ərindən yaşadığı mənzldə olan əşyalar və Mngəçevir şəhəri Energetik küçəsi 4-cü döngə 22 ünvanda yerləşən 0,5 ha torpaq sahəsi miras qalmışdır. Ərinin ölüm sənədini o, almışdır. Miras qalmış torpağa o, sahiblik edir. Həmin torpaq sahəsinə Qəzənfər Kərimovun mülkiyyət hüquqları isə o, öldükdən sonra 11 yanvar 2023-cü ildə qeydə alınmışdır. Miras qalmış torpağa o, sahiblik edir. Həmin torpaq sahəsinə Qəzənfər Kərimovun mülkiyyət hüquqları isə o, öldükdən sonra 11 yanvar 2023-cü ildə qeydə alınmışdır. Hazırda mərhumun adına olan torpaq sahəsinin vərəsəlik qaydasında öz adına keçirmək istəyir. Qızları da buna dair notarial qaydada təsdiq edilmiş ərizələrini göndərmişlər. Mingəçevir Regional asan xidmət mərkəzində notariat ofisinin 23 yanvar 2023-cü il tarixli məktuu ilə imtina edilmişdir. Odur ki mərhum əri X3 miras qalmış Mingəçevir şəhəri Energetik küçəsi 4-cü döngə 22 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin miras əmlak kimi yalnız onun, Ərizəçi tərəfindən bütöv şəkildə qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil da ərizəçinin izahatına uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Aidə onun bağ qonşusudur. Aidə xanım həmin bağı sulamaq üçün lazım olan suyu onların bağında götürür. Həmin bağda əkin-biçinlə məşğuldur və bağın içində bəzi meyvə ağacları da var. Aidə həftədə bir-iki dəfə həmin bağa gəlir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, onun bağ sahəsi Ərizəçi bağ sahəsindən az aralıda yerləşir. Aidə xanım həmin bağda əkin biçinlə məşğuldur. Həmin bağa Aidə özü daim gəlib gedir. Təxminən 10-15 ildir Aidə həmin bağa gəlib gedir. Aidə həmin bağda əkin-biçinlə məşğuldur. Maraqlı şəxslər Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, işdə iştirak edən şəxsin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X13 ilə Ərizəçi arasında xx.xx.1983-cü il tarixdə Yevlax rayonu Xaldan kənd Sovetliyində rəsmi nikah bağlanmış və həmin nikah 21 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1985-ci il tarixdə doğulmuş Maraqlı şəxs2 və xx.xx.1987-ci il tarixdə doğulmuş Maraqlı şəxs3 X13 ilə X14 birgə nikahlarından doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1998-cı il tarixdə vəfat etmişdir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən, 0,05 ha torpaq sahəsi üzərində X6 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 116 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Maraqlı şəxs3 və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X3 mirasın qəbul edilməsi üçün müddəti buraxmışlar və mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəklər. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 116 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.1998-ci ildə vəfat etmiş X12 barəsində “Elektron notariat” informasiya sistemində aparılmış yoxlama zamanı vərəsəlik işinin açılması aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin 23 fevral 2023-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş X11 filialının xx.xx.2022 saylı 478 nömrəli arxiv arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 118 nömrəli 20 aprel 1990-cu il tarixli qərarı ilə zibilxana zonasında yaşıllıq sahəsində istifadəsiz qalmış 1,8 ha torpaq sahəsi mənzil kommunal təsərrüfatı istehsalat birliyinin Abadlıq təsərrüfatına verilmişdir. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan digər şəxslər Maraqlı şəxs3, X8, Maraqlı şəxs2, X9, X17 və X15 qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, xx.xx.1998-cı il tarixdə vəfat etmiş X4 Mingəçevir şəhəri Energetik küçəsi 4-cü döngə 22 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi qalmışdır. Ərizəçi həmin evdən ailə üzvləri ilə birlikdə miras açılan gündən bu günə kimi yaşayayış evi kimi istifadə etməklə miras əmlak kimi faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış Mingəçevir şəhəri Energetik küçəsi 4-cü döngə 22 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi ərizəçi X18 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Həmin Məcəllənin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Digər vərəsələr isə miras əmlakdan imtina etmişlər və mübahisə olmadığından həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, Mingəçevir şəhəri Energetik küçəsi 4-cü döngə 22 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Miras əmlak faktının müəyyən edilməsi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-889/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-889/2023
06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver