Məhkəmə qərarları › İş №2(051)-898/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-898/2024

11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-898/2024 11.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə Ərizəçi: Ərizəçi vəkili Nümayəndə Maraqlı şəxs: Mingəçecevir şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi X2 iştirakları ilə Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 21 iyul 2019-cu ildə Goranboy rayonunda anadan olması, doğum akt qeydində ana qrafasına Ərizəçi, ata qrafasına onun sözləri ilə X3 daxil edilməsi barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, o, 2016-cı il tarixdə Vasif adlı şəxslə faktiki nikah münasibətlərinə girməklə ailə qurmuşdur. Vasif çoban olmaqla bərabər Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində Ozanın yurdu deyilən yaylaqda - alaçıqda yaşadığından, o da onunla birgə orada yaşamışdır. Vasif məktəb oxumamış və şəxsiyyəti təsdiq edən sənədi yoxdur. Bu səbəbdən 18 may 2017-ci ildə anadan olmuş oğlu Uğura öz soyadını vermişdir. Onlar alaçıqda yaşadıqları vaxt, 21 iyul 2019-cu ildə onun ikinci övladı Arif doğulmuşdur. Həmin vaxt ora həkim gələ bilmədiyindən, Arif ev şəraitində doğulmuş, daha sonra pandemiya başladığından ona doğum haqqında şəhadətnamə ala bilməmişlər. Oğlu Arifin vətəndaşlıq vəziyyətini təsdiq edən heç bir sənədi yoxdur. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin tələb dəqiqləşdirilməsinə dair ərizəsinə əsasən ərizənin xahiş etdi hissəsində ad səhfi getdiyindən həmin hissənin aşağıdakı kimi oxunması yəni, X3 21 iyul 2019-cu il tarixdə Goranboy rayonunda anadan olması, doğum akt qeydlərində ana qrafasında Ərizəçi, ata qrafasında isə onun sözləri ilə X7 adının yazılmasını xahiş etmişdir. Ərizəçi vəkili Nümayəndə məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X5 məhkəmə iclası zamanı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə burağdığını bildirdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi onun gəlinidir. Uşaq 21 iyul 2019-cu ildə anadan olmuşdur. Nəvəsinin adı Arifdir. Arif, yəni nəvəsi Goranboy rayonu ərazisində anadan olmuşdur. Uşağın hazırda 5 yaşı var. Lakin öz oğlunun hazırda harada olmasından xəbəri yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi onun qızıdır. Arif onun nəvəsidir. Uşaq 21 iyul 2019-cu ildə anadan olmuşdur. Uşaq Murovda anadan olmuşdur. Nəvəsinin adı Arifdir. Arif Goranboy rayonu ərazisində anadan olmuşdur. Uşağın hazırda 5 yaşı var. Uşağın atası uzun müddətdir ki, yoxdur. Ona görə də uşağa doğum haqqında şəhadətnamədə soyadının verilməsi mümkün olmamışdır. Məhkəmə ərizəni, işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 atası X7, anası isə Ərizəçidır. İşdə olan vətəndaşın şəxsiyyət vəsiqəsinin alınması üçün "xxxx" ASC-nin tibbi arayışından görünür ki, X8 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. İşdə olan 11 iyul 2023-cü il tarixli Yuxarı Ağcakənd qəsəbə İƏD üzrə nümayəndə tərəfindən verilmiş aktdan görünür ki, 21 iyul 2019-cu ildə Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində Osanın yurdu adlanan yaylaqda alaçıqda Ərizəçi doğuş etmişdir Doğuşdan (valideynlərinin adlandırdığına görə ) Arif adlı oğlan uşağı dünyaya gəlmişdir. Hal-hazırda uşaq valideynlərinin himayəsində Yevlax rayonu Aran qəsəbəsində sağ salamat yaşayır. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi Mingəçevir şəhəri Tərəvəzçilik sovxozunda qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə doğulmuş uşağınızın doğumunun qeydə alınması müəyyən edilməmişdir və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, X9 21 iyul 2019-cu il tarixdə Goranboy rayonunda doğulmuşdur. Ərizəçi doğulan zaman ona doğum haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə şəxslərin doğumunun qeyd edilmə faktını müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə doğum akt qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilməmişdir. MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə doğum akt qeydinin bərpa etmək üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, X3, atası X7, anası Ərizəçi olmaqla, 21 iyul 2019-cu il tarixdə Goranboy rayonunda doğulması faktının qeyd edilməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X3, atası ərizəçinin sözləri ilə X7, anası Ərizəçi olmaqla, 21 iyul 2019-cu il tarixdə Goranboy rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar