Məhkəmə qərarları › İş №2(051)-908/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-908/2021

22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-908/2021 22.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi Nikoleyenanın iştirakı ilə, «Hüquqi faktın müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Nikoleyena ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum X2 əllə yazılmış vəziyyətnamə üzrə 19.05.2020-ci il tarixdə Mingəçevir şəhərində onun ölümü ilə mirasın açılması vaxtı və yeri, həmin mirasın onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi Nikoleyena məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o xx.xx.1979-cu ildə anadan olmuşdur. Ailəlidir 2 övladı var. Onunla qonşuluqda N.ünvan 1 ünvanda yerləşən 1 otaqlı mənzildə yaşayan ahıl yaşlı kimsəsiz X3 uzun müddət qulluq etmuişdir. Onuun özünün iradəsi ilə 16.05.2020-ci ildə 2 nəfər şahidin iştirakı ilə ona məxsus olan 1 otaqlı mənzili ona vəsiyyət etmişdir. Bu barədə tərtib edilmiş vəsiyyətnamə əllə yazılaraq 2 nüsxədən ibarət hamı tərəfindən imzalanaraq təsdiq edilmişdir. Əllə yazılan bu vəsiyyətnamə sonrakı prosedur qaydalarına riayyət edilməsi üçün notariat ofisinə göndərilməmişdir. Vəsiyyətnamə tərtib edildiyi məqamda vəsiyyət edən şəxs öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilmiş və öz iradəsini aydın ifadə edə bilmişdir. Vəsiyyət edən şəxs 19.05.2020-ci ildə ünvan 2 ünvanda yerləşən özünə məxsus olan, özünün yaşadığı və ona vəsiyyət etdiyi mənzildə qocalıqdan ölmüşdür. Həmin tarixdən və həmin yerdə miras açılmışdır. Vəsiyyət edən şəxs öləndən sonra onun dəfnini təşkil etmiş və bütün dəfn xərclərini də özü çəkmişdir. Vəsiyyət üzrə vərəsə kimi mirası qəbul etmiş, miras əmlaka sahiblik etməyə və faktiki surətdə həmin amlakı idarə etməyə başlamışdır. Bununlada mirası qəbul etdiyi şəksiz nümayiş etdirmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən onun mülkiyyətindədir. Vəsiyyətnamə üzrə ona vəsiyyət edilmiş və mirasın açıldığı gündən faktiki sahiblik və idarə etdiyi mənzilin onun adına rəsmiləşdirilməsi üçün ona notariat tərəfindən vərəsəlik şəhadətnaməsi verilməlidir. Ona görə də mərhum X2 əllə yazılmış vəziyyətnamə üzrə 19.05.2020-ci il tarixdə Mingəçevir şəhərində onun ölümü ilə mirasın açılması vaxtı və yeri, həmin mirasın onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi Nikoloyevna xx xxx 1979-cu ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, görünür ki, X4 19 may 2020-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş X4 tərəfindən əllə yazılmış yazılmış vəsiyyətnamədən görünür ki, mərhum X4 özünə məxsus olan ünvan 3 ünvanında yerləşən 1 (bir) otaqlı mənzilini ünvan 4 ünvanda qeydiyyatda olan Ərizəçi Nikoloyevnaya vəsiyyət etmişdir. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi Nikoloyevna mərhum X2 yaxın qonşusu olmuşdur. Onunla qonşuluqda N.ünvan 1 ünvanda yerləşən 1 otaqlı mənzildə yaşayan ahıl yaşlı kimsəsiz X3 uzun müddət qulluq etmişdir. Mərhum X4 isə həmin göstərilən qulluğun qarşılığında öz mülkiyyət hüququndan istifadə edərək şüurlu şəkildə və öz iradəsi əsasında özünə məxsus olan ünvan 3 ünvanında yerləşən 1 (bir) otaqlı mənzilini ünvan 4 ünvanda qeydiyyatda olan Ərizəçi Nikoloyevnaya vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də Notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Bundan əlavə həmin Məcəllənin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Həmçinin iş matriallarını araşdırarkən müəyyən olunmuşur ki, Ərizəçi Nikoloyevna uzun müddət mərhum X1 olmuş mütəmmadi olaraq onun yaşadığı mənzildə olmuş, daim mərhumun yanında və qulluğunda durmuş, vəfat etdikdən sonra isə onun bütün dəfn xərclərini və digər məsrəflərini də Ərizəçi özü ödəmişdir. Buradan belə qənaətə gəlinir ki, Ərizəçi həmin miras əmlaka faktiki olaraq sahiblik etmişdir. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ona görədə Ərizəçi ərizə tələbi təmin olunmalı və mərhum X2 əllə yazılmış vəziyyətnamə üzrə 19.05.2020-ci il tarixdə Mingəçevir şəhərində onun ölümü ilə mirasın açılması vaxtı və yeri, həmin mirasın onun tərəfindən qəbul edilməsi faktı təmin olunmlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu maddəsinə əsasən “Mirasın vaxtında qəbul edilməsi faktının və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktının məhkəmə qətnaməsi ilə təsdiqi əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamağı sübut edən əsas sənəddir. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Mərhum X2 əllə yazılmış vəziyyətnamə üzrə 19.05.2020-ci il tarixdə Mingəçevir şəhərində onun ölümü ilə mirasın açılması vaxtı və yeri, həmin mirasın Ərizəçi Nikoleyena tərəfindən bütöv şəkildə qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar