Məhkəmə qərarları › İş №2(051)-91/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-91/2023

17.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-91/2023 17.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «Zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz tikililərin öz hesabına sökməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bildirir ki, xx.xx.2013-cü il tarixli **********086-06301 saylı Çıxarışına əsasən Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən 1.26 ha torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsi ilə qonşuluqda olan Cavabdeh məxsus torpaq sahəsində yerləşən mebel sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh 2018-ci ilin mart ayında mebel sexinin divarından eninə 5.5 metr məsafədə və uzununa 40 metr məsafədə onun istifadəsində olan torpaq sahəni qanunsuz zəbt edərək, daş hasar çəkmiş və inşaat işlərini davam etdirir. Onun qanunsuz hərəkərlərinə son qoymaq, zəbt olunmuş torpaq sahəsini boşaldılması təklif edilməsini rədd etmişdir. Bununla bağlı Mingəçevir ŞPŞ-nə rəsmi müraciət edilmiş və mübahisənin mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilmişdir. Beləliklə hesab edir ki, Cavabdeh ona məxsus olan torpaq sahəsini qanunsuz zəbt etdiyindən ona zərər vurur, ondan bəhrələnməyə maneə törədir və bu səbəbdən həmin ərazini məcburi qaydada boşaltmalı və qanunsuz tikililəri öz hesabına sökməlidir. Ona görə də məhkəmədən Cavabdeh Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz tikililərin öz hesabına sökməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, ekpertdən hansı rəy gəlmişsə, ona əsasəndə qərar verilməsini xahiş edir. İşə əlavə olunmuş DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, ünvan 2 ünvanda yerləşən, 0.01868 ha olan, dövlət mülkiyyətində olan, qeyri-yaşayış binasının istifadə hüququ təyinatı üzrə tam X1 istifadəsindədir. İşə əlavə edilmiş Texniki pasportun surətindən görünür ki, Mingəçevir şəhəri, ünvan 2-də yerləşən qeyri yaşayış binasının (emalataxana) hüquq subyekti İddiaçıdur. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10/3039 nömrəli 30 may 2023cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən elektron bazasında araışdırılmış və mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur. 1-ci sual üzrə: Cavabdeh məxsus 0,20 ha torpaq sahəsi ilə, İddiaçı naturada göstərdiyi 208 kv.m torpaq sahəsi 8,8 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilir. Sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. 2-ci sual üzrə: Cavabdeh məxsus tikili **********84 reyestr nömrəli çıxarışla verilmiş 0,20 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqasının qanunsuz sahibliyindən əmlakın alınması ilə bağlı yaranan mülki münasibətlərdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatından bəhs edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1 və 158.1.2-ci maddələrinin tələblərinə görə əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2 və 158.4-cü maddələrinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, torpağın istifadəçisi və ya icarəçisi özgənin qanunsuz sahibliyindən torpaq sahəsini geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan torpağa dair özünün icarə və ya istifadə hüququnun olduğunu, bundan sonra torpağın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin torpağa sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Torpaq sahəsinə iddiaçının sahibliyi məsələsi araşdırılarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin aşağıdakı müddəaları da nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativhüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinin 48-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsaslarını müəyyən edən 56-cı maddəsinin göstərişinə əsasən, torpaqların icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 50-ci maddəsinin birinci hissəsinə görə torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. “Torpaq qanunvericiliyinin məhkəmələt tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 6-cı bəndinə görə torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət Aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq Məcəlləsinin 67 maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndinin tələbinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökül məsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onları n hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmədə sadalanan hüquq normalarının sistemli təhlili bu nəticəyə gəlməyə əsas verir ki, məhkəmə iş üzrə ekspertiza rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Cavabdeh ekspertiza rəyində göstərilən 8,8 kv.metr hissədən çıxarılmalı və həmin hissədə tikilmiş qanunsuz tikililər cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ekspertiza rəyində göstərilən 8,8 kv.metr hissədən çıxarısın və həmin hissədə tikilmiş qanunsuz tikililər cavabdehin hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar