Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-910/2023 01.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Məhkəmə iclas katibi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X6 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə, üçüncü şəxslər X11, X12, X5, X13 və Cavabdeh2 qızına qarşı bağışlama müqaviləsinin qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı olmadan notariat qaydasında təsdiqlənməsi, notariat hərəkətinin aparılması vəzifəsinin Mingəçevir Regional “Asan Xidmət“ mərkəzində Notariat ofisinə həvələ edilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 evin 30 saylı ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilin bağışlanma müqaviləsinin bağlanması ilə əlaqədar notariat hərəkətinin aparılması vəzifəsinin qeydiyyatda olan şəxslərin razılığı olmadan cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1955-ci ildə Bərdə rayonu Leninabad kəndində doğulmuşdur. Ali təhsillidir. 30 ildən artıqdır ki, həkim işləmişdir. İki oğlu var. X1 19 yanvar 2016-cı ildə vəfat etmişdir. ünvan 1 evin 30 saylı mənzili tam mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqlarının X4 Daşınmaz Əmlakın Dövlət Reyetrindən Seriya RX ******* № li çıxarışda xx.xx.2012-ci il tarixdən adına qeydə alınmışdır. Hazırda mülkiyyətində olan mənzil oğlu İddiaçı Azər oğluna bağışlamaq istəyir. X10 Xidmət Mərkəzində Notariat Ofisində oğlu X12 ilə birlikdə oldular. Mülkiyyətində olan mənzilin oğlu Azərə bağışlamaq arzusundə olduğunu və bağışlama müqaviləsinin bağlamağı bildirdi. Tam əsassız olaraq ona bildirdilər ki, mənzilində qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alındıqdan sonra notariat əməliyyatını aparmağa ixtiyarları vardır. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin ona cavabı onun mülkiyyət hüquqlarının pozulmasıdır. X11 böyük oğludur. X5 ilə evlənmişdir. Hazırda xarici ölkə olan Polşada yaşayır. X13 oğlu X7 qızıdır. Cavabdeh2 mülkiyyətində olan mənzilini əvvəlki mülkiyyətçisidir. Onun hazırda harada yaşamasında məlumatı yoxdur. Odur ki, məhkəmədən ünvan 1 evin 30 saylı ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilin bağışlanma müqaviləsinin bağlanması ilə əlaqədar notariat hərəkətinin aparılması vəzifəsinin qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı olmadan cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs X12 məhkəmə iclası zamanı iddianın təmin olunmasına dair qətnamə qəbul edlməsini xahiş etdi. Cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə və üçüncü şəxslər X11, X5, X13 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, habelə mülki iş materiallarını araşdıraraq və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Seriya RX № ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 63,85 kv.metr, yaşayış sahəsi 38,79 kv.metr və yardımçı sahəsi 25,06 kv.metr olan 3 otaqlı mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-cü il tarixdə ********** nömrə ilə 51 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Ramin Muradovun 21 fevral 2023-cü il tarixli 365 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən mənzildə daimi qeydiyyatda olan ailə üzvülərinin razılığını aldıqdan sonra mənzili özgəninkiləşdirə bilmək hüququna malik olduğunu qeyd etməklə bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtina edilmişdir. İşə əlavə olunmuş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışdan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan digər şəxslər X11, X13, X12, Cavabdeh2 və X2r. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ünvan 2 ünvanında yerləşən mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının ailə üzvləri X11, X5, X13 və mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh2 hazırda mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olsalar da, uzun müddətdir orada yaşamırlar. İddiaçı isə xüsusi mülkiyyətində olan həmin mənzili, onunla birlikdə yaşayan oğlu X9 bağışlamaq istəyir. Bununla bağlı notarial ofisinə müraciət etməsinə baxmayaraq, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi qeydiyyatda olan ailə üzvülərinin razılıq ərizələri tələb etmişdir. Hazırda isə iddiaçının həmin ailə üzvülərinin və mənzilin əvvəlki mülkiyyətçisinin razılığının alınması mümkün olmadığından, iddiaçının mülkiyyətində olan mənzili bağışlamsına dair müqavilənin rəsmiləşdirilməsindən imtina edilmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, maraqlı şəxslərin razılığı olmadan mənzilin özgəninkiləşdirilməsinin (bağışlama) qadağan olunması iddiaçı olan mənzilin mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxarır. Bu hal isə həm beynəlxalq hüquq həm də Azərbaycan Konstitusiyası və qanunları ilə öz əksini tapmış və belə məhdudiyyətlərin yaranmasını bir mənalı şəkildə qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mübahisə əmlak xarakterli hüquq münasibəti olduğundan, hazırkı mübahisə üzrə həm əşya hüquq münasibətlərini və həm də müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Məhkəmə, həmçinin hesab edir ki, mülkiyyət toxunulmazdır və mülkiyyətçi öz əmlakı üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüququna malikdir. Onun bu hüququ heç bir şəkildə məhdudlaşdırıla bilməz. Bağışlama müqaviləsi isə mülki qanunvericiliklə tənzimlənən elə bir müqavilədir ki, mülkiyyətçi öz əmlakının bir hissəsini hədiyyə alana verməsi, hədiyyə alanın isə onu qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi bağışlama müqaviləsi mülkiyyətçinin sərbəst iradə ifadəsidir. Həmçinin mülki qanunvericilklik bağışlama müqaviləsinin notarius qaydasında təsdiqlənməsi ilə etibarlı sayıldığını qeyd edir. Lakin bu müddəa mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmağa yönəlməməlidir. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndi Mülki Məcəllənin tələblərinə zidd olmaqla xüsusi mülkiyyətçinin hüquqularının məhdudlaşdırılmasına yönəlmişdir. Belə olan halda məhkəmə daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktı tətbiq etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.5ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Həmin Qanunun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarındabu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.10-cu maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və ünvan 2 ünvanında yerləşən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan mənzilin oğlu X9 bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış X11, X5, X13 və Cavabdeh2 razılıqları alınmadan cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən tam mülkiyyət hüququ ilə İddiaçı məxsus mənzilin oğlu X9 bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış X11, X5, X13 və Cavabdeh2 razılıqları alınmadan təsdiq edilməsi cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilsin. X11, X5, X8 miras açılanadək iki il müddətinə Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 12 saylı evin 30 saylı mənzilinə məcburi payı olması izah olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-910/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-910/2023
01.06.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver