Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-917/2021 14.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Mingəçevir şəhər X3 Disponserinin “Vətəndaşın psixiatriya stasionarına qeyri könüllü yerləşdirilməsi” tələbinə dair ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, müəyyən e t d i m: Mingəçevir şəhər X3 Disponseri ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, şəxsə psixitariya yardımının göstərilmədiyi halda onun psixi vəziyyətinin pisləşməsinə əsaslanaraq 1964 il təvəllüdlü X1 psixiatriya stasionarına qeyri könüllü yerləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə ilə tanış olaraq hesab edirəm ki, aşağıdakılara əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə düzgün formada tərtib edilməmişdir. İddia ərizəsi mülki mühakimə icraatının başlanması üçün mühüm prosessual sənəd olduğuna görə onun forma və məzmunu qanunvericiliklə dəqiq müəyyən olunmuşdur. İddia ərizəsinin forma və məzmunu, irəli sürülən tələbə baxılması üçün zəruri olan məlumatları özündə əks etdirməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə müvafiq olaraq ərizənin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsində göstərilmişdir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1, 152.2-152.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Mingəçevir şəhər X3 Disponserinin “Vətəndaşın psixiatriya stasionarına qeyri könüllü yerləşdirilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-917/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-917/2021
14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver