Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-917/2022 16.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi:Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum arvadı X2 miras qalmış Mingəçevir şəhəri Az.DRES qəsəbəsi «Nur» şadlıq sarayının arxasında yerləşən 300 kv.m torpaq sahəsinin onun tərəfindən bütövlükdə miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir Bələdiyyəsinin 29.11.2007-ci il tarixli 41/5 saylı qərarına əsasən arvadıX4 Mingəçevir şəhəri AzDRES qəsəbəsi «Nur» şadlıq sarayının arxasındakı ərazidən 300 kvm. torpaq sahəsi verilmişdir. Torpağın dəyərini həyat yoldaşı nəğd qaydada ödəmiş, bu barədə torpağın alqı-satqısına dair akt tərtib edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 26.05.2009-cu il tarixli A № 143323 nömrəli torpaq sahəsinin planı və ölçüsü təsdiq edilərək verilmişdir. Torpaq sahəsinin kənarlarını hasarlamış və hazırda təyinatına uyğun istifadə edirlər. X7 18.04.2015-ci il tarixdə vəfat etmiş, bu barədə AZ-1 № 736133 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Arvadı vəfat etdikdən sonra miras torpaq faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Belə ki, o, torpaq sahəsinə sahiblik və təyinatına uyğun edir. Mirası faktiki qəbul edən şəxs kimi o, Mingəçevir Regional «ASAN XİDMƏT» Mərkəzində notariat ofisinə onun adına vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə yazmış, lakin Notariat Ofisi 23.01.2022-ci il tarixli 90 №-li məktub yazaraq vərəsəlik şəhadətnaməsi verməmişdir. Odur ki ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs4 iştirak etdiyi məhkəmə iclası zamanı izahatında və təqdim etdiyi yazılı ərizəsində miras torpaq sahəsinin yalnız ərizəçi tərəfindən faktiki qəbul edilməsini etiraf edərək ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Məmmədova (Musayeva) Nisə Abdulla qızı və Maraqlı şəxs2 da iştirak etdikləri məhkəmə iclası zamanı izahatlarında və təqdim etdikləri yazılı ərizələrində miras torpaq sahəsinin məhz ərizəçi tərəfindən faktiki qəbul edilməsini faktını etiraf etdilər və ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxslər Maraqlı şəxs4, Məmmədova (Musayeva) Nisə Abdulla qızına və Maraqlı şəxs2 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İşdə İİ-JQ № 332298 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X3 nikahları 15.10.1980-ci il tarixdə Ağdaş rayonu Kotavan XD sovetində bağlanmış və 8 nömrə ilə qeydə alınmışdır. İşdə olan Mingəçevir Bələdiyyəsinin 29.11.2007-ci il tarixli 41/5 saylı bir qrup fiziki şəxsə fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında qərarının surətindən görünür ki, Naxçıvan küçəsi 36, mənzil 3-də yaşayan şəhər sakini X4 uzun müddət bağ kimi istifadə etdiyi Az.Dres qəsəbəsi «Nur» şadlıq sarayının arxasındakı ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 300 m2 torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan 26.12.2008-ci il tarixli aktın surətindən görünür ki, X6 ilə torpaqların alqısatqısına dair akt tərtib edilmişdir. İşdə olan 26.05.2009-cu il tarixli A seriyalı 143323 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Mingəçevir şəhərində yerləşən 300 kvm. torpaq sahəsinə dair X3 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 736133 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 18.04.2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16.02.2022-ci il tarixli 05/Q-91/15 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 16.01.1960-cı il tarixdə Ağdaş rayonu, Kotavan kəndində doğulmuş X6 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 16.02.2022ci il tarixədək aparılmış və xx.xx.1956-cı il tarixdə doğulmuş əri-Ərizəçi, xx.xx.1981-ci il tarixdə doğulmuş qızı, Maraqlı şəxs4, xx.xx.1985-ci il tarixdə doğulmuş qızı, X5 və xx.xx.1982-ci il tarixdə doğulmuş oğlu, Maraqlı şəxs2 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16.02.2022-ci il tarixli 05/Q-91/15 saylı məktubdan görünür ki, mərhum X3 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 22.04.2015-ci il tarixli, 234 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir, Naxçıvan küç., ev 36, mənzil 3” qeyd olunmuşdur. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 23.01.2022-ci il tarixli 90 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan maraqlı şəxslər Maraqlı şəxs4, Məmmədova (Musayeva) Nisə Abdulla qızı və Maraqlı şəxs2 tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar mərhum analarından miras qalmış Mingəçevir şəhəri Az.DRES qəsəbəsi «Nur» şadlıq sarayının arxasında yerləşən 300 kv.m torpaq sahəsinin ərizəçi tərəfindən miras əmlak kimi bütövlükdə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, 18.04.2015-ci il tarixdə vəfat etmiş X2 Ərizəçi, həmçinin maraqlı şəxslər Maraqlı şəxs4, Məmmədova (Musayeva) Nisə Abdulla qızına və Maraqlı şəxs2 Mingəçevir şəhəri Az.DRES qəsəbəsi «Nur» şadlıq sarayının arxasında yerləşən 300 kv.m torpaq sahəsi miras qalmışdır. Ərizəçi həmin torpaq sahəsini miras əmlak kimi faktiki qəbul etmişdir. Maraqlı şəxslər isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış Mingəçevir şəhəri Az.DRES qəsəbəsi «Nur» şadlıq sarayının arxasında yerləşən 300 kv.m torpaq sahəsinin ərizəçi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X3 birinci növbəli qanun üzrə vərəsələri olan Maraqlı şəxs4, Məmmədova (Musayeva) Nisə Abdulla qızı və Maraqlı şəxs2 mərhum Bəsti Musayevadan qalmış mirasdan pay almaq istəmədiklərini bildirmiş və mirasın yalnız ərizəçi tərəfindən faktiki qəbul ediməsini təsdiq etmişlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. X1 miras qalmış, Mingəçevir şəhəri AzDRES qəsəbəsi «Nur» şadlıq sarayının arxasında yerləşən 300 kv. m torpaq sahəsinin yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-917/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-917/2022
16.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver