Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-921/2020 15.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Mingəçevir şəhər İcra Hakmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı: Mingəçevir şəhər İcra Hakmiyyətinin Cavabdeh: Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : «Mingəçevir şəhər İcra Hakmiyyəti iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər İcra Hakmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, İddiaçı başçısının 2 №li X6 Dairəsi üzrə nümayəndəliyi məktub və ona əlavə olunmuş akt göndərərək şəhərin A.Şaiq küçəsi ev 3 mənzil 24 ünvanında yaşayan Cavabdeh Naxçıvan küçəsində qanunsuz tikinti işləri aparmasını bildirmişdir. Belə ki, Mingəçevir Bələdiyyəsinin 02/6 №li xx.xx.2014-cü il tarixli Qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə Cavabdeh icarəsinə 1100 m2 torpaq sahəsi verilmişdir. Cavabdeh 2015-ci ildə şəhərin baş memarı tərəfindən razılaşdırılmış layihə alsa da, avtomobillərə texniki xidmət obyektinin tikintisinə icazənin 3 illik qüvvədə olma müddətini ötürərək 2020-ci ildə başlamışdır. Vətəndaş Cavabdeh Şəhərsalma və Tikinti Məcəlləsində qeyd edilən maddələri ilə tanış edilsə də, deyilənlərə məhəl qoymayaraq tikintini davam etdirəcəyini bildirmiş və obyektin tikintisini aparmışdır. Buna görə də Cavabdeh qanunsuz inşa etdiyi tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razılaşmayaraq verdiyi izahatında göstərmişdir ki, tikilinin başladılması üçün razılaşdırılmış şəkildə qərar almışdır. Üç ay xəstə olmuşdur həmin müddətdə ərizə verərək müddətin uzadılmasını xahiş etmişdir. Lakin bu günə kimi ona heç məlumat verilməmişdir. Buna görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil da cavabdehin izahatına oxşar məzmunlu izahat verərək iddia tələbini rədd edilməsini xahiş etmişdir. İşəəlavə olunmuş xx xxxxxx 2020-cı il tarixli aktın surətindən görünür ki, İddiaçı əməkdaşları tərəfindən Mingəçevir şəhəri Naxçıvan küçəsində Mingəçevir Bələdiyyəsinin 02/6 № li xx xxxxxx 2014-cü il tarixli qərtarı ilə icarəsinə verilmiş 1100m2 torpaq sahəsində avtomobillərə texniki xidmət obyekti üçün icazə verilmiş sahədə tikinti apardığı aşkar edilmişdir. Ona tikintinin dayandırılması barədə xəbərdarlıq edilmiş əks təqdirdə barəsində ciddi tədbir görüləcəyi xəbərdar edilmişdir. İşə əlavə olunmuş torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli müqavilədən görünür ki, Mingəçevir şəhər Bələdiyyəsi və Cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən sahəsi 1100m2 olan torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün beş il müddətinə Cavabdeh icarəyə verilmişdir. İşə əlavə olunmuş İddiaçı Başcısının xx xxxx 2009-cu il tarixli Torpaq sahəsinin icarəyə verilməsi və tikintiyə icazə haqqında sərəncamdan çıxarışdan görünür ki, Puşkin küçəsi ev 20, mənzil 44-də yaşayan X4 Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 17/7 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 1500 (bir min beş yüz) kv metr torpaq sahəsinin 300 kv metr hissəsində Memarlıq və tikinti xidmət obyektinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı Mingəçevir şəhər İcra Hakmiyyəti ilə cavabdeh arasında yaranmış hüquq münasibətləri qanunsuz tikilinin sökülməsi ilə bağlı yaranan mülki mübahisədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülki Məcəllənin mülkiyyətçi olmayan şəxslərin hüquqlarından bəhs edən 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, belə nəticəyə gəlir ki, iddiaçı Mingəçevir şəhər İcra Hakmiyyətinin Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «X1» qarşı xx xxxx 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə işüzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sadalanan prosessual hüquq normalarına görə iddia ərizəsində göstərilən torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə və iddia tələbini rədd edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən 95.3. Bu Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Bundan əlavə məhkəmə iş materialları və sübutların müqayisəli təhlili nəticəsində iddiaçı Mingəçevir şəhər İcra Hakmiyyətinin qanunsuz tikilinin sökülməsi ilə bağlı tələb vermək hüququnun olmamasını müəyyən etmişdir. Qanunsuz tikilinin sökülməsi barədə iddianı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub qət etdi: İddia tələbi təmin edilməsin. İddiaçı Mingəçevir şəhər İcra Hakmiyyətinin Cavabdeh qanunsuz inşa etdiyi tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinın Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-921/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-921/2020
15.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver