Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-923/2022 09.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 1 ünvanında yerləşən, 37 saylı mənzilə istifadə hüquqlarının itirməklə onların həmin mənzildən məcburi çıxarılması, mənzilin boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi və onlar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavbadehlərdən tutulması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC-in nümayəndəsi iddia ərizəsini belə əsaslandırmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-13/2019 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X1 2039.22 ABŞ Dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 1 ünvanında yerləşən, 37 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)- 13/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-2235/2019 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Şəki Apleyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-2235/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən kassasiya şikayəti verilmiş və Ali məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)- 7573/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Hazırda Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 1 ünvanda yerləşən, 37 saylı mənzil "xxxx" QSC-in mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********97-15101-093041 reyestr nömrəli çıxarış alınmışdır. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 8 saylı abadlaşdırma İdarəsi Mənzil istismar sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qeydiyyatda olan şəxslərə dair forma-2 arayışından görünür ki, "xxxx" QSC-in mülkiyyətində olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 1 ünvanda yerləşən, 37 saylı mənzildə hazırda Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 yaşayır. Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 yuxarıda qeyd olunan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 1 ünvanda yerləşən, 37 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bundan sonra mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 1 ünvanda yerləşən, 37 saylı mənzilin 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və Banka təhvil verilməsi barədə xx.xx.2022-ci il tarixində cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavbadehlərə verilmiş müddətin başa çatmasına baxmayaraq, onlar mənzili könüllü olaraq boşaldıb Banka təhvil verməmişlər. Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 1 ünvanda yerləşən, 37 saylı mənzildə cavabdehlər bu günə kimi qeydiyyatdadır, bununla da cavabdehlər əmlak üzərində "xxxx" QSC-in mülkiyyətçisi kimi hüquqlarının həyata keçirilməsinə mane olurlar. Məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 1 ünvanında yerləşən, 37 saylı mənzilə istifadə hüquqlarının itirməklə onların həmin mənzildən məcburi çıxarılması, mənzilin boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi və onlar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavbadehlərdən tutulması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 iştirak etdiyi məhkəmə hazırlıq iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bankın nümayəndəsinə və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarına gəlməmişlər, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəmənin rəsmi elektron ünvanına ərizə göndərərək, hazırki iş üzrə xx.xx.2022-ci il tarixə saat 10:40-a təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Odur ki, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçı tərəfin iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını tam və hərtərəfli qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, X11 küçəsi, ev 1, mənzil 37 ünvanında yerləşən mənzil üzərində "xxxx" QSC-in tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* № li xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri X11 küçəsi, 1 saylı evin, 37 saylı mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(051)-13/2019 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X1 2039.22 ABŞ Dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 1 ünvanında yerləşən, 37 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 11.072019-cu tarixli qətnaməsi ilə Mingəçevir şəhər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(051)-13/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7573/2019 saylı Qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşdə olan Mingəçevir şəhər icra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, görülmüş icra tədbirləri nəticəsində, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 1 ünvanda yerləşən, 37 saylı mənzil iddiaçının mülkiyyətinə keçmişdir. Lakin icra vərəqəsində Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X3 və X4 Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 1 ünvanda yerləşən, 37 saylı mənzilindən məcburi qaydada çıxarılması öz əksini tapmamışdır. Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X3 və X4 Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 1 ünvanda yerləşən, 37 saylı mənzilindən məcburi qaydada çıxarılması ilə bağlı Mingəçevir şəhər Məhkəməsinə müraciət etməsi "xxxx" QSC-in Mingəçevir Şəhər Filialına tövsiyyə olunmuşdur. İşdə olan "xxxx" QSC tərəfindən cavbadehlərə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, cavbadehlərin nəzərinə çatdırmışdır ki, ünvan 3 ünvanında yerləşən əmlak hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Bununla əlaqədar cavabdehlərdən 10 (on) gün ərzində həmi əmlakı könüllü olaraq boşaldıb və Banka təhvil vermələri tələb etmişdir. Əks təqdirdə onların həmin əmlakdan məcburi qaydada çıxarılmaları istiqamətində qanuna müvafiq tədbirlər görüləcəyinə dair xəbərdar edilmişlər. İşdə olan cavabdehlər tərəfindən verilmiş, Notarial qaydada təsdiqlənmiş ərizələrin surətlərindən görünür ki, cavbadehlər "xxxx" QSC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razı olduqlarını və ipoteka qoyulmuş evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda, onu qeyd-şərtsiz tərk edəcəkləri barədə üzərlərinə öhdəlik götürmüşlər. Beləliklə, məhkəmə iclası iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ünvan 3 ünvanında yerləşən əmlak hazırda “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Cavabdehlər isə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olduqlarına, həmin mənzili təyinatı üzrə istifadə etdiklərinə görə iddiaçı bank faktiki olaraq mülkiyyətində olan əmlakdan istifadə edə bilmir. Məhkəmə ilk növbədə nəzərə alır ki, kompensasiya verilmədən cavabdehlərin iddiaçı banka məxsus mənzilin tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb-qalxmaması məsələsi müəyyən edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında etibarlı şəkildə bağlanmış ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyanla birlikdə digər ailə üzvləri ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Ona görə də tutma qüvvədə olan məhkəmə qətnaməsinə əsasən ipoteka ilə yüklü edilmiş mübahisəli mənzilə yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Hazırda isə ipoteka predmeti artıq açıq hərracda satılmış və iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4–cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin iddiaçı "xxxx" QSC-in mülkiyyətində olan, mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə, həmçinin tələbin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mübahisəli mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçı"xxxx" QSC-yə təhvil verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissələrdə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2–ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan normaların tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əmlak cavabdehin sahibliyində olmalı və cavabdehin əmlaka sahiblik hüququ olmamalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin mənzil cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin mübahisəli mənzil üzərində heç bir əşya hüquqları qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mübahisəli mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə qəlir ki, iddiaçının mülkiyyətçi kimi hüquqları cavabdehlər tərəfindən pozulduğuna görə iddia təmin olunmalı, cavabdehlərin Mingəçevir şəhər X11 küçəsi 1 saylı evin, 37 saylı mənzilin tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməli, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mübahisəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğdə pul vəsaiti də cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin olunsun. İddiaçı "xxxx" QSC-in mülkiyyətində olan Mingəçevir şəhəri, X11 küçəsi ev 1, mənzil 37 ünvanında yerləşən mənzilin tərkib hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 istifadə hüquqlarına xitam verilsin. İddiaçı "xxxx" QSC-in mülkiyyətində olan Mingəçevir şəhəri, X11 küçəsi ev 1, mənzil 37 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 çıxarılsın və mənzil boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat pul alınıb İddiaçı QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-923/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-923/2022
09.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver