Məhkəmə qərarları › İş №2(051)-924/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-924/2024

04.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-924/2024 04.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2010-ci il tarixli, ******* seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Mingəçevir şəhəri H.Zeynalabdin Tağıyev küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi onun tam mülkiyyətindədir. Fərdi yaşayış evi valideynlərinə məxsus olmuş və onlar vəfat etdikdən sonra vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. X9 2001-ci ildə, atası Hətəmov Məhəmməd isə 2008-ci ildə vəfat etmişdir. Ev iki otaqdan ibarət köhnə tikilidir. Cavabdeh1, Cavabdeh2 onun mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadırlar. Natella qardaşı Davudun keçmiş arvadıdır. Əfsanə isə onların birgə evlilikdən olan övladlarıdır. Onlar 10 may 2000-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar və bu evlilikdən Əfsanə adlı bir övladları var. Aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2007-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra o, könüllü olaraq evdən çıxıb getmiş və iki il sonra məhkəməyə müraciət edərək yaşayış evinə köçürmə, istifadə hüququnun tanınması tələbinə dair iddia qaldırmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2009-cu il tarixli 2(051)- 293/2009 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh1 övladı xx.xx.2004-cü il təvəllüdlü X5 ilə birlikdə Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsindəki 28 saylı evə köçürülməsi, istifadə hüququnun tanınması qət edilmişdir. Evə köçürülmə qətnaməsinin olmasına baxmayaraq cavabdehlər evdə yaşamamışlar. Belə ki, Cavabdeh1 sonradan başqası ilə ailə qurub onun yaşadığı evə köçmüşdür. Artıq qızı Əfsanə də ailə qurmuşdur. Onlarla heç bir əlaqəsi yoxdur. 2007-ci ildə qardaşı Davudla boşanandan sonra evə gəlib getmirlər. Onların iddiaçının mülkiyyətində olan evə ehtiyacı qalmamışdır. Qeyd edildiyi kimi artıq uzun illərdir ki, mülkiyyətində olan evdə yaşamırlar və yalnız qeydiyyatdadırlar. Bu isə mülkiyyətçi kimi onun hüquqlarını pozur. Mingəçevir şəhəri MKT İB-nin MBKXşöbəsinin rəisi S.Abbasov, qeydiyyatçılar və qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli AKT-dan görünür ki, ünvan 1 ünvanında İddiaçı aid yaşayış evində qonşuların təsdiqinə əsasən Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, yaşamırlar. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 28 saylı fərdi yaşayış evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə bildirişi cavabdehlərə təqdim edilməsi üçün müvafiq icra hakimiyyətinə ünvanlanmış, bildirişə cavabdehlərin qeyd olunan ünvanda yaşamaması barədə qeyd yazılaraq məhkəməyə göndərilmişdir. Bundan sonra məhkəmə işə baxmağa başlamışdır. Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Ərizəçi tərəfindən şahid qismində çağırılmış X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı onun qardaşıdır. Cavabdeh1 Fəxrədin qızı onun keçmiş arvadıdır. Olar xx.xx.2000-ci il tarixdə ailə qurmuşlar və birgə nikahdan Əfsanə adlı övladları olmuşdur. Sonra aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2007-ci il qətnaməsinə əsasən ləğv olunmuşdur. Daha sonra cavabdeh könüllü olaraq evdən çıxıb getmişdir. Sonra Cavabdeh1 başqası ilə ailə qurub onun yaşadığı evə köçmüşdür. Artıq qızı Əfsanə də ailə qurmuşdur. Onlarla heç bir əlaqəsi yoxdur. Ərizəçi tərəfindən şahid qismində çağırılmış X4 izahatında bildirdi ki, o, ünvan 2 ünvanda yaşayır. İddiaçı onun qonşusudur. Cavabdeh1 iddiaçının qardaşı Davud Hətəmovun keçmiş arvadıdır. Onlar 2000-ci ildə ailə qurmuşlar və birgə nikahdan Əfsanə adlı övladları olmuşdur. Sonra onlar boşanmışlar və cavabdeh Natella qızı ilə birlikdə çıxıb getmişdir. Bundan əlavə cavabdeh həmin mənzildən özünə məxsus əşyaları da çıxartmışdır. Uzun müddətdir ki, cavabdehləri görməmişdir. Ərizəçi tərəfindən şahid qismində çağırılmış X2 izahatında bildirdi ki, o, ünvan 3 ünvanda yaşayır. İddiaçı onun qonşusudur. Cavabdeh1 iddiaçının qardaşı Davud Hətəmovun keçmiş arvadıdır. Onlar 2000-ci ildə ailə qurmuşlar və birgə nikahdan Əfsanə adlı övladları olmuşdur. Sonra onlar ayrılmışlar və Cavabdeh1 qızı İddiaçı ilə birlikdə çıxıb getmişdir. Eşitdiyinə görə Cavabdeh1 başqa şəxslə ailə qurmuşdur. Uzun müddətdir ki, cavabdehləri görməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Hətəmov X1 şəhəri, H.Z.Tağıyev küçəsi ev 28 ünvanda eydiyyatdadır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Seriya MA, ******* nömrəli Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 28 fərdi yaşayış evi xx.xx.2010-cu il tarixdən İddiaçı tam mülkiyyətindədir. 2(051)-293/2009 saylı 08 may 2009-cu il tarixli Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh1 xx.xx.2004-cü il tarixdə anadan olmuş X5 ilə birlikdə ünvan 4 ünvana köçürülməsi, onun həmin evə istifadə hüququ tanınması və evə qeydiyyata alınması qət edilmişdir. xx.xx.2024-cü il tarixli MKT İB-in MBRX-inin şöbəsinin rəsi S.Abbasov və digər şəxslər M.Mustafayeva, S.Mürşüdova, X.Abbasova və D.Sadəddinova tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 4 ünvanda İddiaçı aid yaşayış evində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun müddətir ki, yaşamırlar. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Cavabdehlərlərdən biri iddiaçının qardaşı Davud Hətəmovun qızı digəri isə Davud Hətəmovun keçmiş arvadıdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 iddiaçının qardaşı D.Hətəmovla nikahları ləğv olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 xx.xx.2004-cü il tarixdə anadan olmuş X5 ilə birlikdə ünvan 4 ünvana köçürülməsi, onun həmin evə istifadə hüququnun tanınması və evə qeydiyyata alınması qət edilmişdir. ünvan 4 fərdi yaşayış evi 2010-cu ildən iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdehlərin istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırda cavabdehlər yaşayış yeri üzrə iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq, daimi olaraq başqa ünvanda yaşayırlar. İddiaçı isə həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, 2009-cu ildə cavabdehlərin məhkəmə qətnaməsi ilə mübahisəli ünvana istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Daha sonra 2010-cu ildə mənzil iddiaçının mülkiyyətinə keçmişdir. Beləliklə hazırki mübahisə üzrə cavabdehlərin istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. Lakin cavabdehlər həmin evdə qeydiyyatda olsalar da, yaşamırlar. İddiaçı cavabdehlərin uzun müddət həmin mənzildə yaşamamalarını əsas gətirərək onların özünün mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Beləliklə məhkəmə qətnaməsi ilə cavabdehlərin evə istifadə hüququ tanınıb köçürülüb, lakin faktiki olaraq cavabdehlər yaşayış evinə köçməyib, köçməni tələb etməyiblər. Yəni cavabdehlər uzun müddət ərzində özlərinin istifadə hüququnun pozulması barədə nə məhkəməyə, nə də digər hüquq mühafizə orqanına müraciət etməmiş, evə qayıtmaq üçün hər hansı cəhd göstərməmişlər. Beləliklə cavabdehlər məhkəmə qətnaməsi ilə təmin edilmiş hüquqlarından imtina etmişlər. Bununla yanaşı cavabdehlər uzun müddət evin saxlanılması üçün heç bir vəzifəni icra etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 28 saylı fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh2 istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar