Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-926/2020 09.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı «mənzil sahəsinə olan hüququn itirilmiş hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 mənzil 8 ünvanında yerləşən yaşayış mənzilinə olan hüququn itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq izahatında göstərmişdir ki, Cavabdeh arasında bağlanmış nikah 2015-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir şəhəri M.F.Axundov küçəsi 2 saylı evin, 8 saylı mənzili ona məxsusdur. Keçmiş həyat yoldaşı olan Cavabdeh 2015-ci ildən həmin mənzildə yaşamır. Cavabdehin sözügedən mənzili istifadə etməməsi onun mənzildən istifadə hüquqlarına xitam verilməsi üçün əsasdır. Belə ki, cavabdeh atasına məxsus evdə yaşayır və ona məxsus mənzilə gəlib-getmir. Cavabdehin onun mənzilində qeydiyyatda olması onun mülkiyyət hüquqlarını pozur. Ona görə də Cavabdeh ünvan 1 mənzil 8 ünvanında yerləşən yaşayış mənzilinə olan hüququn itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsina baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə göndərərək övladı ilə birlikdə məhkəmə qətnaməsinə əsasən sözügedən mənzilə köçürüləmsini, başqa yaşayış yerinin olmamasını və İddiaçı tərəfindən onun mənzildə yaşamasına maneələrin olmasını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə İddiaçı nikahı Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx xxxxxxx 2016-cı il tarixdə 207 nömrəli aktı ilə pozulmuşdur. İşə əlavə olunmuş aktdan görünür ki, 5 saylı MİS-in rəisi və qonşuları İddiaçı ərizəsinə əsasən mənzildə yoxlama zamanı özünün və qonşuların verdiyi ifadəyə əsasən məlum oldu ki, keçmiş həyat yoldaşı 2015-ci ildə boşandıqdan sonra həmin ünvanda yaşamayıb və hal hazırda da yaşamır. İşə əlavə olunmuş 5 saylı MİS-in xx xxx 2020-ci il tarxli 341 nömrəli arayışından görünür ki, İddiaçı və Cavabdeh həqiqətən M.F.Axundov küçəsi 2 nömrəli 2 mərtəbəli evin 2-ci mərtəbəsində yaşayış sahəsi 42,12 kv. Metr olan 2 otaqlı 8 nömrəli mənzilində yaşamaq hüququ olmaqla qeydiyyatdadır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-3156/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh övladı – xx xxxxx 2012-ci il təvəllüdlü X3 ilə birlikdə İddiaçı ¾ hissədə mülkiyyətində olan Mingəçevir şəhərinin M.F.Axundov küçəsindəki 2 saylı evin 8 saylı mənzilinə köçürülməsi və ümumi əsaslarla istifadə hüquqlarının tanınması qət edilmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Mingəçevir şəhərinin M.F.Axundov küçəsindəki 2 saylı evin 8 saylı mənzili mülkiyyət hüququ üzrə 3/4 hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. X5 məhkəmə iclasında keçmiş arvadı olan Cavabdeh mənzilinin ona aid hissəsində istifadə hüquqlarının tanınmasına razı olduğu üçün Mingəçevir şəhər məhkəməsinin 2(051)-3156/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh övladı – xx xxxxx 2012-ci il təvəllüdlü X1 Mingəçevir şəhərinin M.F.Axundov küçəsindəki 2 saylı evin 8 saylı mənzilinə istifadə hüququ tanınması qət edilmişdir. Hazırda İddiaçı öz müliyyət hüquqlarını lazımi qaydada icra edə bilmədiyi üçün cavabdeh və onun azyaşlı övladlarının sözügedən mübahisəli fərdi yaşayış evindən kompensasiya vermədən istifadə hüquqlarına xitam verilməsini tələb edir. Cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək övladı ilə birlikdə məhkəmə qətnaməsinə əsasən sözügedən mənzilə köçürüləmsini, başqa yaşayış yerinin olmamasını, İddiaçı tərəfindən onun mənzildə yaşamasına maneələrin olmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır: İlk növbədə iddia tələbinin əsası olan cavabdehə kompensasiya vermədən istifadə hüququna xitam verilməsi məhkəmə tərəfindən qəbul edilməzdir. Belə ki, iş materiallarından da görünür ki, onun məhkəmə qətnaməsi ilə istifadə hüquqları yaranmışdır. Cavabdehin qətnamə çıxdıqdan sonra yəni hazırki vaxta kimi başqa daimi yaşayış yeri olması müəyyən olunmamışdır. İddiaçı tərəfindən cavabdehin sözügedən mənzildən istifadə etməsinə maneələr yaratması onun mənzildən lazımi qaydada istifadə edə bilməməsinə gətirib çıxarmışdır. Cavabdehin və azyaşlı övladının mənafeyi nəzərə alınaraq onun mənzildən istifadə hüququna heç bir kompensasiya verilmədən xitam verilməsi qanunsuz və əsassızdır. Belə ki, iddia tələbinin hüquqi əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bundan başqa qətnamə qəbul olunarkən uşaqlar barəsində görülən bütün tədbirlər də uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməli, uşaqların hüquqları daha üstün tutulmalı, hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmalı və dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. İş materiallarından da görünür ki, cavabdehin himayəsində bir nəfər azyaşlı uşağı var və onların digər yaşayış yerləri yoxdur. Odur ki, məhkəmə hesab edir ki, azyaşlı uşaqların da mənafeləri nəzərə alınmalıdır. Belə ki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzil sahəsinə olan hüququn itirilmiş hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-926/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-926/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver