Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-926/2021 27.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi X18 oğlunun iştirakı ilə İddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1ndan miras qalmış ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzilin onun tərəfindən qəbul etməsinin müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsasladırmışdır ki, X1 04.04.1933-cü il tarixdə Yevlax rayonu əkşəm kəndində anadan olub. X3 01.07.1942-ci il tarixdə Yevlax rayonu Havarlı kəndində anadan olub. 24 noyabr 1998-ci il tarixdən atası X15 oğlu adına ünvan 2 ünvanda ümumi sahəsi 43,98 kv.metr yaşayış sahəsi 31,06 kv.metr olan 2 otaqlı mənzili olub. Atası vəfat edənə qədər həmin ünvanda yaşayıb. X1 12.11.2019-cu ildə ürək xəstəliyindən vəfat edib. O atasının ölümündən sonra miras qalmış ünvan 1 ünvanda yerləşən 2 otaqlı məznildə yaşayır, ona məxsus bütün əmlak həmin evdədir və vərəsəlik haqqında şəhadətnamə alınması ilə bağlı Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində ərizə ilə müraciət etmişdir. Ancaq imtina verilmişdir. Ona görə də məhkəmdən mərhum X1ndan miras qalmış ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzilin onun tərəfindən qəbul etməsinin müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi X18 oğlu verdiyi izahatında məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçınin nümayəndəsinin və vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçınin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X6 X1dur. İşdə olan Qeydiyyat Vəsiqəsindən görünür ki, Mingəçevir şəhər Ş.İ.Xətai küçəsində yerləşən üsmumi sahəsi 43,98 kv.m, yaşayış sahəsi 31,06 kv.m iki otaqdan ibarət olan ev 23 mənzil 29 saylı yaşayış mənzili şəxsi mülkiyyət hüququ əsasında Mingəçevir şəhər X8 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 134 saylı 23 oktyabr 1998-ci il tarixli qərarı əsasında vətəndaş X2r. İşdə olan X18 oğlunun notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X10 12.11.2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair 21.01.2021–ci il tarixli Xüsusi notarius Elxan Hüseynovun qərarından görünür ki, 12.11.2019–cu il tarixdə vəfat etmiş X4 qalmış miras əmlaka mirasın qəbulu faktı vaxtında rəsmiləşdirilməməsinə baxmayaraq adına vərəsəlik haqqında şəhadətnamə verməsi xahiş etməyi barədə ərizəyə baxılmışdır. Vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müdətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsəinin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edilməmişdir. Ona görə də notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən iddiaçınin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, 12.11.2019-cu il tarixdə vəfat etmiş mərhum X10 iddiaçınin atası olmuşdur. Məhkəmə hesab edir ki, iddia qismən tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, mərhum X10 ndan qalan mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.2–ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3–cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Beləliklə Məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı mərhum X4 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Həmçinin, mərhum X5 vərəsəsi olan X18 oğlu mərhum İbrahim İbrahimovdan qalmış mirasdan pay istəmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İddia tələbi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi hissəsində baxılmamış saxlanmalıdır. Belə ki məhkəmə qeyd edir ki, mirasın faktiki qəbul edilməsini müəyyən edən məhkəmə qətnaməsi həmin şəxsə notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, vərəsəlik şəhadətnaməsinin verilməsinin məhkəmədən kənar imkanını iddiaçı itirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddia tələbi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi hissəsində baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mərhum X1ndan miras qalmış ünvan 2 ünvanda ümumi sahəsi 43,98 kv.metr yaşayış sahəsi 31,06 kv.metr olan 2 otaqlı mənzili qəbul etməsi faktı müəyyən edilsin. İddia tələbi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi hissəsində baxılmamış saxlansın. Miras əmlakın qəbul edilməsi faktı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-926/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-926/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver