Məhkəmə qərarları › İş №2(051)-928/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-928/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-928/2021 27.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Atakişiyeva Təhminə Məcnun qızı, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Sanar (Atakişiyeva) Könül Bahyəddin qızı və Cavabdeh8 qarşı mirasın qəbul edilməsinin və 1-ci növbə vərəsələrin miras payının müəyyən edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Atakişiyeva Təhminə Məcnun qızı, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Sanar (Atakişiyeva) Könül Bahyəddin qızı və Cavabdeh8 qarşı mirasın qəbul edilməsinin və vərəsələrin miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, 12 iyul 2005-ci ildə X9 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 14 aprel 2006-cı il təvəllüdlü Nurlan adlı bir uşaqları olmuşdur. X20 birinci nikahından Ruslan, Könül və Bəxtiyar adlı 3 övladı olmuşdur. X23, X12 ilə Cavabdeh1 birgə evliliyindən doğulmuşdur. X1 29 noyabr 2004-cü ildə, əri X9 isə 09 fevral 2006-cı ildə vəfat etmişlər. X15, qayınanası Firüzə Məmmədova və X20 ümumibirgə mülkiyyətində ünvan 1 ünvanda 0.18 ha torpaq sahəsi olmuşdur və birlikdə həmin torpaq sahəsində sənədsiz tikilmiş evdə yaşamışlar. X15 vəfat etdikdən sonra həmin evdə Məcnun Atakişiyevin arvadı Cavabdeh1, onun X23, o, birgə nikahdan doğulmuş uşağı Nurlan və ərinin birinci evliliyindən doğulmuş oğlu Bəxtiyar yaşamışlar. Yəni əri Bahyəddin atasının ölümündən sonra ondan qalmış mirası faktiki qəbul etmişdir. Əri Bahyəddinin ölümündən sonra da o, oğlu Nurlan, qayınanası Cavabdeh1 və ögey oğlu Bəxtiyar ilə birlikdə ümumi mülkiyyətdə olan torpaqda tikilmiş evdə yaşamışlar. X23 vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahəsinə daxil olan ünvan 1 ünvanda özü, oğlu Nurlan və Bahyəddinin əvvəlki evlilikdən olan oğlu Bəxtiyar və qayınanası Firuzə yaşamışlar. Həmçinin oğlu Nurlanla o, həmin ünvanda qeydiyyatda olmuşlar. Əri Bahyəddin vəfat etdikdən təxminən 7 il sonar Cavabdeh8 və Firuzə Məmmədova ilə münaqişə nəticəsində evdən çıxarıldığına görə Mingəçevir şəhər məhkəməsində həmin şəxslərə qarşı mənzilə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddia qaldırmışdır. Mingəçevir şəhər məhkəməsinin 23 iyun 2015-ci il tarixli, 2(051)-910/2015 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, 14 aprel 2006-cı il təvəllüdlü oğlu Nurlanla birlikdə ünvan 1 ünvana köçürülmələri qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Lakin sonradan cavabdehlər Cavabdeh1 və Cavabdeh8 onun əmlak payını könüllü ödəyəcəklərini bildirib razılığa gəlməsini istəmişlər və o da onlara inanıb hazırkı müddətə qədər gözləmişdir. 5 ildən artıq müddətdir ki, cavabdehlər vədlərini yerinə yetirmədiyindən hazırkı iddianı qaldırmaq məcburiyyətində olmuşdur. Məcnun Atakişiyevin vərəsələrindən ancaq arvadı Cavabdeh1 və Bahyəddin Atakişiyev həmin evdə yaşamaqla mirası qəbul etmişlər. Məcnun Atakişiyevin digər övladları olan Cavabdeh2, X24 qızı, Cavabdeh4 və Cavabdeh5 ailə quraraq başqa ünvanlarda yaşayırlar. Məhyəddin adlı oğlu isə uzun müddət Rusiya Federasiyasında yaşamış və hazırda da vəfat etmişdir. İddianın təmin olunmasını, ünvan 1 ünvanda yerləşən X6 ümumibirgə mülkiyyətdə olan 0,18 ha torpaq sahəsində olan 1/3 hissə miras payına X3 payının müəyyən olunması, ünvan 1 ünvanda yerləşən X3 ümumibirgə mülkiyyətdə olan 0,18 ha torpaq sahəsində olan 1/3 hissə və atası X4 miras qalmış ümumibirgə mülkiyyətdə olan 0.18 ha torpaq sahəsində olan 1/6 hissə payının onun və oğlu X10 tərəfindən qəbul edilməsinin müəyyən olunması, X2 miras qalmış əmlakda oğlu Nurlanla onun hər birinə 1/3 hissə olmaqla paylarının müəyyən olunması və adlarına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil da məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh8 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, həqiqətən də, babası Məcnun Atakişiyev, nənəsi Cavabdeh1 və atası X8 şəhəri X.Şuşinski küçəsi 33 №li ünvanda birgə mülkiyyətində 0.18 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsində fərdi ev tikilmiş və orada yaşamışlar. Ancaq evin sənədi yoxdur. Babası Məcnun 2004-cü ildə, atası Bahyəddin 2006cı ildə vəfat etmişlər. Onların ölümündən sonra da həmin evdə nənəsi Firuzə, o və onun ailə üzvləri yaşamışlar. İddiaçılar Kamalə Atakişiyeva onun ögey anası, Nurlan Atakişiyev isə ögey qardaşıdır. Doğrudur, anasının ölümündən sonra iddiaçılar bir müddət onlarla birlikdə, birgə mülkiyyətdə tikilmiş sənədsiz evdə yaşamışlar. Lakin sonra bir evdə yaşamaqları mümkün olmadığına görə belə razılaşmışlar ki, iddiaçıların miras payını pul şəklində verərlər, ancaq, hələlik buna maddi imkanı olmadığına görə ögey anası və qardaşı onun bacısına məxsus Mingəçevir şəhərində yerləşən mənzilə köçüb orada yaşasınlar. Lakin bu vaxta kimi miras payın dəyərini ödəməyə maddi imkanı olmamışdır. Xarici ölkədə yaşayan bacısı da pula ehtiyacı olduğu üçün mənzilin satılmasını və buna görə iddiaçıların ona məxsus mənzildən çıxarılmasını tələb edir. İddiaçılara onlara düşən miras payın dəyəri kimi 7000 manat ödəməyə razıdır. Hesab edir ki, bir yerdə yaşamaqları mümkün deyil. Gələcəkdə qardaşına ev tikdirməyə də maddi kömək göstərəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1, Atakişiyeva Təhminə Məcnun qızı, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Sanar (Atakişiyeva) Könül Bahyəddin qızının ünvanlarına məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, Mülki Prossesual Məcəllənin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.18 ha torpaq sahəsi X12, Cavabdeh1 və Atakişiyev Bahəddin Məcnun oğlunun birgə mülkiyyətindədir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X16 arasında 12 iyul 2005-ci ildə rəsmi nikah qeydə alınmış, nikah bağlandıqdan sonra arvad “Atakişiyeva” soyadını qəbul etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14 aprel 2006-cı il təvəllüdlü X5 atası X9, anası İddiaçı Hüseyn qızıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24 iyun 1954-cü il təvəllüdlü X3 atası X12, anası Cavabdeh1 qızıdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09 fevral 2006-cı il ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 29 noyabr 2004-cü il ildə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli 05/Q- 202/15 №-li arayışdan görünür ki, 24.07.1954-cü ildə Mingəçevir şəhərində anadan olmuş X3 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 09 aprel 2021-ci ilədək aparılmış, arvadı xx.xx.1977-ci il təvəllüdlü Atakişiyeva Kəmalə Hüseyn qızı, oğlu xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh6, qızı xx.xx.1983-cü il təvəllüdlü X11, oğlu xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh8 və oğlu 14.04.2006-cı il təvəllüdlü X10 olması barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli 05/Q- 201/15 №-li arayışdan görünür ki, 03.03.1926-cı ildə Mingəçevir şəhərində anadan olmuş X6 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 09 aprel 2021-ci ilədək aparılmış, arvadı xx.xx.1930-cu il təvəllüdlü Cavabdeh1, oğlu 24.07.1954-cü il təvəllüdlü X9, qızı xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh3 olması barədə məlumatlar aşkar edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 23 iyun 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı övladı 14 aprel 2006-cı il təvəllüdlü X10 ilə birlikdə Mingəçevir şəhər X.Şuşinski küçəsi 33 №li evə köçürülməsi qət edilmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun 27 avqust 2021-ci il tarixli cavab məktubundan görünür ki, B.M.Atakişiyevdən və M.Cavabdeh8 qalmış miras əmlaka dair vərəsəlik işi açılmamışdır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, ünvan 2 ünvanda yerləşən 0.18 ha torpaq sahəsi Atakişiyev Məcnun Balakişi oğlu, onun arvadı Cavabdeh1 və oğlu X3 mülkiyyətində olmuş, onlar həmin torpaq sahəsində sənədsiz tikilmiş evdə yaşamışlar. Atakişiyev Məcnun 29.11.2004-cü ildə vəfat etdikdən sonra həmin torpaq sahəsindən birinci növbəli vərəsələr olan arvadı Cavabdeh1 və oğlu Bahyəddin Atakişiyev istifadə etməklə, mirası faktiki olaraq qəbul etmişlər. Bahyəddin Atakişiyev 09.02.2006-cı ildə, yəni atası Məcnun Atakişiyevdən qalmış mirası faktiki qəbul etdikdən sonra vəfat etmişdir. İş materialları ilə müəyyən edilir ki, miras qoyan Məcnun Atakişiyevin birinci növbəli vərəsələri anası Firuzə Dosməmmədova, arvadı Kamalə Atakişiyeva, uşaqları Cavabdeh6, Könül Atakişiyeva, Cavabdeh8 və Nurlan Atakişiyevdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən qanunvericilik normalarından göründüyü kimi vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Ya mirasını açılması, ya şəxsin vərəsəlik hüququ əldə etməsi, ya da onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız mirası əldə etmək imkanı verir. Hər hansı bir şəxs tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və ya hərəkətləri ilə nümayiş etdirsin. Mirası qəbul etmə qanunvericilikdə nəzərdə tutulduğu qaydada, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Bahyəddin Atakişiyevdən miras qalmış torpaq sahəsindən birinci növbəli vərəsələrdən Firuzə Dosməmmədova, Cavabdeh8, Kamalə Atakişiyeva və Nurlan Atakişiyev istifadə etməklə, mirası faktiki olaraq qəbul etmişlər. Lakin digər vərəsələr vərəsəliyin açıldığını bildikləri halda notariat kontoruna mirası qəbul etmək barədə ərizə verməmiş və ya əmlaka faktiki sahiblik etməmiş, ya da əmlak idarə etməmişlər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, miras əmlak 4 nəfər birinci növbəli vərəsə tərəfindən qəbul edildiyinə görə iddia qismən təmin olunmalı, X2 miras qalmış ünvan 1 ünvanda birgə mülkiyyətində 0.18 ha torpaq sahəsi üzərində vərəsələr Cavabdeh1, Cavabdeh3, X10 və Cavabdeh8 hər birinin dörddə bir hissədə miras paylarını müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin olunsun. X2 miras qalmış, ünvan 3 ünvanda birgə mülkiyyətində 0.9 ha torpaq sahəsi üzərində vərəsələrdən Cavabdeh1, Cavabdeh3, X10 və Cavabdeh8 hər birinin dörddə bir hissədə miras payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar