Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-951/2023 11.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mingəçevir şəhəri 15-ci Bağ küçəsi 24 saylı evin onların arasında hər birinin payına uyğun 1/3 hissə olmaqla naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə göndərərək bildirmişdir ki, tərəflər aralarında olan mübahisəni barışıq yolu ilə həll ediblər. Odur ki, onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında olan mübahisə barışıq yolu ilə həll edildiyindən, onlar arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilənin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir.
1. İkinci Tərəf Cavabdeh və X7 X4 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli İş №: 2(051 )-1063/2021 saylı qətnaməsinə əsasən ananın yanında qalan övladları 18 yanvar 2013-cü il təvəllüdlü X2, 01 sentyabr 2015-ci il təvəllüdlü X5 uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün 130(bir yüz otuz) manat, cəmi 260(iki yüz altmış) manat sabit pul məbləğində qət edilmiş aliment ödənişi ilə bağlı, uşaqların 18(on səkkiz) yaşınadək olan aliment pulun və bu günə kimi olan aliment borcunun əvəzinə Birinci Tərəf İddiaçı Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli İş №: 2(051)-1614/2021 saylı qətnaməsi əsasında qət edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan 1/3 hissə payını ödəniş kimi qəbul etməyə razılaşırlar.
2. İkinci Tərəf Cavabdeh öz üzərinə öhdəlik götürür ki, bundan sonra barışıq sazişinin şərtlərinə əsasən X7 Fazil Hüseyn oğluna qarşı aliment ödənişi və bu günə kimi olan aliment borcu tələbi olmayacaq.
3. Əgər bundan sonra İkinci Tərəf Cavabdeh Birinci Tərəf İddiaçı qarşı aliment ödənişi və bu günə kimi olan aliment borcu tələbi olarsa, X7 Fazil Hüseyn oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan 1/3 hissə payını geri qaytaracaq.
4. Birinci Tərəf İddiaçı öz üzərinə öhdəlik götürü ki bundan sonra barışıq sazişinin şərtlərinə əsasən X10 Günay Məhərrəm qızma qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan 1/3 hissə payı üzrə əmlak tələbi olmayacaq.
5. Əgər bundan sonra Birinci Tərəf İddiaçı Mingəçevir şəhəri, Günəşli bağ massivi 15, ev 24 ünvanında yerləşən fərdi yaşayış evində olan 1/3 hissə payı üzrə İkinci Tərəf Cavabdeh qarşı tələbi olarsa, İkinci Tərəf Cavabdeh Birinci Tərəf İddiaçı qarşı aliment ödənişi və bu günə kimi olan aliment borcu tələbi edəcək.
6. İkinci Tərəf Cavabdeh təklifi ilə Mingəçevir şəhəri, Günəşli bağ massivi 15, ev 24 ünvanında yerləşən fərdi yaşayış evi X1 adına bağışlama edilir.
7. Birinci Tərəf İddiaçı öz üzərinə öhdəlik götürür ki, gələcəkdə X10 X3 şəhəri, Günəşli bağ massivi 15, ev 12 saylı fərdi yaşayış evi üzərində hər hansısa bir qərar vermək istədikdə Birinci Tərəf İddiaçı aidiyyatı qruma könüllü müraciət edərək imza çəkəcək.
8. Saziş tam imzalandığı tarixdən (xx.xx.2023) qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir! Həmçinin, məhkəmə bu nəticəyə gəlir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir, hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikası MPM–in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2–ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5–ci maddəsində göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin təqdim etdikləri barışıq sazişi onların real və həqiqi vəziyyətlərinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 261, 262, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:
1. İkinci Tərəf Cavabdeh və X7 X4 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli İş №: 2(051)-1063/2021 saylı qətnaməsinə əsasən ananın yanında qalan övladları 18 yanvar 2013-cü il təvəllüdlü X2, 01 sentyabr 2015-ci il təvəllüdlü X5 uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün 130(bir yüz otuz) manat, cəmi 260(iki yüz altmış) manat sabit pul məbləğində qət edilmiş aliment ödənişi ilə bağlı, uşaqların 18(on səkkiz) yaşınadək olan aliment pulun və bu günə kimi olan aliment borcunun əvəzinə Birinci Tərəf İddiaçı Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli İş №: 2(051)-1614/2021 saylı qətnaməsi əsasında qət edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan 1/3 hissə payını ödəniş kimi qəbul etməyə razılaşırlar.
2. İkinci Tərəf Cavabdeh öz üzərinə öhdəlik götürür ki, bundan sonra barışıq sazişinin şərtlərinə əsasən X7 Fazil Hüseyn oğluna qarşı aliment ödənişi və bu günə kimi olan aliment borcu tələbi olmayacaq.
3. Əgər bundan sonra İkinci Tərəf Cavabdeh Birinci Tərəf İddiaçı qarşı aliment ödənişi və bu günə kimi olan aliment borcu tələbi olarsa, X7 Fazil Hüseyn oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan 1/3 hissə payını geri qaytaracaq.
4. Birinci Tərəf İddiaçı öz üzərinə öhdəlik götürü ki bundan sonra barışıq sazişinin şərtlərinə əsasən X10 Günay Məhərrəm qızma qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan 1/3 hissə payı üzrə əmlak tələbi olmayacaq.
5. Əgər bundan sonra Birinci Tərəf İddiaçı Mingəçevir şəhəri, Günəşli bağ massivi 15, ev 24 ünvanında yerləşən fərdi yaşayış evində olan 1/3 hissə payı üzrə İkinci Tərəf Cavabdeh qarşı tələbi olarsa, İkinci Tərəf Cavabdeh Birinci Tərəf İddiaçı qarşı aliment ödənişi və bu günə kimi olan aliment borcu tələbi edəcək.
6. İkinci Tərəf Cavabdeh təklifi ilə Mingəçevir şəhəri, Günəşli bağ massivi 15, ev 24 ünvanında yerləşən fərdi yaşayış evi X1 adına bağışlama edilir.
7. Birinci Tərəf İddiaçı öz üzərinə öhdəlik götürür ki, gələcəkdə X10 X3 şəhəri, Günəşli bağ massivi 15, ev 12 saylı fərdi yaşayış evi üzərində hər hansısa bir qərar vermək istədikdə Birinci Tərəf İddiaçı aidiyyatı qruma könüllü müraciət edərək imza çəkəcək.
8. Saziş tam imzalandığı tarixdən (xx.xx.2023) qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir! Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardadın qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
HAKİM Ələkbər Hüseynov