Məhkəmə qərarları › İş №2(051)-955/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-955/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-955/2020 17.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) «xxxxxxx» KB X4 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, «xxxxxxx» KB X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası və Cavabdeh1 «xxxxxxx» KB X3rşı kredit öhdəliyinin güzəştli şərtlərə aid edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «xxxxxxx» KB X4 nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 25/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 51MFB/14-A saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 11497,69 AZN, faiz borcu üzrə 1313,74 AZN, cərimə borcu üzrə 35lfk784,24 AZN, cəmi 48.595,67 AZN məbləğində borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ;xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pulun müştərək qaydada tutumasına, Tələbin ipoteka predmetləri olan Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilinə və Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzilinə yönəldilməsi, bu əmlakların hərracda satılması və ipoteka predmetləri olan əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli 51MFB/14-A saylı əlavə kredit müqaviləsi üzrə 48.595,67 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxxxxx" KB ASC-yə ödənilməsi, İpotka predmetləri olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilinin ilkin satış qiymətinin 27.000 (iyirmi yeddi min) manat məbləğində Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzilinin ilkin satış qiymətinin 31.000 (otuz bir min) manat məbləğində müəyyən edilməsi, İpotka predmetləri olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 çıxarılması, İpotka predmeti olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixli, 51MFB/14-A saylı əlavə kredit müqaviləsinin, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanın tələblərinə uyğun güzəştli şərtlərə aid edilməsi, onun müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi, işgüzar xələl gətirilməsi nəticəsində onun xeyrinə 100000 (bir yüz min) manat miqdarında dəymiş mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. «xxxxxxx» KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahtında göstərmişdir ki, xx.xx.2013-cü il tarixli 01MFB/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 51MFB/14-A saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, illik 6% ödəmək şərtilə 15.000 AZN məbləğində kredit verilmişdir (xx.xx.2013-cü il tarixli 01MFB/13 saylı əsas kredit müqaviləsinə edilmiş xx.xx.2014-cü il tarixli Sazişə əsasən kredit müqaviləsinin 1.1 -ci bəndində qeyd olunan kredit müqaviləsinin məbləği 1.000.000 manat, kreditin bitmə tarixi isə xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir). Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxxxxx» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01MFBİ/13 saylı ipoteka müqaviləsinə və həmin müqaviləyə bağlanmış xx.xx.2014-cü il tarixli Sazişə əsasən Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzili və Cavabdeh3 Raıııis qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 01MFBİ/13-1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzili «xxxxxxx» Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqavilələri AR ƏMDK yanında DƏDRX-niıı 17 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. xx.xx.2013-cü il tarixli 01MFB/13 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda Cavabdeh2 ilə iddiaçı "xxxxxxx" KB ASC arasında Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlamış və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Əsas kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxxxxx” Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Kredit müqaviləsinə əsasən öhdəliklər yerinə yetirilmədiyi üçün iddiaçı "xxxxxxx” KB ASC Cavabdeh1 və qeyrilərinə qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” xx.xx.2016-cı il tarixli iddia ərizəsi ilə Mingəçevir Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 07.01,2019-cu il tarixli 2(051 )-l 7/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuşdur. Sözügedən qətnamədən verilmiş apelyasiya şikayəti üzrə işə baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-1345/2019 saylı qərardadı ilə Mingəçevir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-17/2019 saylı qətnaməsi ləgv edilərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsini almış Fərmanına istinad olunmaqla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərman ilə müəyyən olunmş müddət ərzində borclu «xxxxxxx» KB ASC ilə yeni müqavilə bağlamamış və kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Borclu Cavabdeh1 xx.xx.2018-cı il tarixli maliyyə arayışına əsasən xx.xx.2014-cü il tarixli 51MFB/14-A saylı əlavə kredit müqaviləsinə görə xx.xx.2017-ci il tarixə əsas kredit borcu üzrə 11.497,69 AZN, faiz borcu üzrə 1.313,74 AZN, cərimə borcu üzrə 35.784,24 AZN, cəmi 48.595,67 AZN məbləğində borcu təşkil edir. xx.xx.2013-cü il tarixli 01MFB/13 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə, xx.xx.2013-cü il tarixli 01MFBİ/13 saylı ipoteka müqaviləsinə və həmin müqaviləyə bağlanmış xx.xx.2014-cü il tarixli Sazişə əsasən Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzili Banka ipotekaya qoyulmuş və daşınmaz əmlakın qiymətləndirilməsi barədə 'xxxxxxx" MMC-nin xx.xx.2018-ci il tarixli 24/1 saylı ekspert rəyinə əsasən ipoteka predmetinin real bazar qiyməti 27.000 (iyirmi yeddi min) manat məbləğində, xx.xx.2014-cü il tarixli 01MFBİ/13-1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzili Banka ipotekaya qoyulmuş və daşınmaz əmlakın qiymətləndirilməsi barədə "xxxxxxx" MMC-nin xx.xx.2018-ci il tarixli 24 saylı ekspert rəyinə əsasən ipoteka predmetinin real bazar qiyməti 31.000 (otuz bir min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişlər. cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 25/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış; xx.xx.2014-cü il tarixli 51MFB/14-A saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 11.497,69 AZN, faiz borcu üzrə 1.313,74 AZN, cərimə borcu üzrə 35.784,24 AZN, cəmi 48.595,67 AZN məbləğində borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ;xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pulun müştərək qaydada tutumasına, Tələbin ipoteka predmetləri olan Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilinə və Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzilinə yönəldilməsi, bu əmlakların hərracda satılması və ipoteka predmetləri olan əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli 51MFB/14-A saylı əlavə kredit müqaviləsi üzrə 48.595,67 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxxxxx" KB ASC-yə ödənilməsi, İpotka predmetləri olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilinin ilkin satış qiymətinin 27.000 (iyirmi yeddi min) manat məbləğində Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzilinin ilkin satış qiymətinin 31.000 (otuz bir min) manat məbləğində müəyyən edilməsi, İpotka predmetləri olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 çıxarılması, İpotka predmeti olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 çıxarılmaları barədə haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2013-cü il tarixli, 01MFB/13 №li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 «xxxxxxx» KB ASC ilə müqavilə bağlayaraq 21600 manat məbləğdə kredit almış, aldığı borc məbləğini 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2014-cü il tarixli, 51MFB/14-A №li əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh1 «xxxxxxx» KB ASC ilə əlavə kredit müqaviləsi bağlayaraq 15000 məbləğdə kredit almış, aldığı borc məbləğini illik 6 faiz ödəmək şərtiylə, 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2014-cü il tarixli, 51MFBZ/14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 oğlu həmin tarixdə zaminlik müqaviləsi bağlamış və “xxxxxxx” KB ASC qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş «xxxxxxx» KB X4 xx xxxxxx 2018-ci il tarixli cədvəlindən görünür ki, Cavabdeh1 həmin tarixə cəmi 48595.67 manat miqdarda borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş ipoteka müqavilələrindən görünür ki, Cavabdeh1 məxsus, Mingəçevir şəhərinin Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzili və Cavabdeh3 məxsus, Mingəçevir şəhərinin Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzili ipotekaya qoyulmuşdur. İpoteka predmeti olan, Mingəçevir şəhərinin Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzili 15000 manat, Mingəçevir şəhərinin Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzili 10000 manat məbləğdə qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Səməd Vurğun küçəsindəki 18 saylı evin 2 saylı mənzili yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi xx xxxxxx 2013-cü ildə qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Səməd Vurğun küçəsindəki 18 saylı evin 2 saylı mənzili yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi xx xxxxxxx 2014-cü ildə qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Səməd Vurğun küçəsindəki 18 saylı evin 1 saylı mənzili yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi xx xxxxxxx 2014-cü ildə qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2017-ci il tarixli, 12997 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 «xxxxxxx» KB ASCnə 11490.38 manat məbləğdə əsas və 486.43 manat məbləğdə faiz borcu olmaqla, cəmi 11976.81 manat borcu yaranmışdır. Mülki işdə olan TES X5 Cəmiyyətinin xx xxx 2018-ci il tarixli ML-013/2018 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən, 2 saylı mənzilinin real bazar dəyəri 35000 (otuz beş min) manat təşkil edir. Mülki işdə olan TES X5 Cəmiyyətinin xx xxx 2018-ci il tarixli ML-012/2018 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən, 1 saylı mənzilinin real bazar dəyəri 70000 (yetmiş min) manat təşkil edir. Mülki işdə olan «xxxxxxx» MMC-nin xx xxxxxxx 2018-ci il tarixli, 24 №-li hesabatından görünür ki, ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilinin real bazar dəyəri 31000 (otuz bir min) manat təşkil edir. Mülki işdə olan «xxxxxxx» MMC-nin xx xxxxxxx 2018-ci il tarixli, 24/1 №-li hesabatından görünür ki, ünvan 1 ünvanda yerləşən 2 saylı mənzilinin real bazar dəyəri 27000 (iyirmi yeddi min) manat təşkil edir. İşə əlavə edilmiş Cavabdeh2 tərəfindən verilmiş əmlakın ipoteka qoyulmasına razılıq verilməsi haqqında ərizədən göstərmişdir ki, Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzilin “xxxxxxx” Kommersiya Bankına ipoteka qoyulmasına razı olduğunu və həmin mənzilə tutma yönəldikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş Cavabdeh5 tərəfindən verilmiş əmlakın ipoteka qoyulmasına razılıq verilməsi haqqında ərizədən göstərmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzilin “xxxxxxx” Kommersiya Bankına ipoteka qoyulmasına razı olduğunu və həmin mənzilə tutma yönəldikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-17/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 11490.38 manat məbləğdə əsas kredit borcu, 486.43 manat məbləğdə faiz borcu və 100 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 12076.81 məbləğdə pul alınıb «xxxxxxx» KB ASC-nə ödənilsin. Həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən, 65.36 kv.metr ümumi, 42.36 kv.metr yaşayış, 23 kv.metr yardımçı sahəsindən ibarət 2 otaqlı, 1 saylı və Cavabdeh1 mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən, 126.17 kv.metr ümumi, 97.88 kv.metr yaşayış, 28.29 kv.metr yardımçı sahəsindən ibarət 4 otaqlı mənzillərinə yönəldilsin. ünvan 2 ünvanda yerləşən 1 saylı mənzilin ilkin satış qiyməti 31000 (otuz bir min) manat, ünvan 1 ünvanda yerləşən, 2 saylı mənzilin ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat müəyyən edilsin. Mənzillərin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 və Cavabdeh2 banka olan borcları ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019cu il tarixli 2(107)-1345/2019 saylı qərarından görünür ki, Apelyasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-17/2019 nömrəli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, ipoteka predmeti olan mənzillərin ilkin satış qiyməti “xxxxxxx” MMC-nin hesabatında göstərilən qiymətlə müəyyən edilməlidir, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdə «xxxxxxx» KB ASC ilə 51MFB/14-A saylı əlavə kredit müqaviləsi bağlayaraq, 36 ay müddətinə 15000 manat məbləğdə kredit almışdır. Eyni zamanda Cavabdeh1 ipoteka müqaviləsi bağlayaraq öhdəliyinin icra olunmasını təmin etmək üçün mülkiyyətində olan, Mingəçevir şəhərinin S.Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilini və «xxxxxxx» KB ASC ilə Cavabdeh3 arasında xx xxxxxxx 2014-cü il tarixli, 01MFBİ/13-1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan, Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzili “xxxxxxx” KB ASC-nə ipotekaya qoyulmuşdur. Bundan başqa Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlamış və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İpoteka müqavilələrində Mingəçevir şəhərinin S.Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzili 15000 manat, Mingəçevir şəhərinin S.Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzili 10000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 35784.24 manat məbləğdə cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 35784.24 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MMnin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 1000 manat miqdarda dəbbə pulu alınmalıdır. «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun əsaslarından biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaklara yönəldilməsi üçün «İpoteka haqqında» Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur. «İpoteka haqqında» Qanunun 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. Bundan başqa «İpoteka haqqında» Qanunun 59.3 və 59.4-cü maddələrinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra məhz bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Məhkəmə hesab edir ki, ipoteka qoyulmuş mənzillər hərracda satıldıqdan sonra mülkiyyət hüququ yeni mülkiyyətçiyə keçdiyinə görə həmin mənzillə bağlı hər hansı tələblə məhkəməyə müraciət etmək hüququ yeni mülkiyyətçiyə məxsusdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmeti olan mənzillərə tutma yönəldikdə və mənzillər satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılmalarına dair hissədə təmin edilməməlidir. «İpoteka haqqında» Qanunun ipoteka ilə təmin edilən tələbin həcmini müəyyən edən 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat, ipoteka predmetinə tutumanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat məbləğdə pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 kredit öhdəliyinin güzəştli şərtlərə aid edilməsi və dəymiş zərərin ödənilməsini tələb etsə də, bu barədə məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Belə ki işə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı məsələ bankların vəzifəsi olduğu kimi həmçinində fiziki şəxlərində marağında olmalı və öz təşəbbüslərini göstərməlidirlər. Halbuki iş materillarındandan göründüyü kimi Cavabdeh1 problemli kreditin həlli ilə bağlı banka dəvət olunmuş, prezidentin məlum fərmanından irəli gələn öhdəlikləri izah olunmuş, ona yeni kredit müqaviləsinin bağlanması, yəni kredit müqaviləsinin restruktruzasiya edilməsi üçün zəruri olan sənədlərin siyahısı verilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu bununla bağlı Prezidentin fərmanından irəli gələn tələblərin icra olunması üçün heç bir səy və təşəbbüs göstərməmişdir. Sözügedən fərman 2019-cu ilin dekabr ayının sonuna kimi tətbiq edilməli olduğu halda cavabdehlər buna təşəbbüs etməmiş və hazırki vaxtda sözügedən fərmanın cavabdehlərə tətbiqi qeyri mümkündür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı kredit öhdəliyinin güzəştli şərtlərə aid edilməsi və dəymiş zərərin ödənilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Həmçinin Cavabdeh1 onun müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi, işgüzar nüfuza xələl gətirilməsi nəticəsində 100000 (bir yüz min) manat miqdarında mənəvi zərərin əvəzinin ödənilməsini bankdan tələb etsədə bununla əlaqədar məhkəməyə heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Buna görə də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 11497,69 manat məbləğdə əsas kredit borcu, 1313,74 manat məbləğdə faiz borcu və 1000 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 13811,43 məbləğdə pul alınıb «xxxxxxx» KB ASC-nə ödənilsin. Həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən, 65.36 kv.metr ümumi, 42.36 kv.metr yaşayış, 23 kv.metr yardımçı sahəsindən ibarət 2 otaqlı, 1 saylı və Cavabdeh1 mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən, 126.17 kv.metr ümumi, 97.88 kv.metr yaşayış, 28.29 kv.metr yardımçı sahəsindən ibarət 4 otaqlı mənzillərinə yönəldilsin. ünvan 2 ünvanda yerləşən 1 saylı mənzilin ilkin satış qiyməti 31000 (otuz bir min) manat, ünvan 1 ünvanda yerləşən, 2 saylı mənzilin ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat müəyyən edilsin. Mənzillərin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 və Cavabdeh2 banka olan borcları ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat rüsumun Cavabdeh1 və Cavabdeh2 alınıb «xxxxxxx» KB ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 «xxxxxxx» KB X3rşı «kredit və ipoteka müqavilələrinin etibarsız sayılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar