Məhkəmə qərarları › İş №2(051)-956/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-956/2021

17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-956/2021 17.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi və həmçinin digər Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 və vəkili- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 «qohumluq faktının müəyyən olunması tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi1 ərizə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, onun 06 mart 2012-ci il tarixdə vəfat etmiş X13 ilə qohumluq münasibətində olmağı, yəni onların atalarının xalası olması, yəni onların, onun xala nəvələri olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi və həmçinin digər Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 tələbi ilə bağlı məhkəmədə verdiyi izahatında göstərmişdir ki, o, Ərizəçi1 xx xxxxxx 1994-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Bacısı Ərizəçi2 08 mart 1997-ci ildə anadan olmuşdur. X3 28 sentyabr 2005-ci il tarixdə vəfat etmiş, ataları X6 o anadan olandan onu görməmişdir və hazırda onun barəsində məlumatı yoxdur. X4 bir ata-ana kimi qayğı, qulluq göstərmiş və o onların mənəvi ana, həm də ataları olmuşdur. Uşaqlıqdan onlara Qiyafət Şükürova baxmışdır. 13 aprel 2006-cı il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 99 saylı sərəncamı ilə X12 onlara qəyyum təyin edilmiş və onlara bir ata-ana kimi ölümünə qədər qulluq göstərmiş və təhsilləri ilə məşğul olmuşdur. O onların qayğılarına qalmaqla yanaşı, onun və bacısının ailə həyatı qurmasına kömək etmiş və qayğılarına qalmışdır. Qiyafət Şükürova onun atası Ərizəçi1 xalası olmuşdur. X9 onlardan başqa heç kimi, qohumu yoxdur və yalnız yeganə qohumu onlar bacı-qardaş Bəhruz və Xatirə Hüseynovlardır. Onlara qəyyum təyin edilmiş X1 şəhəri, N.Nərimanov küçəsi, ev 17/2, mənzil 38-də yaşamış və 06 mart 2012-ci ildə vəfat etmişdir. Onun dəfni və yas mərasimi onun tərəfindən həyata keçirilmişdir. Eyni zamanda Qiyafət Şükürova qeyd olunan mənzili ona vəsiyyət etmiş və həmin mənzilə o, çıxarış almış və onun vərəsəsi kimi həmin mənzilin mülkiyyətçisi odur. X2 Azərbaycan Beynəlxalq Bankında 2000 (iki min) manat əmanət qalmışdır. Hazırda həmin mənzil onun adına olmasına baxmayaraq bankda əmanət qalmış pul məbləğini ala bilmir. Bunun üçün ona mərhum atasının xalası X13 ilə qohumluq münasibətlərində olmağı barədə sənəd tələb olunur. O, qeyd olunan sənədi başqa yolla əldə edə bilmir. Bunun üçün də əlacsız qalıb məhkəyəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən onun 06 mart 2012-ci il tarixdə vəfat etmiş X13 ilə qohumluq münasibətində olmağı, yəni onların atalarının xalası olması, yəni onların, onun xala nəvələri olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi1 vəkili X11 məhkəmədə iclası zamanı məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Mingəçevir regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, tələb əsaslıdır. Belə ki, İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin notariat qaydasında təstiq edilmiş surətindən görünür ki, X13 05 iyul 1941-ci ildə Xaldan rayonu, Bəydili kəndində anadan olmuşdur. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 28.09.2005-ci ildə ölmüşdür. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X13 06.03.2012-ci ildə ölmüşdür. İşə əlavə olunmuş Mingəçevir İcra Hakimiyyəti Başçısının 13 aprel 2006-cı il tarixli Sərəncamından görünür ki, vətəndaş X13 xx xxxxxx 1994-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş Ərizəçi1 və 08 mart 1997-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş Ərizəçi2 üzərində qəyyum təyin edilməsi qərara alınmışdır. İşə əlavə olunmuş Mingəçevir regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin 07 aprel 2021-ci il tarixli, 551 saylı məktubundan görünür ki, 06.03.2021-ci il tarixdə vəfat etmiş xalası X7 qalmış miras əmlaka mirasın qəbulu faktı vaxtında rəsmiləşdirilməsinə baxmayaraq adlarına vərəsəlik haqqında şəhadətnamə verməyi xahiş etməkləri barədə ərizələrinə baxılmışdır. Onların tərəflərindən mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edilməmişdir. Bununla bağlı mirasın qəbulu faktının təsdiq edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İşə əlavə olunmuş 07 avqust 2008-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi ev 17/2-də yerləşən, 38 saylı mənzilini Ərizəçi1 vəsiyyət etmişdir. İşə əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankının nəğd ödəniş üçün 01 noyabr 2011-ci il tarixli qəbzindən görünür ki, X7 ABB Mingəçevir fillialına **********4152691270 saylı hesaba 60 aylıq müddətə 2000 manat məbləğdə mədaxil qoyulmuşdur. Məhkəmədə ərizəçinin izahatı, şahidlərin ifadələri müqayisəli şəkildə təhlil edilib məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, Ərizəçi1 və Ərizəçi2 X9 xala nəvələri olmalarını ehtimal etməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi1 və Ərizəçi2 06 mart 2012-ci il tarixdə vəfat etmiş X13 ilə qohumluq münasibətində olmağı, yəni onların atalarının xalası olması, yəni onların, onun xala nəvələri olmaları faktı müəyyən olunmuş sayılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Ərizə təmin edilsin. Ərizəçi1 və Ərizəçi2 06 mart 2012-ci il tarixdə vəfat etmiş X13 ilə qohumluq münasibətində olmaları, yəni X9 onların atalarının xalası olması, onun xala nəvələri olmaları faktı müəyyən olunsun. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar