Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-967/2022 10.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 Cəlal qızının iştirakı ilə, İddiaçı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cəlal qızına qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən 42 saylı evin 6 saylı 4 otaqlı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 onun keçmiş əri, Cavabdeh2 keçmiş qaynanası, Maraqlı şəxs1 keçmiş baldızı Rənanın oğlu, Maraqlı şəxs2 isə keçmiş baldızıdır. Cavabdeh1 ilə nikahları xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 360 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Ailə qurandan sonra cavabdeh və onun ailə üzvləri ilə birlikdə ünvan 2 ünavında yerləşən mənzildə yaşayıblar. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu ildə X6 adlı 2 uşaqları dünyaya gəlmişdir. Cavabdehlə xx.xx.2021-ci il tarixədək qeyd etdiyi ünvanda yaşayıblar. Sonra cavabdeh və ailə üzvləri onu yola vermədiklərinə görə münasibətləri pisləşdiyindən ayrılıblar. Cavabdehlər xx.xx.2021-ci ildə onu döyüb, uşaqlarını əlindən alıb evdən qovublar. xx.xx.2021-ci ildə uşaqlarını görmək və barışmaq üçün həmin ünvana gedib, lakin onu evə buraxmıyıblar və uşaqlarını göstərməyiblər. Hazırda o, Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən qohumlarının evində yaşayır. Cavabdeh1 iddiaçı ilə olan nikahlarının pozulması, uşaqlarının onun himayəsinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Məhkəmənin 2(051)-317/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onlar arasında xx.xx.2007–ci il tarixdə Mingəçevir şəhər VVADQ Şöbəsində bağlanmış və 360 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması və birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cü il təvəllüdlü X1 ataları Cavabdeh1 yanında qalmaları qət edilib. Cavabdehlərlə yaşadığı mənzil 4 otaqlıdır. Faktiki olaraq həmin mənzildə o, qaynanası, uşaqları və əri Laçın daimi yaşayıblar, digərləri isə formal olaraq qeydiyyatdadırlar, yaşamırlar. Əlavə olaraq onu qeyd etmişdir ki, onun əsas istəyi Mingəçevirə uşaqlarını görmək üçün gələndə qalmaq üçün yerinin olmasıdır. Həmçinin əri Cavabdeh1 məhkəməyə ona qarşı aliment tələbi irəli sürdüyü üçün o da qərəzli şəkildə məhkəməyə müraciət edib. Ona görə də, Məhkəmədən onun Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 saylı evin, 6 saylı 4 otaqlı mənzilinə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə nikahları xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 360 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Sonradan o, iddiaçı ilə olan nikahlarının pozulması, uşaqlarının onun himayəsinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Məhkəmənin 2(051)-317/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onlar arasında xx.xx.2007–ci il tarixdə Mingəçevir şəhər VVADQ Şöbəsində bağlanmış və 360 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması və birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cü il təvəllüdlü X1 ataları Cavabdeh1 yanında qalmaları qət edilib. İddiaçı 1 ildən çoxdur ki, qeyd olunan ünvanda yaşamır. Havanın isti olmasını bəhanə gətirərək 2 aydan çoxdur ki, uşaqlarla görüşmək üçün gəlmir. Gəldikdə isə uşaqlar onunla görüşmək istəmir. Yəni uşaqlar da onunla konfliktdədir. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 Cəlal qızı oğlu Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 və X4 nikahı haqqında Mingəçevir şəhər Qeydiyyat Şöbəsində xx.xx.2007-ci il tarixdə 360 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Nəzərova soyadı verilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 atası Cavabdeh1, anası isə İddiaçıdır. Məhkəməyə təqdim olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən (əsli elektron baza sistemindədir) görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 42 saylı evin, 6 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-317/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2007–ci il tarixdə Mingəçevir şəhər VVADQ Şöbəsində bağlanmış və 360 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması və birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cü il təvəllüdlü X1 ataları Cavabdeh1 yanında qalmaları qət edilib. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər və bundan sonra onlar xx.xx.2021-ci il tarixədək Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 2 ünavında yerləşən mənzildə yaşayıblar. Sonra Cavabdeh1 və ailə üzvləri ilə İddiaçı münasibətləri pisləşdiyindən sonuncunu xx.xx.2021-ci il tarixdə evdən çıxarmışlar. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. Hazırda İddiaçı Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən qohumlarının evində yaşayır. İddiaçı ilə Cavabdeh1 28 avqust 2007-ci il tarixdə nikah bağladığı zaman sözügedən mənzil iddiaçının qaynatası X3 adına olması barədə 01880 nömrəli xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsi olmuşdur. Daha sonra sözügedən mənzil xx.xx.2019-cu ildə mülkiyyətçinin ölümündən sonra Cavabdeh1 vərəsəlik hüququ əsasında verilmiş və o həmin mənzilə xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış almışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri ər-arvadın mənzilə köçürülmə ilə bağlı yaranan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələri əsasında həll olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı yaşayış sahəsindən istifadə hüququna dair münasibətlər onun Cavabdeh1 ilə xx.xx.2007–ci il tarixdə nikah bağladıqdan sonra sözügedən mənzilə köçüb yaşamağa başladığı vaxt Mülki Məcəllənin 228.2–ci əsasən, sözügedən mənzil sonradan Cavabdeh1 mülkiyyətinə keçən vaxt yəni, xx.xx.2020-ci ildə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən tənzimlənməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsi təcrübədə yaranan mübahisləri nəzərə alaraq, Mülki Məcəllənin 228.2-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsi barədə sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciəti üzrə 27 iyul 2001 –ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İş materiallarından da görünür ki, iddiaçı mübahisəli mənzilə xx.xx.2007–ci il tarixdə nikah bağladıqdan sonra köçüb yaşamağa başladığı vaxt həmin mənzil, əri Cavabdeh1 atası X3 mülkiyyətində olmuş, iddiaçının yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilməmişdir. Həmçinin həmin mənzil mərhum X7 ilə hal-hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 Cəlal qızının birgə nikah dövründə əldə edilmiş və ərlə arvadın ümumi mülkiyyətində olmuşdur. Hal-hazırda da Cavabdeh2 Cəlal qızı iddiaçının mənzilə köçürülməsinə razı deyildir. Belə ki, Mülki Məcəllənin 228.2–ci əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmçinin, sözügedən mənzil xx.xx.2020-ci ildə vərəsəlik hüququ əsasında Cavabdeh1 mülkiyyətinə keçdiyinə və mənzil Cavabdeh1 mülkiyyətinə keçdikdən sonra iddiaçı bir müddət həmin mənzildə yaşamasını, sonradan ailə münasibətlərinin pozularaq mənzildən çıxmasını və xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə iddiaçı arasında olan nikaha xitam veridiyinə görə məhkəmə hesab edir ki, İddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 arasınlda ailə münasibətlərinə xitam verildiyi üçün İddiaçı həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.4-cü maddələrinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 2.5 və 10.5-ci maddələri baxımından şərh edilməsi (bundan sonra – Konstitusiya Məhkəməsi) xahişi üzrə 08 oktyabr 2013-cü il tarixli qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının tələbinin hüquqi əsası yoxdur. Belə ki, yuxarıda göstərilənlərə əsasən cavabdehə məxsus olan mənzil mülkiyyət sənədinə bərabər tutulmuş və həmin mənzildə qeydiyyatda olan iddiaçının mənzilə hər hansı hüququ olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını daha üstün hüquq kimi tanıyaraq iddiaçının tələbinin heç bir hüquqi əsasının olmaması qənaətindədir. Məhkəmə iclasında İddiaçı başqa yaşayış yerinin olması və valideynləri ilə birlikdə yaşaması öz təsdiqini tapmışdır. İddiaçı mübahisəli evə istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini tələb etsə də bununla bağlı öz sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının məhkəmə iclasında verdiyi izahatından da görünür ki, mübahisəli mənzilə köçürülməkdə məqsəd şəxsi qərəzlidi. Odur ki, məhkəmə hesab edir ki, göstərilən hal hüquqdan sui istifadədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cəlal qızı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-967/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-967/2022
10.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver