Məhkəmə qərarları › İş №2(051)-969/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-969/2022

01.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-969/2022 01.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və ötürülmüş müddətin bərpa edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmdə işə baxılan zaman müəyyən edilmişdir ki, Ərizəçi yaşayış yeri üzrə Bakı şəhər,N.Nərimanov rayonu, Əliağa Vahid küçəsi 16/3 qeydiyyatdadır. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmçinin həmin məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır . Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Ərizəçi Bakı şəhər, Nərimanov rayonu, Əliağa Vahid küçəsi 16/3 yaşayış yeri üzrə qeydiyyatda olduğundan «miras qalmış miras əmlakın qəbul edilməsi faktının» müəyyən edilməsi ilə əlaqədar ərazi aidiyyəti üzrə Bakı şəhər, Nərimanov Rayon Məhkəməsinə miüraciət etməlidir. Həmçinin Xüsusi icraat qaydasında işlərə baxıldığı zaman tərəflər “ərizəçi” və “maraqlı şəxs” adlandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 152.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi qeri qaytarılsın. Ərizəçi «miras qalmış miras əmlakın qəbul edilməsi faktının» müəyyən edilməsi ilə əlaqədar ərazi aidiyyəti üzrə Bakı şəhər, Nərimanov Rayon Məhkəməsinə müraciət etmə hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar