Məhkəmə qərarları › İş №2(051)-982/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-982/2023

20.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-982/2023 20.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mingəçevir şəhəri, Təbriz küçəsi, 13 saylı evin, 29 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri Təbriz küçəsi 13 saylı evin 29 saylı mənzili 02 yanvar 1984-cü ildə 986 saylı orderə əsasən Mingəçevir şəhər Xalq deputatları Soveti İcraiyyə Komitəsi Mənzil uçotu və Bölgü Şöbəsi tərəfindən ona və ailə üzvlərinin istigfadəsinə verilmişdir və həmin vaxtdanda qeyd edilən mənzildə yaşayır. Həmin mənzilin ümumi sahəsi 47,31 kv.metr olmaqla 3 otaqdan ibarətdir. Mənzildə arvadı X7, oğlu Cavabdeh1 əxrəddin oğlu, qızları Cavabdeh3 və Cavabdeh2 qeydiyatdadırlar. Qeydiyyatdda olmalarına baxmayaraq övladlarının heç biri hazırda həmin mənzildə yaşamır. Belə ki, hər üç övladı hazırda Azərbaycandan kənarda yaşayır və hər birinin özünün ayrıca yaşayış sahəsi vardır. O, arvadı ilə birlikdə mənzildə tək yaşayır və uzun müddətdir ki, övladları Azərbaycan kənarda yaşayır. Mənzili özəlləşdirmək istəyir. Lakin cavabdehlər olmadığından bunu etmək mümkün deyildir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da iddiaçı ilə eyni izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə dair 9 saylı MİS-ə göndərilmiş bildiriş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 həmin ünvanda yaşamadığı qeyd ilə tərtib edilmiş məktubla məhkəməyə geri qaytarılmışdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının və onun nümayəndəsinin (vəkilinin) izahatları, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 9 saylı MİS-in xx.xx.2023-cü il tarixli, 141 nömrəli arayışdan (1 nömrəli forma) görünür ki, İddiaçı arvadı Raziyyə Məmmədova, oğlu Cavabdeh1, qızı Cavabdeh2, Cavabdeh3, nəvəsi Nailə, kürəkəni Elmar Mikayılov, nəvələri Elvin. Nihat və Fəridlə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadırlar. İşdə olan 9 saylı MİS-in əməkdaşları və Mingəçevir şəhəri, Təbriz küçəsi 13 saylı evin digər mənzillərində yaşayan vətəndaşlar tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh3, Cavabdeh2, X12, X11, X10, Mikayılov Fərid lmar oğlu, X8 və Məmmədov X3 şəhəri, Təbriz küçəsi 13 saylı evin 29 saylı mənzilində yaşamırlar. İşdə olan Mingəçevir Şəhər XDS İK xx.xx.1984-cü il tarixli, qərarına əsasən verilmiş 986 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və onun ailə üzvləri Raziyə Məmmədova, Xaliqə, Elnur və Fəridənin mənzil ilə təmin olunması üçün Mingəçevir şəhəri, Təbriz küçəsində 13 nömrəli evin, 29 saylı mənzil onların istifadəsinə verilmişdir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı ilə X5 nikahı 30 dekabr 1976-cı ildə Azərbaycan SSR Bərdə rayonuda 26 № ilə qeydə alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış mətubdan görünür ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncam, order və ya mənzil kirayəsi müqaviləsi mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyi göstərilmişdir. İşdə olan Cavabdeh2 istifadə hüququnun itirilməsinə dair etirazının olmadığını bildirmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı adına Mingəçevir Şəhər XDS İK xx.xx.1984-cü il tarixli, qərarına əsasən 02 yanvar 1984-cü il tarixdə verilmiş, 986 saylı order əsasında üç otaqdan ibarət mənzil İddiaçı və ailə üzvüləinin, istifadəsinə verilmişdir. İddiaçı hazırda arvadı ilə birlikdə qeyd edilən mənzildə yaşayır. Orderdə adları qeyd olunmuş Cavabdeh1, Cavabdeh2 və X4 daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüşlərdir Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçının qeyd edilən mənzilə yaşayış orderi əsasında sahiblik və ondan istifadə etmiş, bu əsasla onun mənzil üzərində gözlənilən mülkiyyət hüququ olmuşdur. Məhkəmə hesab edir ki, mənzil 02 yanvar 1986-cı il tarixdə 986 saylı order əsasında əldə edildiyindən, mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda siə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 6-cı hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi baağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanununun 5–ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvülərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvülərinin ümumi (paylı,birgə) mülkiyyətinə verilə bilər. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı”iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X18 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X6 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X18 Məhkəməsinin mövqeyinə uyğun gələn mövqedən yanaşmış və V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010–cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, orderdə adı qeyd edilmiş hazırkı iş üzrə cavabdehlər olan Cavabdeh1, Cavabdeh2 və X1 20 ildən artıq Mingəçevir şəhəri Təbriz küçəsi ev 13, mənzil 29-u tərk edərək, hələ də geri qayıtmamaları onların həmin mənzili daimi tərk etmələrini göstərir. Daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmələri üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, o, Mingəçevir şəhəri Təbriz küçəsi ev 13, mənzil 29-a olan istifadə hüququnu itirmiş hesab edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı qanuni istifadəsindədir və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı qanuni istifadəçi- mülkiyyətçi kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 münasibətdə mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 İddiaçıl oğlunun qanuni istifadəsində olan Mingəçevir şəhəri, Təbriz küçəsi, 13 saylı evin, 29-cu mənzilinə istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar