Məhkəmə qərarları › İş №2(051)-990/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-990/2022

18.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-990/2022 18.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi,vəkil X6, nümayəndə X1 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, ali təhsilli iqtisadçıdır. 29.01.2001-ci il tarixdən 04.08.2020-ci il tarixədək Mingəçevir Bələdiyyəsində vergi xidmətinin rəhbəri olmuş, həmin tarixdən sonra da “Proqnoz və uçot” şöbəsinin müdiri işləmişdir. Mingəçevir bələdiyyəsinin 49/k №-li 28.12.2021-ci il tarixli əmri ilə o və iki nəfər işçiləri ştatların ixtisara salınması adı ilə işdən azad edilmiş və bununla da bələdiyyənin uçot sistemi ləğv olunmuşdur. Mingəçevir Bələdiyyəsinin “Proqnoz və uçot” şöbəsi 30 mindən çox vergi ödəyicisinin uçotunu aparır. Bələdiyyənin fəaliyyətinin əsas hissəsi vergi ödəyicilərinin, vergilərin uçotundan ibarətdir. “Proqnoz və uçot” şöbəsinin fəaliyyətinin əsas hissəsi də vergi ödəyicilərinə kodların verilməsi, bildiriş və məktubların hazırlanması, daxil olmuş vəsaitlərin qeydiyyatı BAMS-a məlumatların işlənməsi və sair ibarətdir. Belə bir şöbəni ləğv etmək qanuna ziddir, yol verilməzdir. Bələdiyyə sədri ixtisar aparmazdan əvəl ixtisaslı və peşəkar kadrlardan ibarət komissiya təşkil etməli idi. Həmin komissiya işdə saxlanmağa üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənədi bələdiyyə iclasının müzakirəsinə verməli və bundan sonra qərar verilməli idi. Bundan əlavə ştatların ixtisarı üçün ”Yerli büdcə məsələləri daimi komissiyası”nın arayışı, bələdiyyənin həmkarlar ittifaqı təşkilatının protokolu əsas sayıla bilməz. Ona görə ki, “Yeli büdcə məsələləri” daimi komissiyasının bir baza şöbənin ixtisarı məsələsini iclasın gündəliyinə çıxarmağa hüququ yoxdur. Bundan əlavə ştatların ixtisar olunması barədə müvafiq qərar qəbul edilməsi üçün həmkarlar ittifaqı təşkilatına müraciət olunmuşdur. “Bələdiyyələrin vergi xidməti orqanı” haqqında əsasnaməyə görə bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsləri bələdiyyə sədrinin təqdimatı ilə bələdiyyə iclasında təyin olunur və vəzifədən azad edilir. Bundan əlavə həmkarlar ittifaqı təşkilatının ştatların ixtisar olunması barədə qərar qəbul etmək hüququ yoxdur. Həmkalar ittifaqı təşkilatı öz səlahiyyətləri daxilində ştatların ixtisarı zamanı işçilərin hüquq və mənafeylərini qorumalıdır. Mingəçevir bələdiyyəsinin sədrinin ştatların ixrisarı barədə əmri bələdiyyənin işinin optimallaşdırılması üçün deyil, şəxsən ona qarşı qərəzidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını, Mingəçevir Bələdiyyəsinin sədrinin 49/k №-li 28.12.2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mingəçevir Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi, vəkil Mehdiyev Dərgah Hüseyn oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir Bələdiyyəsində idarəetməni təkmilləşdimək, artıq xərclərin qarşısını almaq, bələdiyyənin iş fəaliyyətini optimallaşdırmaq, bu məqsədlə lazımi islahatlar aparmaq məqsədilə işçilərin sayının və ya ştatların ixtisar edilməsi zərurətinin yaranması barədə bələdiyyənin “Yerli büdcə məsələləri” daimi komissiyası bələdiyyənin 3 ştat vahidindən ibarət “Proqnoz və uçot” şöbəsinin ixtisar olunmasına dair bələdiyyənin ümumi iclasının gündəliyinə daxil edilməsi barədə rəsmi olaraq təklif etmişdir. “Yerli büdcə məsələləri” daimi komissiyasının təklifinə bələdiyyənin 07 oktyabr 2021-ci il tarixli iclasında baxılaraq, bələdyyə üzvlərnin rəyi nəzərə alınmaqla “Mingəçevir bələdiyyəsində struktur dəyişiklikləri haqqında” qərar qəbul edilmişdir. Bundan sonra Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci və 2-ci hissəsinə müvafiq olaraq bələdiyyənin sədri tərəfindən Mingəçevir Bələdiyyəsi həmkarlar ittifaqı təşkilatına 08 oktyabr 2021-ci il tarixdə təqdimatla müraciət olunmuşdur. Bələdiyyənin həmkarlar ittifaqı təşkilatı 12 oktyabr 2021-ci il tarixli iclasında təqdimata baxaraq, “Proqnoz və uçot” şöbəsi ştat vahidlərinin ixtisar edilməsi, həmn şöbənin müdiri İddiaçı Şahmar oğlu, kompüter üzrə iş icraçısı X8 və kompüter operatoru Culfayeva Günel Rafiq qızı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Həmkarlar İttifaqı təşkilatının qərarı təqdim edildikdən sonra bələdiyyənin “Proqnoz və uçot” şöbəsinin ixtisar edilməsi ilə əlaqədar bələdiyyənin 05.01.2022-ci il tarixdən yeni struktur tərkibinin təsdiq edilməsi, tutduğu ştatların ixtisar ediləcək işçilərlə bağlı əmək qanunvericiliyi ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi haqqında bələdiyyə sədri 13 oktyabr 2021-ci il tarixli əmr vermişdir. Tutduğu ştatları ixtisar olunacaq işçilərə, o cümlədən iddiaçıya ştatın ixtisarı barədə 15 oktyabr 2021-ci il tarixdə yazılı xəbərdarlıq edilmişdir. Lakin iddiaçıya xəbərdarlıq elan edilsə də o, xəbərdarlığı imzalayıb götürməkdən imtina etmişdir. İddiaçı yazılı xəbərdarlığı qəbul etməkdən imtina etsə də 2022-ci ilin noyabr və dekabr aylarında iş axtarmaq üçün hər həftənin 1 günü olmaqla 4 dəfə işdə olmuşdur. Xəbərdarlıq müddəti bitdikdən sonra Mingəçevir Bələdiyyəsinin 28 dekabr 2021-ci il tarixli əmri ilə İddiaçı Şahmar oğlu və şöbənin digər 2 nəfər işçiləri ilə əmək müqaviləsinə 05 yanvar 2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı izahatında bildirdi ki, qərəzli olaraq bələdiyyə sədri onun rəhbərlik etdiyi şöbəni ixtisara salmış, şöbədə işləyən işçilərlə əmək müqaviləsinə xitam verilmişdir. Bildirir ki, zərurətlə əlaqədar bələdiyyənin “Proqnoz və uçot” şöbəsindən başqa, bələdiyyənin 19/3 №-li 28.01.2021-ci il tarixli əmri ilə “Vergi və ödənişlər” şöbəsinin 4 ştat nəzarətçi vəzifələri, bələdiyyənin “ümumi” şöbəsinin 1 sürücü ştatı və 1 xadimə ştatı ixtisar edilmişdir. Hesab edir ki, iddia əsassızdır, ona görə də iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh Mingəçevir bələdiyyəsinin nümayəndəsi X2 da məhkəmə iclasında iddianı qəbul etməyərək eyni məzmunlu izahat verərək bildirdi ki, iddiaçının işlədiyi şöbənin ləğvi, işçilərin sayının azaldılmasında hər hansı bir qərəzçilik yoxdur. Məqsəd əlavə xərclərin qarşısını almaqdı. Bələdiyyə özünü idarə orqanıdır. Əldə etdiyi gəlirlə həm öz işini qurur, həm də işçi qüvvəsini saxlayır. Hazırda texnologiyanın inkişafı nəticəsində həmin şöbənin gördüyü işləri bir nəfər işçi görə bilir. Mingəçevir bələdiyyəsinin ilk həmkarlar ittifaqı təşkilatı Məmmədov Rəfail Allahverdi oğlu məhkəmə iclasında bildirdi ki, Mingəçevir bələdiyyəsinin ilk həmkarlar təşkilatına bələdiyyənin sədrinin ştatların ixtisarı, işçilərin sayının azaldılması barədə 08.10.2021-ci il tarixdə təqdimatı daxil olmuşdur. Təqdimata Mingəçevir bələdiyyəsinin həmkarlar ittifaqı təşkilatının 12.10.2021-ci il tarixli iclasında baxılmış, bələdiyyənin büdcəsində çətinliklər olması, maliyyə vəsaitinin zəifliyi nəzərə alınaraq ştatların ixtisarı qanuna müvafiq hesab edilmişdir. Həmin şöbələrdən biri də “Proqnoz və uçot” şöbəsi hesab edilmişdir ki, şöbə daxilindəki ştat vahidlərinin ixtisarına etiraz edilməmişdir. Onu da bildirir ki, tutduqları ştatlar ixtisar ediləcək işçilər də həmkarlar təşkilatının iclasına dəvət olunmuş, həmin işçilərdən Muxtarova Tamam Sahib qızı və Culfayeva Günel Rafiq qızı iclasda iştirak etmiş, iddiaçı iclasa gəlməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Əmək Məcəlləsinin 294.1-ci maddəsində göstərilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan Mingəçevir Bələdiyyəsi sədrinin 29 noyabr 2001-ci il tarixli 21 №-li əmrndən görünür ki, Babayev Mehdixan Şahmar oğlu icra aparatında maliyyə şöbəsinin müdiri vəzifəsinə 3 ay sınaq müddəti ilə təyin edilmişdr. İşdə olan 06 aprel 2015-ci il tarixdə bağlanmış Əmək müqaviləsinin surətindən görünür ki, Mingəçevir bələdiyyəsinin sədri ilə bağlanmış əmək müqaviləsi ilə Babayev Mehdixan Şahmar oğlu müddətli əmək müqaviləsi ilə Mingəçevir vergi və ödənişli şöbənin müdiri vəzifəsinə təyin edilmişdir. İşdə olan Mingəçevir Bələdiyyəsinin sədri ilə İddiaçı arasında bağlanmış 05.01.2017-ci il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı bələdiyyənin “maliyyə, vergi və ödənişlər” şöbənin müdiri vəzifəsinə qəbul edilmşdir. İşdə olan Mingəçevir bələdiyyəsinin sədri ilə İddiaçı arasında bağlanmış 05.01.2021-ci il tarixli müddətli əmək müqaviləsi ilə İddiaçı bələdiyyənin “Proqnoz və uçot” şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. İşə əlavə olunmuş Mingəçevir Bələdiyyəsinin sədrinə bələdiyyənin “Yerli büdcə məsələləri” daimi komissiyasının işçilərin sayının və ya ştatların ixtisarının aparılması ilə əlaqədar arayışda göstərilir ki, bələdiyyədə idaretməni təkmilləşdirək, artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq məqsədilə işçilərin sayının və ştatların ixtisarının aparılmasına ehtiyac var. “Proqnoz və uçot” şöbəsi və şöbə daxilindəki 1 ştat vahidi şöbə müdiri, 1 ştat vahidi kompüter üzrə operator, 1 ştat vahidi kompüter üzrə iş icraçısı ştatlarının ixtisar olunması barədə müvafiq qərar qəbulolunması üçün ilk həmkarlar təşkilatına müraciət olunması məsələsini bələdiyyənin ümumi iclasının gündəliyinə daxil olunması təklif edilir. İşdə olan “Mingəçevir bələdiyyəsində struktur dəyişiklikləri edilməsi haqqında” Mingəçevir bələdiyyəsinin 20/2 №-li 07 noyabr 2021-ci il tarixli qərarında göstərilir ki, bələdiyyənin proqnoz və uçot şöbəsi daxilindəki 1 ştat vahidi şöbə müdiri, 1 ştat vahidi komputer üzrə iş icraçısı və 1 ştat vahidi kompüter üzrə operator ştatlarının ixtisar olunması barədə müvafiq qərar qəbul olunması üçün ilk həmkarlar təşkilatına müraciət olunsun. İşə əlavə olunmuş Mingəçevir Bələdiyyəsinin sədrinin bələdiyyənin ilk həmkarlar təşkilatına göndərdiyi təqdimatda göstərilir ki, Mingəçevi Bələdiyyəsində idarəetməni təkmilləşdirmək, artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq məqsədilə bir şöbənin və şöbə daxilindəki ştat vahidlərinin, həmin ştatlarda çalışan işçilərin sayının ixtisaredilməsi zərurəti yaranmışdır. Odur ki, bələdiyyənin 2/2 saylı 07 oktyabr 2021-ci il tarixli qərarında qeyd olunan ştatlarda çalışan işçilərlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi xahiş olunur. İşə əlavə olunmuş Mingəçevir bələdiyyəsi ilk həmkarlar təşkilatının idarə heyətinin 22 №-li 12.10.2021-ci il tarixli iclas protokolunda göstərili ki, proqnoz və uçot şöbəsi, şöbə daxilindəki ştat vahidlərinin ixtisar edilməsinə etiraz edilmir. İşə əlavə olunmuş Mingəçevir bələdiyyənin sədrinin 42/k №-li 13 oktyabr 2021-ci il tarixli ştat vahidlərinin ixtisar edilməsi haqqında əmrində göstərilir ki, 05.01.2022-ci il tarixdən bələdiyyənin yerli struktur tərkibi təsdiq edilsin, bələdiyyənin “proqnoz və uçot” şöbəsində 1 ştat vahidi şöbə müdiri vəzifəsində işləyən İddiaçı, 1 ştat vahidi kompüter üzrə işicrraçısı işləyən X8, 1 ştat vahidi kompüter üzrə operator vəzifəsində işləyən X4 tutduqları ştat vahidləri ixtisar edilsin. İşə əlavə olunmuş Mingəçevir bələdiyyəsinin İddiaçı göndərdiyi 15 oktyabr 2021-ci il tarixli ştatların ixtisar edilməsi barədə xəbərdarlıqda göstərilir ki, Mingəçevir bələdiyyəsinin 42/k №-li 13.10.2021-c i il tarixli əmri ilə ştatınız ixtisara düşdüyünə görə Sizinlə bağlanmış əmək müsqaviləsinə 05.01.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. İşə əlavə olunmuş Mingəçevir bələdiyyəsinin sədrinin 49/k №-li 29 dekabr 2021-ci il tarixli əmrində göstərilir ki, bələdiyyənin “Proqnoz və uçot” şöbəsinin müdiri İddiaçı 05.01.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunsun,onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-c i maddəsinin 1-ci hissəsinin “a” və “c” bəndlərinə əsasən əmək müqaviləsinin şərtlərfinə və öhdəliklərinə əməl etmək, əmək müqaviləsinə bu Məcəllədə nəzərdə tutulmuş əsalarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsazsən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi işəgötürən tərəfindən əmək müqqaviləsinin ləğv edilməsi əsaslarındadndır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Mingəçervir bələdiyyəsində “Proqnoz və uçot” şöbəsinin müdiri vəzifəsində işləmişdir. Şöbə ləğv edildiyinə, ştatlar ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndində göstərilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zərurliyini əsaslandırmalıdır. Cavadeh iddaiçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini bələdiyyənin özünü idarə orqanı olması, əldə etdiyi gəlirlə həm öz işini qurması, həm də işçi qüvvəsini saxlaması, əlavə xərclərin qarşısının alınması, texnologiyanın inkişafı ilə əlaqədar artıq işçi qüvvəsinin saxlanılmasına zərurət olmaması ilə əsaslandırılmışdır. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materialları nilə müəyyən edilir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyinin həmin tələblərinə riayət edilmişdir. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verməmişdən əvvəl bələdiyyənin həmkarlar təşkilatına yazılı təqdimatla müraciət edərək, ixtisar olunması nəzərdə tutulan ştatların ixtisar edilməsi, işçilərin sayının azaldılmasına razılıq verməsi bildirilmiş, həmkarlar təşkilatı da öz qərarını işəgötürənə, cavabdehə təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər işə götürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı hüquq normaların pozulmasına yol verilməmişdir. Ona görə də iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə iddiası təmin olunmamalıdır. Mülki Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar