Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-997/2024 12.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1998-ci il təvəllüdlü X4 doğumun qeyd edilmə faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 08 noyabr 1978-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. xx.xx.1998-ci il təvəllüdlü X3 qızıdır. Həmin vaxt o, qızını Yevlax rayonu, Varvara qəsəbəsində yerləşən xəstəxanada dünyaya gətirmişdir. Doğuşdan sonra qızı Kristinaya Doğum haqqında şəhadətnamə alınması üçün bütün zəruri sənədləri topladı, lakin səhhətində yaranmış problemlə bağlı təcili olaraq müalicə üçün Rusiya Federasiyasının Moskvətrafı vilayətinə getməli olmuşdur. Həmin vaxt sənədləri aidiyyəti orqanlara çatdırmağı anasına həvalə etdim. Özünün və rəhmətlik həyat yoldaşının səhhətindəki problemlər, müalicə və müayinə və s. problemlər səbəbində bu sənədləşmə işi ilə sonacan maraqlana bilməmişdir. Qızına doğum haqqında şəhadətnaməni almaq üçün Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, müraciəti ilə bağlı ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə ərizəçi məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, İşdə olan Mingəçevir Qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi doğumunun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. işdə olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1998-ci il tarixdə anadan olmuş Ərizəçi doğum akt qeydi aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, ərizəçi Voronsova X2 xx.xx.1998-ci il tarixdə Yevlax rayonu Varvara kəndində doğulmuşdur. Ərizəçinin qızı doğulan zaman ona doğum haqqında şəhadətnamə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə şəxslərin doğumunun qeyd edilmə faktını müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə doğum akt qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilməmişdir. MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə doğum akt qeydinin bərpa etmək üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, Voronsova X1 Kristina Anatolyevnanın xx.xx.1998-ci il tarixdə Yevlax rayonu, Varvara kəndində doğulması faktının qeyd edilməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğulmuş X4 xx.xx.1998-ci il tarixdə Yevlax rayonu, Varvara kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamə X5ya doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Doğum haqqında şəhadətnamədə ana qrafasında ana adı hissəsində Ərizəçi adı və ata qrafasında ata adı hissəsi ananın ərizəsinə əsasən yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-997/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-997/2024
12.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver