Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-998/2021 22.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Alemzar Həmid qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi atası X12 məxsus doğum haqqında akt qeydində düzəliş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi xx xxxxxx 1987-ci ildə Laçın rayonun Nağdalı kəndində anadan olub. Ərizəçinin atası X14, anası isə X4r. Ərizəçinin atası Asif Əliyev 31 mart 1993-cü ildə “Qarabağ” uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Asif Əliyevin şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnaməsi, hərbi bileti və diplomunda soyadı, adı və ata adı X14 qeyd olunmuşdur. Hazırda miras qalmış evin sənədləşməsi ilə bağlı ərizəçinin atası Asif Əliyevin doğum haqqında şəhadətnaməsi tələb olunur. Bununla bağlı ərizəçi Mingəçevir Regional “Asan Xidmət” X3 müraciət etmiş, lakin ona vətəndaşlıq vəziyyəti aktlarının xidmətnin arxivində saxlanılan Laçın rayonu, Şamkənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş akt qeydlərini nəzərdən keçirildiyi və X10 deyil, X8 doğumu haqqında akt qeydinin aşkar olunduğu bildirilmişdir. Bu səbəbdən də ərizəçiyə atası Asif Əliyevin doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamış və məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Ərizənin təmin olunmasını, X12 məxsus doğum haqqında akt qeydində düşəliş edilərək, onun adının, soyadının və ata adının X6, doğum yerinin Laçın rayonun Şamkənd kəndi kimi qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məkəmə iclasının vaxtı və yeri barədə Mingəçevir Regional “Asan Xidmət” X3 məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin iştirakı olmadan baxılması mümkündür. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun oğludur. Vaqif onunla X10 birgə nikahından xx xxxxxx 1987-ci ildə doğulmuşur. X22 Qarabağ uğrunda gedən döyüşlərdə 1993-cü ilin mart ayında həlak olmuşdur. Ərizəçinin atasının, yəni onun ərinin adı Asif olmuş, bütün sənədlərində adı soyadı X14 yazılmışdır. Asifn Həsən adlı qardaşı və yaxud digər qohumu olmamışdır. X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi Vaqiv Əliyev onun əmisi Asifin oğludur. Təsdiq edir ki, atasıgil iki qardaş olmuşlar-Asif və Yusif. Həsən adlı əmisi və ya digər qohumları olmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan nikahın bağlanması haqqında arayışdan görünür ki, X14 ilə X2 26 oktyabr 1981-ci ildə 14 №-li nikah akt qeydi tərtib olunmuşdur. Nikah Laçın rayonu Şamkənd icra nümayəndəliyində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 31 mart 1993cü ildə vəfat etmişdir. İşə əlavə edilmiş Mingəçevir Regional “Asan Xidmət” X7 tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli, 05/Q-517/15 №-li arayışdan görünür ki, Vətəndaşlıq vəziyyəti aktlaının reyestri xidmətinin arxivində saxlanılan Laçın rayonu Şamkənd icra nümayəndəliyində tərəfindən tərtib edilmiş akt qeydləri nəzərdən keçirilmiş və X10 deyil, X8 doğumu haqqında akt qeydi aşkar olunmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q- 144/15 saylı 03 mart 2021-ci il tarixli arayışdan görünür ki, XX.XX.1954-cü il tarixdə anadan olmuş X10 Azərbaycan Respublikası Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlma 03.03.2021ci ilədək aparılmış və bu məlumatlar: arvadı XX.XX.1956-cı il təvəllüdlü X9, oğlu xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi, qızı 29.06.1984-cü il təvəllüdlü X11 aşkar edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-144/15 saylı 03 mart 2021-ci il tarixli arayışdan görünür ki, mərhum X10 adına Mingəçevir qeydiyyat şöbəsi tərəfindən 25.10.2007-ci il tarixli 594 saylı ölüm haqqında akt qeydi tərtib olunmuş, ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Laçın rayonu, Nağdalı kəndi” qeyd olunmuşdur. İşə əlavə edilmiş HZ ******* №-li hərbi biletin surətindən görünür ki, Laçın rayonu Şamkənd kəndində amadal olmuş 22.01.1954-cü il təvəllüdlü X14 16 noyabr 1974-cü ildən 26 noyabr 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İşə əlavə olunmuş DT-İ 752841 №-li diplomun surətindən görünür ki, X14 1978-ci ildə Bakı Rabitə Elektrotexnikumuna daxil olmuş 1981-ci ildə Televiziya texnikası və radio rele rabitəsi ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə görə məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə, hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, ərizəçinin atası Əliyev Asif Pənah oğlunun doğum akt qeydində adı düzgün qeyd olunmayaraq, Asif əvəzinə Həsən yazılmışdır. Məhkəmə hesab edir ki, ərizəçi öz tələbində haqlıdır, ona görə də doğum akt qeydində düzəliş edilməli, ərizəçinin atası barədə X14, doğum yeri Laçın rayon Şamkənd kəndi yazılmalıdır . Mülki Prosessual Məcəllənin 341-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Ərizəçi atası barədə Laçın rayon İHB-nin Şamkənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum akt qeydində düzəliş edilərək X14, doğum yeri Laçın rayon Şamkənd kəndi qeyd edilsin. Qətnamə doğum akt qeydində düzəliş edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edə: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-998/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-998/2021
22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver