Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-129/2024 20.08.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X17 Aydın oğlunun sədrliyi, Əmrahov Elnur Qayim oğlunun katibliyi, Ərizəçi Əlı̇ yev Şükür Malı̇ k oğlunun iştirakı ilə, Ərizəçi Əlı̇ yev Şükür Malı̇ k oğlunun maraqlı şəxs Tərtər rayon Notarı̇ at Ofisinə qarşı «mirasın qəbulu faktının müəyyən edilməsi» üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Əlı̇ yev Şükür Malı̇ k oğlu maraqlı şəxs Tərtər rayon Notarı̇ at Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3na məxsus Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən Goranboy rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu il tarixli, 07 saylı qərarına əsasən (JN-033A, kod ********) verilmiş 0,45 ha torpaq sahəsini, X3na və anası X6 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli 0.0574 ha torpaq sahəsini və xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli 0.861 ha torpaq sahələrini birinci növbədən vərəsə kimi qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi öz ərizəsini onunla əsaslandırmışdır ki, X3na Goranboy rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu il tarixli, 07 saylı qərarına əsasən Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən 0,45 ha torpaq sahəsi verilmişdir. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli çıxarışına əsasən X3nun və anası X4 adına kənd təsərrüfatı təyinatlı 0,0574 ha torpaq sahəsi və eyni tarixli və eyni təyinatlı çıxarışa əsasən 0.861 ha torpaq sahələri verilmişdir. X3 xx.xx.2012-ci ildə, anası X12 isə 27 may 2001-ci ildə vəfat etmişdir. Ata və anasından miras qalan əmlaklar hazırda onun istifadəsindədir. O, 0,45 ha torpaq sahəsində tikilən fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Kənd təsərrüfatı təyinatlı torpaqlar da, valideynləri öləndən sonra onun istifadəsinə və sahibliyinə keçmiş və hazırda həmin əmlakları idarə edir. X3 və anası X12 öləndən sonra ondan başqa qardaşı X14 və bacısı X10 vərəsə olaraq qalmışlar. Həmin vərəsələr torpaqların onun adına rəsmiləşməsinə etiraz etmirlər. Lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu barədə notariat orqanına müraciət etməmişdir. Sonradan ərizə ilə Notariat Kontoruna müraciət etdikdə isə mülki qanunvericiliklə müəyyən edilmiş müddəti buraxdığına görə ona vərəsəlik hüququ haqqında şahədətnamənin verilməsindən imtina edilmişdir. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmişdir. Ərizəçi Əlı̇ yev Şükür Malı̇ k oğlu məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Tərtər rayon Notarı̇ at Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosessual hüquq normalarına əsasən ərizəçinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.861 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X9 və X4 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0574 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X9 və X4 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-033A, KOD 50919048 şəhadətnamədən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu il tarixli, 07 saylı qərarına əsasən Goranboy rayonu, Qasımbəyli kəndində yerləşən 0,45 ha torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əlı̇ yev Şükür Malı̇ k oğlu xx xxxxxx 1961-ci il tarixdə doğulmuş, X3, anası X7r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Abbasov Alı Malı̇ k oğlu 28 fevral 1960-cı il tarixdə doğulmuş, X3, anası X7r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əlı̇ yeva Nərminə Malı̇ k qızı 20 oktyabr 1962-ci il tarixdə doğulmuş, X3, anası X7r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 27 may 2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 114 nömrəli, xx.xx.2024-ci il tarixli arayışda qeyd olunmuşdur ki, X13 xx.xx.2012-ci il tarixdə ölmüşdür və öldükdən sonra varisləri oğlu Əlı̇ yev Şükür Malı̇ k oğlu, oğlu X14, qızı X5r. İş materiallarında olan Naftalan Şəhər Qaşaltı Qaraqoyunlu Bələdiyyəsi tərəfindən verilmiş 11 nömrəli, xx.xx.2024-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Naftalan şəhəri Qasımbəyli kəndində 574.93 kv.m, 8610.00 kv.m kənd təsərrüfat təyinatlı torpaq sahəsi və 0,45 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi Əlı̇ yev Şükür Malı̇ k oğlunun istifadəsində və sahibliyindədir. İş materiallarına əlavə olunan Tərtər rayon Notarı̇ at Ofisinin 21 iyun 2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X8 və 27 may 2001-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair ərizəçi Əlı̇ yev Şükür Malı̇ k oğluna vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Abbasov Alı Malı̇ k oğlunun notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********418 nömrəli ərizəsindən görünür ki, 27 may 2001-ci ildə vəfat etmiş anası X1 miras qalmış əmlakdan ona çatası miras payı qəbul etməmişdir və etmir. Gələcəkdə miras payın qaytarılması barədə heç bir iddia və tələbi olmayacaqdır. Miras payın Əlı̇ yev Şükür Malı̇ k oğlunun adına sənədləşdirilməsinə etirazı yoxdur. İş materiallarında olan Abbasov Alı Malı̇ k oğlunun notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********416 nömrəli ərizəsindən görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş X3ndan miras qalmış əmlakdan ona çatası miras payı qəbul etməmişdir və etmir. Gələcəkdə miras payın qaytarılması barədə heç bir iddia və tələbi olmayacaqdır. Miras payın Əlı̇ yev Şükür Malı̇ k oğlunun adına sənədləşdirilməsinə etirazı yoxdur. İş materiallarında olan X2 notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********419 nömrəli ərizəsindən görünür ki, 27 may 2001-ci ildə vəfat etmiş anası X1 miras qalmış əmlakdan ona çatası miras payı qəbul etməmişdir və etmir. Gələcəkdə miras payın qaytarılması barədə heç bir iddia və tələbi olmayacaqdır. Miras payın Əlı̇ yev Şükür Malı̇ k oğlunun adına sənədləşdirilməsinə etirazı yoxdur. İş materiallarında olan X2 notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********419 nömrəli ərizəsindən görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş X3ndan miras qalmış əmlakdan ona çatası miras payı qəbul etməmişdir və etmir. Gələcəkdə miras payın qaytarılması barədə heç bir iddia və tələbi olmayacaqdır. Miras payın Əlı̇ yev Şükür Malı̇ k oğlunun adına sənədləşdirilməsinə etirazı yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Eyni Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi Əlı̇ yev Şükür Malı̇ k oğlunun mərhum X3ndan və anası X1 qalmış mirası faktiki qəbul etmiş olması mülki işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, həmçinin iş materiallarına əlavə edilmiş digər materiallar ilə bu fakt öz təsdiqini tapmışdır. Ərizəçi Əlı̇ yev Şükür Malı̇ k oğlu X3na və anası X6 münasibətdə birinci növbədə vərəsədir. Mərhumun qanun üzrə digər vərəsələri isə miras payı qəbul etmədiklərini notarial qaydada təsdiq edilmiş ərizələri ilə bildirmişlər. Belə olan halda məkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X11 məxsus Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən Goranboy rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu il tarixli, 07 saylı qərarına əsasən (JN-033A, kod ********) verilmiş 0,45 ha torpaq sahəsinin, X11 və X6 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli 0.0574 ha torpaq sahəsinin və xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli 0.861 ha torpaq sahəsinin miras əmlak kimi birinci növbədə vərəsə Əlı̇ yev Şükür Malı̇ k oğlu tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X20
Məhkəmə qərarları › İş №2(052)-129/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-129/2024
20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver