Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-133/2024 27.08.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X32 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı «mirasın qəbulu faktının müəyyən edilməsi» üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X7 ölümündən sonra onun mülkiyyətində olan VAZ-21011 markalı, 46BA082 qeydiyyat nömrəli avtomobilin birinci növbədə vərəsə kimi qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi öz ərizəsini onunla əsaslandırmışdır ki, atası Əİəsov Yaqub Ələsgər oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra onun mülkiyyətində olan VAZ-21011 markalı, texpasport nömrəsi AAN-027511, 46BA082 dövlət qeydiyyat nömrəli avtomaşın ondan miras qalmışdır. X4 isə xx.xx.2016-cı ildə vəfat etmişdir. Atasından qalan avtomobil hazırda onun istifadəsindədir. Atası Əİəsov Yaqub Ələsgər oğlu öləndən sonra onun X18, X3, X13, X23 və Əİəsov Vüsal Yaqub oğlu vərəsələri olaraq qalmışlar. Həmin vərəsələr avtomobilin onun adına rəsmiləşməsinə etiraz etmirlər. Lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu barədə notariat orqanına müraciət etməmişdir. Sonradan ərizə ilə 1 saylı Gəncə Regional “Asan Xidmət" Mərkəzində Notariat Ofisinə müraciət etdikdə mülki qanunvericiliklə müəyyən edilmiş müddət buraxıldığına görə vərəsəlik hüququ haqqında şahədətnamənin verilməsindən imtina edilmişdir. Odur ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 1 saylı Gəncə Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin X21 30 iyul 2024-cü il tarixdə məhkəməyə yazılı ərizə ünvanlayaraq, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə prosessual hüquq normalarına əsasən ərizəçinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA 027511 nömrəli X2 Şəhadətnaməsinin surətindən görünür ki, ** BA *** dövlət qeydiyyat nömrəli, VAZ 21011 markalı avtomobilin sahibi X10r. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 və X20 nikahlarını 26 avqust 1966-cı ildə qeyd etdirmişlər. Nikahdan sonra arvad Ələsova soyadı götürmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1969-cu il tarixdə doğulmuş, atası X19, X4dır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1973-cü il tarixdə doğulmuş, atası X19, X4dır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1978-ci il tarixdə doğulmuş, atası X19, X4dır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1980-ci il tarixdə doğulmuş, atası X19, X4dır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə doğulmuş, atası X19, X4dır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 459 nömrəli, xx.xx.2024-ci il tarixli arayışda qeyd olunmuşdur ki, X19 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra varisləri qızı xx.xx.1969-cu il təvəllüdlü X18, qızı xx.xx.1973-cü il təvəllüdlü X3, qızı xx.xx.1977-ci il təvəllüdlü X13, qızı xx.xx.1978-ci il təvəllüdlü X23, oğlu xx.xx.1980-ci il təvəllüdlü X24 və oğlu xx.xx.1983-cü il təvəllüdlü Ərizəçidur. İş materiallarına əlavə olunan 1 saylı Gəncə Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin 01 iyun 2024-cü il tarixli, 1312 nömrəli məktubundan görünür ki, Ərizəçi mirasın qəbul müddətini keçirdiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan X8 notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********520 nömrəli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə atası X19 vəfat etmişdir. Mərhum atası X9 miras qalmış əmlaklardan ona çatan miras payı qəbul etməmiş və etməyəcək. Gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək. Ona məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz, o bütün miras əmlakdan imtina edir. İş materiallarında olan X1 notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********519 nömrəli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə atası X19 vəfat etmişdir. Mərhum atası X9 miras qalmış əmlaklardan ona çatan miras payı qəbul etməmiş və etməyəcək. Gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək. Ona məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz, o bütün miras əmlakdan imtina edir. İş materiallarında olan X5 notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********521 nömrəli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə atası X19 vəfat etmişdir. Mərhum atası X9 miras qalmış əmlaklardan ona çatan miras payı qəbul etməmiş və etməyəcək. Gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək. Ona məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz, o bütün miras əmlakdan imtina edir. İş materiallarında olan X15 notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********517 nömrəli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə atası X19 vəfat etmişdir. Mərhum atası X9 miras qalmış əmlaklardan ona çatan miras payı qəbul etməmiş və etməyəcək. Gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək. Ona məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz, o bütün miras əmlakdan imtina edir. İş materiallarında olan X16 notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********518 nömrəli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə atası X19 vəfat etmişdir. Mərhum atası X9 miras qalmış əmlaklardan ona çatan miras payı qəbul etməmiş və etməyəcək. Gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək. Ona məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz, o bütün miras əmlakdan imtina edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Eyni Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Ərizəçi mərhum atası X6 qalmış mirası faktiki qəbul etmiş olması mülki işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, həmçinin iş materiallarına əlavə edilmiş digər materiallar ilə bu fakt öz təsdiqini tapmışdır. Ərizəçi atası X12 münasibətdə birinci növbədə vərəsədir. Mərhumun qanun üzrə digər vərəsələri isə miras payı qəbul etmədiklərini notarial qaydada təsdiq edilmiş ərizələri ilə bildirmişlər. Belə olan halda məkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 miras qalmış **-BA-*** dövlət qeydiyyat nömrəli, VAZ-21011 markalı nəqliyyat vasitəsinin birinci növbədə vərəsə Ərizəçi tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X35
Məhkəmə qərarları › İş №2(052)-133/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-133/2024
27.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver