Məhkəmə qərarları › İş №2(052)-145/2024

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-145/2024

01.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-145/2024 01.10.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X22 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı «mirasın faktiki qəbulunun müəyyən edilməsi» üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2nun adına olan Goranboy rayonu Qızılhacılı kəndində yerləşən miras mülkün onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi öz ərizəsini onunla əsaslandırmışdır ki, Goranboy rayon Qızılhacılı kəndi, Nəsimi küçəsində X2nun adına fərdi yaşayış evi vardır. X2 2007-ci ildə, anası X14 2006-cı ildə rəhmətə getmişdir. O, atası rəhmətə getdikdən sonra miras mülkü qəbul edərək idarə etmişdir. Yəni, mülkün açarı da, onda olmuşdur. Onlar ailədə iki qardaş və bir bacı mirasın qorunub saxlanması üçün miras mülkə baxmışlar. Hazırda aralarında mülklə bağlı heç bir mübahisə yoxdur. O, hazırda miras mülkə vərəsəlik şəhadətnaməsi almaq istəyir. Lakin ona imtina məktubu verib bildirmişlər ki, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş 6 aylıq müddəti üzürsüz səbəbdən ötürmüşdür. O, mirası faktiki qəbul edib idarə etsə də, notariat kontoruna bu barədə ərizə verməmişdir. Bu səbəbdən miras mülkün onun tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında təsdiq edilməlidir. Odur ki, xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, fərdi yaşayış evi mərhum atasının mülkiyyətində olmuş olsa da, evin yerləşdiyi həyətyanı torpaq sahəsi isə vaxtı ilə Aqrar İslahat Komissiyasının əməkdaşlarının yol verdiyi səhv səbəbindən başqa şəxsin adına sənədləşdirilmişdir. Gələcəkdə həmin məsələ ilə bağlı inzibati qaydada mübahisə açmaq fikrindədir. Miras əmlakı isə o, faktiki qəbul edərək idarə etmişdir. Belə ki, əmlakın bütün saxlanma xərcləri və əmlaka dair vergiləri də, o şəxsən özü ödəmişdir. Ərizəçi nümayəndəsi (vəkil) Nümayəndə ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Gəncə Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin X15 21 sentyabr 2024-cü il tarixdə məhkəməyə məktub ünvanlayaraq, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə prosessual hüquq normalarına əsasən ərizəçinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 1 saylı Gəncə Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin 05 avqust 2024-cü il tarixli, 1887 nömrəli məktubundan görünür ki, Ərizəçi mirasın qəbul müddətini keçirdiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tikinti və Arxitektura Komitəsi, Baş DTİ və MHQİ Goranboy rayonu DTİ VƏ MHQİ tərəfindən verilmiş 425 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Goranboy rayonu Qızılhacılı kəndi, Nəsimi küçəsində yerləşən yeddi yaşayış otağı olan 186.0 kvm sahəsi olan fərdi yaşayış evi X6 adına mülkiyyət hüquqi əsasında qeydə alınmışdır. (1a nömrəli reyestr kitabı, 239 nömrəli inventar işi) İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X14 nikahlarını 16 oktyabr 1970-ci ildə qeyd etdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1974-cü il tarixdə doğulmuş, X2, anası X9r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1972-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/09İS/086970- 24 nömrəli, xx.xx.2024-ci il tarixli arayışda qeyd olunmuşdur ki, X13 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra varisləri arvadı xx.xx.1949-cu il təvəllüdlü X14, oğlu xx.xx.1974cü il təvəllüdlü Ərizəçi, oğlu xx.xx.1975-ci il təvəllüdlü X12, qızı xx.xx.1976-ci il təvəllüdlü X7, qızı xx.xx.1972-ci il təvəllüdlü X3r. Həmçinin arayışda qeyd olunmuşdur ki, X6 varisləri - arvadı X14 və qızı X10 vəfat etmişlər. İş materiallarında olan X1 notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********893 nömrəli ərizəsindən görünür ki, xx.xx.2007-ci il tarixdə X2 vəfat etmişdir. Mərhum X2dan miras qalmış əmlaklardan ona çatan miras payı qəbul etməmiş və etməyəcək. Gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək. Ona məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz, o bütün miras əmlakdan imtina edir. İş materiallarında olan X4 notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********894 nömrəli ərizəsindən görünür ki, xx.xx.2007-ci il tarixdə X2 vəfat etmişdir. Mərhum X2dan miras qalmış əmlaklardan ona çatan miras payı qəbul etməmiş və etməyəcək. Gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək. Ona məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz, o bütün miras əmlakdan imtina edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Eyni Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Ərizəçi mərhum X2ndan qalmış mirası faktiki qəbul etmiş olması mülki işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, həmçinin iş materiallarına əlavə edilmiş digər materiallar ilə bu fakt öz təsdiqini tapmışdır. Ərizəçi X2na münasibətdə birinci növbədə vərəsədir. Mərhumun qanun üzrə digər vərəsələri isə miras payı qəbul etmədiklərini notarial qaydada təsdiq edilmiş ərizələri ilə bildirmişlər. Belə olan halda məkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 miras qalmış Goranboy rayonu Qızılhacılı kəndi, Nəsimi küçəsində yerləşən, yeddi otaqdan ibarət, 186.0 kvm sahəsi olan fərdi yaşayış evinin (Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tikinti və Arxitektura Komitəsi, Baş DTİ və MHQİ Goranboy rayonu DTİ VƏ MHQİ tərəfindən verilmiş 425 nömrəli qeydiyyat vəsiqəsi) miras əmlak kimi birinci növbədə vərəsə Ərizəçi tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X23

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar