Məhkəmə qərarları › İş №2(052)-155/2023

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-155/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-155/2023 13.06.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Naftalan Şəhər Məhkəməsinin hakimi X2. Ərizəçi Maraqlı şəxsna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsna qarşı ərizə ilə müraciət edərək, mərhum atası X1 ölümündən sonra ünvan 1 evin, 30 saylı ünvanında yerləşən 4 otaqlı mənzil sahəsini birinci növbə vərəsə kimi qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizənin icraata qəbul edilmədən geri qaytarılması və ərizəyə əlavə etdiyi dövlət rüsumunun ona geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, Ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilən zaman 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, ərizə geri qaytarıldığından ərizəçi tərəfindən ödənilmiş həmin məbləğ də geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinə əsasən, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naftalan filialı vasitə ilə Naftalan Şəhər Məhkəməsinə ödənilmiş (05 iyun 2023-cü il tarixli, GPP qəbz nömrəsi **********, əməliyyat İD: 213090190, büdcə səviyyə kodu 142213) 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar