Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-171/2023 16.08.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Aydın oğlunun sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə. Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1948-ci il tarixdə Naftalan şəhərində anadan olmuş onun doğum faktı müəyyən edilməklə, müvafiq doğum haqqında şəhadətnamənin verilməsi, doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1948-ci il tarixdə Naftalan şəhərində doğulmasının qeydə alınmış olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1948-ci il tarixdə Naftalan şəhərində anadan olmuşdur. X1, anası X2r. Doğum haqqında şəhadətnaməni itirdiyinə görə təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə, doğum arxivinin şöbədə olmadığı və buna görə təkrar şəhadətnamənin verilməsinin mümkünsüzlüyü ona bildirilmişdir. Bununla bağlı ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Odur ki, həmin sənədin əldə edilməsi başqa cür mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında izahat verərərk bildirdi ki, uzun illər doğum haqqında şəhadətnaməsi olmuş olsa da, sonradan naməlum şəkildə şəhadətnaməni itirmişdir. Daha sonra həmin şəhadətnamənin surətini almaq üçün qeydiyyat şöbəsinə yaxınlaşmış, burada onun doğumuna aid akt qeydlərinin mövcud olmaması ona bildirilmişdir. Halbuki o, xx xxxxxx 1948-ci il tarixdə Naftalan şəhərində anadan olmuşdur. Ona məxsus digər hüquqmüəyyənedici sənədlərdən də görünür ki, o, həmin tarixdə Naftalan şəhərində anadan olmuşdur. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Ərizəçi şöbəyə yaxınlaşaraq doğum haqqında şəhadətnamənin surətini istəmiş, lakin doğum akt qeydləri kitabında ona məxsus akt qeydlərinin olmaması səbəbi ilə şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu səbəbdən şəhadətnamənin verilməsindən imtina olunmuş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 arasında 22 yanvar 1976-cı il tarixdə Naftalan Şəhər VVAQ şöbəsində 01 nömrəli nikah bağlanmışdır. Həmin şəhadətnamədə Ərizəçi doğulduğu tarix xx xxxxxx 1948-ci il, doğulduğu yer isə Qasım İsmayılov rayonu Naftalan qəsəbəsi göstərilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1948-ci il tarixdə Naftalan şəhərində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-518-15-125/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Ərizəçi doğum haqqında akt qeydi şöbənin arxivində saxlanılmadığından ona doğum faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1980-cı il tarixdə Qaraciyərin metastatik xərçəngindən Naftalan şəhərində ölmüşdür. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1926-cı il tarixdə Goranboy rayonu, Dəliməmmədli kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1948-ci il tarixdə Naftalan şəhərində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1948-ci il tarixdə Naftalan şəhərində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi məxsus doğum akt qeydinin ata qrafasında X3, ana qrafasında X4, milliyyəti isə “azərbaycanlı” olaraq yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №2(052)-171/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-171/2023
16.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver