Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-174/2023 12.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Naftalan Şəhər Məhkəməsinin hakimi X3. Ərizəçi maraqlı şəxs Goranboy Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müddətin bərpa edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Goranboy Rayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 və anası X1 məxsus olan Goranboy rayonu, Tap Qaraqoyunlu kəndində yerləşən 0.12 ha və 1.08 ha torpaq sahələrini faktiki qəbul etdiyi üçün ötürülmüş müddətin bərpa edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Ərizəçi “mirasın qəbul edilməsi üçün müddətin bərpa edilməsi” barədə ərizə ilə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında məhkəməyə mürəciət etməli idi. Bununla da o, iddia ərizəsinin nəzərdə tutulmuş formasına və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsində qeyd edilmişidir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin qeyd olunmalıdır ki, Ərizəçi hazırki tələb ilə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında müraciət etməli olduğundan, ərizədə özünü iddiaçı tərəf, Goranboy Rayon Notariat Ofisini isə cavabdeh tərəf kimi qeyd etməlidir. Belə olan halda hazırki işə Naftalan Şəhər Məhkəməsində deyil, Goranboy Rayon Notariat Ofisinin yerləşdiyi yer üzrə məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsində qeyd edilmişdir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 31.1-ci maddəsində qeyd edilmişdir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Eyni Məcəllənin 35.1-ci maddəsində qeyd edilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, Ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilən zaman 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, ərizə geri qaytarıldığından ərizəçi tərəfindən ödənilmiş həmin məbləğ də geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinə əsasən, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Goranboy Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müddətin bərpa edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(052)-174/2023
Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-174/2023
12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver