Məhkəmə qərarları › İş №2(052)-205/2024

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-205/2024

17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-205/2024 17.12.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notarı̇ at Ofisinə qarşı «mirasın qəbulu faktının müəyyən edilməsi» üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notarı̇ at Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalmış Naftalan şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi (Yeni qaydalarla: AZ4600, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin onun tərəfindən faktiki qəbul olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, barəsində olan mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsinin, ərizəyə əlavə edilmiş sənədlərin və ödəmiş olduğu 100 manat dövlət rüsumunun geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notarı̇ at Ofisinin noariusu məhkəməyə məktub ünvanlayaraq, xx.xx.2024-cü il tarixdə baxılacaq 2(052)- 205/2024 nömrəli işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, Ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilən zaman 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia ərizəsi geri qaytarıldığı üçün ərizəçi tərəfindən ödənilmiş həmin məbləğ geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notarı̇ at Ofisinə qarşı «mirasın qəbulu faktının müəyyən edilməsi» üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən Naftalan Şəhər Məhkəməsinə müraciət edilən zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verdildiyi gündən 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar