Məhkəmə qərarları › İş №2(052)-206/2025

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-206/2025

11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-206/2025 11.12.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X21 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Ərizəçi və Maraqlı şəxsn nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X5 18 noyabr 1988-ci ildə Naftalan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3nın 18 noyabr 1988-ci ildə Naftalan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum nənəsi X1 şəhəri, Ş.Qurbanov küçəsi ev 02, mənzil 30-da vəfat edənə kimi həmin evdə qeydiyyatda olmuş və həmin evdə yaşamışdır. X3 18 noyabr 1988-ci ildə Naftalan şəhərində vəfat etmiş və Goranboy rayonu, Səfikürd kənd qəbristanlığında dəfn edilmişdir. Hazırda mərhum atasının adına olan evi öz adına rəsmiləşdirmək istəyir. Bu barədə notariat ofisinə müraciət edərkən ondan nənəsinin ölümü haqqında şəhadətnaməsi tələb olunmuşdur. O, bu barədə sənəd olmadığına görə Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə tərəfindən nənəsinin ölümü haqqında akt qeydi aşkar olunmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Odur ki, həmin sənədin əldə edilməsi başqa cür mümkün olmadığından, məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, mərhum atasından miras qalmış evə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Notariat ofisinə müraciət etdiyi zaman ondan nənəsinin ölümünə dair şəhadətnamə tələb edilmişdir. X3 1915-ci ildə Naxçıvan MR, Şahbuz rayonu, Aşağıqışlaq kəndində anadan olmuş, xx.xx.1988-ci ildə isə Naftalan şəhərində ölmüş və Goranboy rayonu Səfikürd kəndində dəfn olunmuşdur. Lakin nənəsinin ölümü rəsmi qaydada dövlət qeydiyyatına alınmamışdır. O, ölüm haqqında şəhadətnamənin ona verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, oradan nənəsinin ölümü haqqında akt qeydi aşkar edilmədiyi bildirilmişdir. Bu səbəbdən qeyd edilən halın təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, Ərizəçi şöbəyə yaxınlaşaraq vərəsəlik işi ilə bağlı notariat ofisindən tələb edilən müəyyən sənədlərin surətlərini istəmişdir. Sənədlər ona təqdim edilmiş, lakin mərhum X3nın ölümü haqqında şəhadətnamənin surətinin ona verilməsi mümkün olmamışdır. Buna səbəb X8 aid ölüm akt qeydinin aşkar edilməməsi olmuşdur. Bu səbəbdən yekun olaraq ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Odur ki, məhkəmənin mülahizaəsinə uyğun qərar qəbul edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, o, ərizəçinin bibisidir. X4 1915-ci ildə Naxçıvan MR, Şahbuz rayonu, Aşağıqışlaq kəndində anadan olmuşdur. 18 noyabr 1988-ci il tarixdə isə Naftalan şəhərində ölmüşdür. Ölümünə səbəb yıxılaraq qolunu sındırdıqdan sonra şəkər xəstəsi olduğu üçün bədənində bərpa prosesinin getməməsi olmuşdur. Mərhum anası Goranboy rayonu, Səfıkürd kəndində yerləşən kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, mərhum Səriyə Babyeva onun qohumudur. X7 1988-ci ildə vəfat etməsinin şahidi olmuşdur. O, həm yas mərasimində, həm də dəfndə şəxsən iştirak etmişdir. Məhkəmə ərizəçinin, Maraqlı şəxs nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 fevral 1956-cı ildə Naftalan şəhərində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-15-185/2025 nömrəli məktubda qeyd edilmişdir ki, X5 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədilə şöbə tərəfindən yoxlama aparılmış, lakin 01 yanvar 1915-ci ildə Naxçıvan MR, Şahbuz rayonu, Aşağıqışlaq kəndində anadan olmuş, 18 noyabr 1988-ci ildə Naftalan şəhərində ölmüş X5 ölümü haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində, Maraqlı şəxsndə, həmçinin 1985- 1991-ci illər üzrə X2 Arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materialında olan Maraqlı şəxs tərəfindən təqdim edilmiş arayışda qeyd edilmişdir ki, 01 yanvar 1915-ci ildə Naxçıvan MR, Şahbuz rayonu, Aşağıqışlaq kəndində anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, Maraqlı şəxsndə, həmçinin X2 arxivində ölüm haqqında akt qeydi 1985-1991-ci illər üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Naftalan şəhər İcra Hakimiyyəti Naftalan şəhər 1 saylı Mənzil İstismar sahəsinin 14 noyabr 2025-ci il tarixli 230 nömrəli arayışından görünür ki, vətəndaş Ərizəçi həqiqətən Naftalan şəhəri Ş.Qurbanov küçəsi, ev 02, mənzil 30-da qeydiyyatda durur. Onun mərhum nənəsi X11 ev 02, mənzil 30-da vəfat edənə qədər qeydiyyatda olmuş və yaşamışdır. Yaxınlarının deməyinə görə X11 xx.xx.1988-ci ildə vəfat etmişdir. İş materiallarında olan məzar fotoşəkilindən görünür ki, X11 1915-ci il tarixdə anadan olmuş, 1988-ci tarixdə vəfat etmişdir. İş materialında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 164 nömrəli arayışında qeyd edilmişdir ki, X10 01 iyul 1946-cı ildə Naftalan şəhərində anadan olmuşdur. 17 iyul 1946-cı il tarixdə Maraqlı şəxs tərəfindən 58 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Doğum akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. Ananın məlumatına əsasən uşağın atasının adı Məstalı qeyd edilmişdir. Ana qrafasında X4 qeyd edilmişdir. İş materialında olan Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 17 noyabr 1998-ci il tarixdə Ağ ciyərin bədxassəli şişi səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməli, X7 18 noyabr 2025-ci il tarixdə Naftalan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1915-ci ildə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Aşağıqışlaq kəndində doğulmuş X7 18 noyabr 1988-ci il tarixdə Naftalan şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X22

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar