Məhkəmə qərarları › İş №2(052)-214/2024

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-214/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-214/2024 02.12.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Naftalan Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Hüquqi şəxsin cari fəaliyyət adı Cavabdeh MMC) (VÖEN: **********) qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Hüquqi şəxsin cari fəaliyyət adı Cavabdeh MMC) (VÖEN: **********) qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi ilə Naftalan Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, ərizə ərazi aidiyyəti qaydalarına uyğun verilməmişdir. Belə ki, iddia ərizəsində cavabdeh qismində "xxxx" MMC (VÖEN **********) göstərilmiş olsa da, Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasından, eləcədə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə vergi ödəyiciləri barədə edilmiş sorğuya cavabdan məlum olur ki, "xxxx" MMC 2022-ci ildən Cavabdeh MMC adı altında fəaliyyət göstərir və cəmiyyətin hüquqi ünvanı Goranboy rayonu Xanqərvənd kəndidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh təşkilat 2022-ci ildən Cavabdeh MMC adı altında fəaliyyət göstərdiyindən və həmin cəmiyyətin hüquqi ünvanı ünvan 2ayon Məhkəməsinə müraciət edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (hüquqi şəxsin cari fəaliyyət adı Cavabdeh MMC) “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verə bilərlər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar