Məhkəmə qərarları › İş №2(052)-43/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-43/2023

23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-43/2023 23.02.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X17 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1989-cü il tarixdə Goranboy rayonunun Zeyvə kəndində doğulmağı faktının qeyd edilməsi, doğum haqqında şəhadətnamədə adının “Nuranə”, ata adının “Murad”, soyadının “Qədimova”, ata qrafasında “X5”, ana qrafasında “X6”, milliyəti “azərbaycanlı” yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1989-cu ildə Goranboy rayonu Zeyvə kəndində anadan olmuşdur. X1, anası isə X4r. Birgə evlilik dövründə valideyinlərinin 3 uşaqları olmuşdur. Onların hər birinin doğum şəhadətnamələri olmuşdur. Lakin onun doğum haqqında şəhadətnaməsi itmişdir. Qeydiyyat şöbəsinə müraciət etsə də, onun doğum haqqında akt qeydi nə Maraqlı şəxs arxivində, nə də Ədliyyə Nazirliyinin “X3”ndə aşkar edilməmişdir. Odur ki, qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Maraqlı şəxs rəisi məhkəməyə məktub ünvanlayaraq işə şöbənin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X8 arasında 17 yanvar 2008-ci il tarixdə Naftalan Şəhər VVADQ şöbəsində 10 nömrəli nikah bağlanmışdır. Həmin şəhadətnamədə Ərizəçi doğulduğu tarix xx xxxxxx 1989cu il, doğulduğu yer isə Goranboy rayonu Zeyvə kəndi göstərilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1989-cu il tarixdə Goranboy rayonu Zeyvə kəndində anadan olmuşdur. İş materiallarında olan İİİ JQ № 484728 nömrəli nikah haqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 arasında nikah 07 iyul 1987-ci il tarixdə Şaumyan (kənd) rayonu Zeyvə kənd sovetində bağlanmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 5/Q-527/15 nömrəli məktubda qeyd edilmişdir ki, Ərizəçi doğum haqqında akt qeydi Maraqlı şəxs arxivində və Ədliyyə Nazirliyinin “X3”ndə aşkar edilmədiyindən ona doğum faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1989-cu il tarixdə Goranboy rayonu Zeyvə kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1989-cu il tarixdə Goranboy rayonu, Zeyvə kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi məxsus doğum akt qeydinin ata qrafasında X5, ana qrafasında X9, milliyyəti isə “azərbaycanlı” olaraq yazılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar