Məhkəmə qərarları › İş №2(052)-47/2025

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-47/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-47/2025 26.02.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Naftalan Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı «istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Naftalan Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd edilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.11-ci maddəsində qeyd edilmişdir ki, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İş materiallarından görünür ki, Cavabdeh rəsmi qeydə alındığı yer Goranboy rayonu Tap Qaraqoyunlu kəndi olmaqla Goranboy rayonunun inzibati ərazi vahidinə aiddir. Həmçinin onun faktiki yaşadığı ünvan və müqavilənin icra yeri (müqaviləyə əsasən qaz il təchiz edilmiş fərdi yaşayış evi) Goranboy rayonu Tap Qaraqoyunlu kəndi olduğundan hazırki iddia ərizəsi ilə aidiyyəti üzrə Naftalan Şəhər Məhkəməsinə deyil, Goranboy Rayon Məhkəməsinə müraciət edilməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş həmin məbləğ geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 114-cü maddələrinə əsasən, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı təşkilat tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı-nə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar