Məhkəmə qərarları › İş №2(052)-5/2023

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-5/2023

12.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-5/2023 12.01.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və hasarın bərpa olunması» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və hasarın bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin özbaşına tutmuş olduğu ona məxsus 3 metr torpaq sahəsindən çıxarılması və hasarın əvvəlki vəziyyətinə gətirilərək bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 bildirdi ki, kadastr idarəsinə müraciət edərək onlara məxsus torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsinin arasında olan sərhədlər dəqiq müəyyənləşdirildikdən sonra yenidən məhkəməyə müraciət edəcəkdir. Bu səbəbdən hazırki iddia ərizəsinin baxılmamış saxlanılmasını və işdə olan sənədlərinin ona qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 bildirdi ki, iddiaçı artıq uzun illərdir onlara qarşı əsassız iddia ərizələri ilə məhkəməyə müraciət edir. Bundan əvvəl də iddiaçı eyni tələb ilə məhkəməyə müraciət etmiş, lakin iddiası əsassız olduğundan rədd edilmişdir. Daha sonra Gəncə Apellyasiya Məhkəməsi qətnaməni qüvvədə saxlamışdır. Buna baxmayaraq iddiaçı eyni tələb ilə təkrar məhkəməyə müraciət edir. Hazırki iddianın baxılmamış saxlanılmasına etiraz etmir. Lakin onlar da, iddiaçıya qarşı onlara vurmuş olduğu ziyanlarla bağlı iddia qaldıracaqlar. Belə ki, iddiaçı uzun illərdir onlara qarşı şər-böhtan xarakterli iddialar qaldıraraq maddi və mənəvi ziyan vurur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və hasarın bərpa olunması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Naftalan Şəhər Məhkəməsinə şikayət verə bilərlər. Hakim Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar