Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-6/2025 16.01.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X38 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 1920-ci ildə Yevlax rayon Yəldili kəndində anadan olması faktını, soyadı, adı və ata adının X16 olaraq müəyyən edəlməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X16 onun anasıdır. Anası 1920-ci ildə Yevlax rayon Yəldili kəndində anadan olmuş, xx.xx.2016-cı ildə Naftalan şəhərində vəfat etmişdir. Mərhum anasının vəfatından sonra miras əmlak olaraq Naftalan şəhəri, X18 küçəsi ev 20 ünvanında yerləşən 0.1475 ha torpaq sahəsi miras əmlak olaraq qalmışdır. Əmlak üzərində vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Naftalan şəhər notariat orqanına müraciət etdikdə, anasının doğum fakatını təsdiq edən doğum haqqında şəhadətnamənin olmadığı bildirilmişdir. Bu səbəbdən o, mərhum anası X12 doğum haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Etdiyi müraciət nəticəsində sorğular göndərilsə də, doğum faktını təsdiq edən heç bir sənəd aşkarlanmamışdır. Bundan əlavə onun bacıları X6, X7, X8, qardaşları X10, X2 doğum haqqında şəhadətnamələrində ana adları X15, bacısı X13 doğum haqqmda şəhadətnaməsində X14, bacısı X3 doğum şəhadətnaməsində isə X16 qeyd edilmişdir. Mərhum anaları X16 barəsində Maraqlı şəxs tərəfindən 26 fevral 2016-cı il tarixində verilmiş AZ-İ № 778440 saylı ölüm haqqında şəhadətnamədə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş 510013 052211-10301 dövlət reyestr nömrəli çıxarışında adı və soyadı X5 qeyd edilmişdir. Mərhum anaları xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İndi mərhum analarından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnaməsi almaq istəsələr də, onun sənədlərinin olmaması səbəbindən bunu edə bilmirlər. Maraqlı şəxsnə bu barədə müraciət etsələr də, onlara mərhum analarının doğum haqqında şəhadətnaməsini verməmişlər və bu barədə onlara 09 oktyabr 2024-cü il tarixli rəsmi imtina məktubunu təqdim etmişlər. Odur ki, həmin sənədin əldə edilməsi başqa cür mümkün olmadığından, məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, mərhum anasının doğum haqqında şəhadətnaməsi barədə arayış almaq üçün rəsmi olaraq lazımı orqanlara müraciət etmiş və əllərində olan bütün sənədləri təqdim etmişlər. Lakin analarının doğumuna dair heç bir sənəd tapılmamışdır. X1 1920-ci ildə Yevlax rayonunun Yədili kəndində doğulması, 2016-cı ildə isə vəfat etmiş olması hər kəsə məlumdur. Odur ki, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Ərizəçi şöbəyə yaxınlaşaraq öz sənədlərində yaranan çatışmazlıq səbəbindən mərhum anasının doğum haqqında şəhadətnaməsi barədə arayış istəmişdir. Onlar da, doğum haqqında akt qeydinin olması barədə Dövlət arxivinə sorğu göndərmiş və eləcə də öz arxivlərində buna dair sənəd axtarmışlar. X4 barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Məlum olduğu kimi 1948-ci ildən əvvələ olan arxiv sənədləri Dövlət arxivinə təhvil verilmişdir. 1920-ci il isə çox köhnə tarix olduğundan bu barədə heç bir sənəd tapılmamışdır. Bu səbəbdən Ərizəçi məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi təşəbbüsü ilə dindirilmiş şahid X20 ifadə verərək bildirdi ki, o, xx.xx.1955-ci il tarixdə Yevlax rayonunun Yəldili kəndində anadan olmuşdur. Ərizəçini və onun ailəsini uşaq vaxtlarından tanımışdır. O, X16 və onun anası Nərgiz ilə qonşu olaraq yaşamışdır. Daha sonra bir neçə dəfə Naftalan şəhərinə sanatoriyaya dincəlmək üçün gələn zamanlarda X9 evində qalmışdır. Məhkəmə iclasında Ərizəçi təşəbbüsü ilə dindirilmiş şahid X17 ifadə verərək bildirdi ki, o, ərizəçini və onun digər bacı və qardaşlarını tanıyır. Ərizəçinin anasının adı Zərri, nənəsinin adı isə Nərgiz olmuşdur. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2016-cı il tarixdə Naftalan şəhərində kəskin infark, ateroskleroz səbəbindən vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1961-ci il tarixdə Naftalan şəhərində anadan olmuşdur. Onun ata adında X21, ana adında X15 qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-185/2024 nömrəli məktubda qeyd edilmişdir ki, X9 doğum haqqında akt qeydi şöbənin arxivində olmamış, eyni zamanda “Azərbaycan Respublikası Milli Arxiv idarəsi”nin Goranboy rayon Dövlət arxivinə və Yevlax rayon Dövlət arxivinə sorğu verilmiş, lakin akt qeydi aşkar olunmamışdır. Odur ki, doğumun qeyd edilmə faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Naftalan şəhəri, X19 küçəsi, ev 20 ünvanda yerləşən fərdi yaşayış evi X2 adına xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış, yaşayış məntəqələrinin yerləşdiyi 0.1475 ha torpaq sahəsi isə X9 adına qeydiyyatda olmuşdur. İş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli sorğusuna əsasən Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında akt qeydindən görünür ki, mərhum X9 mərhum anası X11 17 oktyabr 1987-ci ildə Yevlax rayonu Yədili kəndində “beyinə qan sızma” səbəbindən vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında akt qeydindən görünür ki, 10 fevral 2016-cı ildə doğulmuş X16 01 iyul 1920-ci il tarixdə Yevlax rayonu Yədili kəndində doğulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, X9 01 iyul 1920-ci ildə Yevlax rayonu, Yəldili kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 fevral 2016-cı il tarixdə ölmüş X9 01 iyul 1920-ci il tarixdə Yevlax rayonu Yəldili kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. X12 məxsus doğum akt qeydinin ana qrafasında X11, ata qrafasında Məmməd, milliyyəti isə “azərbaycanlı” olaraq yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X39
Məhkəmə qərarları › İş №2(052)-6/2025
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-6/2025
16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver